Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-70/2025 03.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 35W CHARGER, İMEİ KODU **********40978 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 3709.14 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 1112.74 manat dəbbə pulu, 03 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 35W CHARGER, İMEİ KODU **********98858 SAMSUNG GALAXY S24 markalı telefon üçün 2861.10 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 858.33 manat dəbbə pulu, 22 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG WATCH5 BT 44MM qol saatı üçün 867.96 manat ödənilməmiş hissə, 260.39 manat dəbbə pulu, ümumilikdə 9716.86 manat borc və 117.17 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 04 iyun 2024-cü il, 03 iyun 2024-cü il və 22 iyun 2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 35W CHARGER, İMEİ KODU **********40978 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, SAMSUNG 35W CHARGER, İMEİ KODU **********98858 SAMSUNG GALAXY S24 markalı telefon, SAMSUNG WATCH5 BT 44MM qol saatı almış və nəticədə 9716.86 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3784.14 manat (18 ay x 210.23 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 35W CHARGER, İMEİ KODU **********40978 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün ümumilikdə 4845.48 manat olmaqla, ondan 3709.14 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, müştəriyə güzəşt olunaraq 1112.74 manat dəbbə pulu, 03 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2861.10 manat (18 ay x 158.95 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 35W CHARGER, İMEİ KODU **********98858 SAMSUNG GALAXY S24 markalı telefon üçün ümumilikdə 3743.03 manat olmaqla, ondan 2861.10 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, müştəriyə güzəşt olunaraq 858.33 manat dəbbə pulu, 22 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 872.96 manat (18 ay x 48.22 manat + 5 manat ilkin ödəniş) olan SAMSUNG WATCH5 BT 44MM qol saatı üçün ümumilikdə 1128.35 manat olmaqla, ondan 867.96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 260.39 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 80 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanmış 04 iyun 2024-cü il, 03 iyun 2024-cü il, 22 iyun 2024-cü il tarixli müqavilənin ayrılmaz hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin ona göndərilən 19 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, 2024-cü ilin iyun ayında İddiaçı MMC ilə aralarında bağlanmış müqavilələr əsasında bir neçə əşya almış və ümumi borcun çox az hissəsini ödəmişdir. 2024-cü ilin aprel ayından 2024-cü ilin iyul ayına kimi "xxxx" QSC-də mühəndis olaraq işləmiş, 1200 manat əmək haqqı almışdır. Lakin, anası həmin dövrdə xəstələndiyi üçün onu Türkiyə Respublikasına müalicəyə aparmaq üçün işdən çox icazə almış, bu səbəbdən də müqavilənin müddəti bitəndən sonra işdən çıxmışdır. İşdən çıxdığı üçün də İddiaçı MMCyə olan borcunu ödəyə bilməmişdir. İddiaçının tələb etdiyi əsas borc məbləğlərini qəbul edir, lakin əsas borca hesablanmış cərimələrin azadılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 03 iyun 2024-cü il, 04 iyun 2024-cü il və 22 iyun 2024-cü il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 03 iyun 2024-cü il, 04 iyun 2024-cü il və 22 iyun 2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh həmin tarixli müqavilələr üzrə əşyaları (malları) İddiaçı MMC-dən təhvil almışdır; - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 19 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 26 dekabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı MMC tərəfindən 117.17 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2024-cü il, 04 iyun 2024-cü il və 22 iyun 2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) İddiaçı MMC-dən təhvil almışdır. Lakin, cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ümumilikdə 3 müqavilə üzrə 2231.46 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 120 manat, 03 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 85 manat, 22 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 26 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 117.17 manat məbləğində dövlət rüsumunun 93.04 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 24.13 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 3709.14 manat əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 120 manat cərimə, 03 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 2861.10 manat əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 85 manat cərimə, 22 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 867.96 manat əsas borc, 26 manat cərimə, ümumilikdə 7716.4 manat borc və ödənilmiş 117.17 manat dövlət rüsumunun 93.04 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 24.13 manatı hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 3709.14 manat əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 120 manat cərimə, 03 iyun 2024cü il tarixli müqaviləyə əsasən 2861.10 manat əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 85 manat cərimə, 22 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 867.96 manat əsas borc, 26 manat cərimə borcu olmaqla, ümumilikdə 7716.4 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 117.17 manat dövlət rüsumunun 93.04 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin, 24.13 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №e-2(089)-70/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-70/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver