Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-67/2025 07.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, 23 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1740.96 manat ödənilməmiş hissə, 522.29 manat cərimə; 19 fevral 2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********17780 BLACKVİEW A100 markalı telefon üçün, 30.7 manat ödənilməmiş hissə, 9.21 manat cərimə, ümumilikdə 2303.16 manat borc və 43.04 manat ödənilmiş dövlət rüsumunun Cavabdehb alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23 iyul 2024-cü il, 19 fevral 2023-cü il tarixli müqavilələrə əsasən PLAYSTATİON 5, İmei kod **********17780 BLACKVİEW A100 markalı telefon almış və nəticədə 2303.16 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23 iyul 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1740.96 manat (18 ay x 96.72 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 2263.25 manat olmaqla ondan, 1740.96 manat ödənilməmiş hissə, güzəşt olunaraq 522.29 manat cərimə; 19 fevral 2023cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 657.98 manat (18 ay x 32.11 + 80 manat ilkin ödəniş) olan İmei kod **********17780 BLACKVİEW A100 markalı telefon üçün ümumilikdə 39.91 manat olmaql ondan, 30.7 manat ödənilməmiş hissə, güzəşt olunaraq 9.21 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 627.28 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış 23 iyul 2024-cü il, 19 fevral 2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığında, həmçinin 20 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 23 iyul 2024-cü il, 19 fevral 2023-cü il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən Cavabdeh PLAYSTATİON 5 və İMEİ kod **********17780 BLACKVİEW A100 markalı telefon satılmışdır. 21 dekabr 2024-cü il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, 23 iyul 2024cü il tarixli müqavilə üzrə alqı satqı qiyməti 1740.96 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 96.72 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan ödəniş etməmiş, ödənilməmiş əsas borc 1740.96 manat, cərimə pulu 522.29 manat; 19 fevral 2023-cü il tarixli müqavilə üzrə alqı satqı qiyməti 657.98 manat, ödəniş müddəti 18 ay, ilkin ödəniş 80 manat, aylıq ödəniş 32.11 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 627.28 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 30.7 manat, cərimə pulu 9.21 manat təşkil edir. İş materialarından olan Təhvil-təslim aktından görünür ki, Cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh "xxxx" MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə 20 dekabr 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 25 dekabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 43.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 23 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cəmi 1740.96 manat əsas borca görə 522.29 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə 522.29 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Cərimə pulunun 100 manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun 100 manatdan yuxarı məbləğdə müəyyən edilməsi öhdəliyin həcmi nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Beləliklə, müəyyən olundu ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 23 iyul 2024-cü il və 19 fevral 2023-cü il tarixli müqavilələr üzrə Cavabdeh ümumilikdə 1880.87 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 43.04 manat məbləğində dövlət rüsumunun 38.81 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 4.23 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyul 2024-cü il tarixli müqaviləyə əsasən 1740.96 manat əsas borc, 100 manat cərimə, 19 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 30.7 manat əsas borc, 9.21 manat cərimə borcu olmaqla, ümumilikdə 1880.87 manat borc və 38.81 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4.23 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-67/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-67/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver