Məhkəmə qərarları › İş №e-2(090)-141/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-141/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-141/2025 07.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh X1 1453 (min dörd yüz əlli üç) manat məbləğində sığorta ödənişinin, 34.53 (otuz dörd manat, əlli üç qəpik)manat məbləğində dövlət rüsumunun cəmi 1487.53 (min dörd yüz səksən yeddi manat, əlli üç qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X7 ilə İddiaçı ASC (bundan sonra ASC) arasında ASC tərəfindən ona BB seriyalı 018426 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 47 ünvanında yerləşən, X3 istifadəsində olan diş kabinetinə subasma hadisəsi nəticəsində 1603 (bir min altı yüz üç) manat məbləğində real zərər dəymişdir. CFİ-0045/2020-AKT1336 saylı sığorta aktına və BB seriyalı 018426 nömrəli sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 150 (yüz əlli) manat azadolma məbləği çıxıldıqdan sonra 1453 (bir min dörd yüz əlli üç) manat məbləğində sığorta ödənişi sığortalı X3 bank hesabına köçürülmüşdür. 85 saylı MKİS-in xx.xx.2020-ci il tarixli Aktında bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 47, mənzil 5-də xx.xx.2020-ci il tarixində gecə saat 03:30-04:00 radələrində cavabdehə məxsus mətbəxdən keçən istilik xəttində baş vermiş qəza nəticəsində su axması baş vermiş, nəticəsində 1-ci mərtəbədə və qeyri-yaşayış sahəsində yerləşən diş klinikasının divarları, döşəməsi, tavanı islanaraq yararsız hala düşmüş, elektrik nöqtələri, naqilləri və avadanlıqlar islanaraq qısa qapanma yaranmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. BB seriyalı 018426 nömrəli, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın İcbari Siğortası Şəhadətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 47 ünvanında yerləşən, X3 istifadəsində olan diş kabineti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23026 manat siğorta məbləği ilə siğortalanmışdır. CFİ-0045/2020-AKT1336 saylı sığorta aktına əsasən xx.xx.2020-ci il tarixli su basma ilə bağlı X5 əmlakı zərərə uğramış, 1603 manat zərərin məbləği olmaqla, 1453.00 manat hesablanmış və faktiki ödənilmişdir. Dəymiş zərərin hesabatına əsasən antibakterial emulsiya 4 ədəd qiyməti 150 manat olmaqla, cəmi 600 manat, fasad emulsiyası 1 ədəd qiyməti 52 manat, şpaklevka 2 ədəd qiyməti 6 manat, cəmi 12 manat, rolik 3 ədəd qiyməti 5 manat, cəmi 15 manat, lak antibakterial 2 qutu qiyməti 95 manat, cəmi 190 manat, ümumilikdə 869 manat, görülən işlərlə bağlı emulsiyanın vurulması 105 m2 qiyməti 3 manat, cəmi 315 manat, çöl divarın emulsiyasının vurulması 52.5 m2 qiyməti 2 manat, cəmi 105 manat, elektrik avadanlıqlarının qurudulması 80 manat, dezinfeksiya və təmizlik işləri 78 m2 qiyməti 3 manat, cəmi 234 manat, ümumilikdə 734 manat, yekun olaraq ümumilikdə 1603 manat təşkil edir. **********8 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 1453 manat "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 ödənilmişdir. xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, Gəncə prospekti ev 47 mənzil 5-də xx.xx.2020-ci il tarixində gecə saat 330-4 radələrində mətbəxə keçən istilik xəttində baş vermiş qəza nəticəsində su axması baş vermiş, Gəncə prospekti, ev 47, mənzil 5 Cavabdeh şəxsi mülküdür. Nəticədə 14-ci mərtəbədə və qeyri-yaşayış sahəsində yerləşən diş klinikasının divarları, döşəməsi, tavanı (alçıpan) islanıb yararsız hala düşmüş, elektrik nöqtəli naqilləri və avadanlıqlar islanaraq qısa qapanma yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində istifadədə olan 0.030318 ha torpaq sahəsində yerləşən 47 nömrəli binanın yarımzirzəmisində 43.5 kv.m ümumi, 26.3 kv.m əsas, 17.2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 5817 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında yerləşən 51.54 m2 mənzil X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2345 nömrəli reyestr kitabının 218373 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********26-05101-093022, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2017). Xətai Rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 359011 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən X7 ilə X4 arasında 26 oktyabr 2007-ci il tarixdə nikahın bağlanması, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1549 nömrə ilə qeyd edilməsi, nikah bağlandıqdan sonra qadına “Əzizova” soyadının verilməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin notariat əməliyyatları üzrə çıxarışdan hadisə vaxtı icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etməyə hüququ olmadığı təsdiqini tapır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə müəyyən olunur ki, BB seriyalı 018426 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 47 ünvanında yerləşən, X3 istifadəsində olan diş kabinetinə subasma hadisəsi nəticəsində 1453 (bir min dörd yüz əlli üç) manat sığorta ödənişi verilmişdir. BB seriyalı 018426 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 47 ünvanında yerləşən, X3 istifadəsində olan qeyri-yaşayış sahəsinin 1 il sığorta təminat müddəti ərzində xx.xx.2020ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. Dəymiş zərərin hesabatına əsasən 1603 manat məbləğində zərərin vurulduğu, ödəniş tapşırığına əsasən 1453 manat "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması və icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki-Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 1453 (min dörd yüz əlli üç) manat məbləğində sığorta ödənişinin, 34.53 (otuz dörd manat, əlli üç qəpik)manat məbləğində dövlət rüsumunun cəmi 1487.53 (min dörd yüz səksən yeddi manat, əlli üç qəpik) məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 65,41 (altmış beş manat qırx bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1453 (min dörd yüz əlli üç) manat məbləğində sığorta ödənişi alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 34.53 (otuz dörd manat, əlli üç qəpik) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim əvəzi: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar