Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-143/2025 10.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4213 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 430 manatın, nəticə etibarı ilə ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat pulun və iddia qaldırmaq üçün ödənilən 66.43 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "Telefon Mağazasının"satıcısı işləyir. Cavabdeh ilə 30 yanvar 2025-ci il tarixində 407 nömrəli Nisiyə mal satılması müqaviləsi bağlanmışdır. 30 yanvar 2025-ci il tarixində 407 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh “REDMİ 14C " markalı telefonu 12 aylıq kreditlə 753 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən heç bir ödəniş ödənilməmişdir, hazırda qalan 753 manat və 07 fevral 2025-ci il tarixində 424 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh 1 ədəd “İPHONE 13” markalı telefonu 12 aylıq kreditlə 1910 manat dəyərində almış ilkin ödəniş də daxil olmaqla 240 manat ödəniş ödənilmişdir, lakin hazırda qalan 1670 manat,əlavə olaraq 07 fevral 2025-ci il tarixində 425 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh 1 ədəd “İPHONE 13” markalı telefonu 12 aylıq kreditlə 1790 manat dəyərində almış ilkin ödəniş də daxil olmaqla heç bir ödəniş ödənilməmişdir ,lakin qalan 1790 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmiş, buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Həmçinin onu da qeyd edir ki, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır, geniş müştəri dairəsi vardır. Müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Onu da qeyd edir ki, cavabdehin yuxarıda qeyd olunan 30 yanvar 2025-ci il tarixində 407 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən yaranan 753 manat, 07 fevral 2025-ci il tarixində 424 nömrəli Nisiyə mal satılması müqaviləsində yaranan borc isə 1670 manat, 07 fevral 2025-ci il tarixində 425 nömrəli Nisiyə mal satılması müqaviləsində yaranan borc isə 1790 manat olmuşdur. Ümumilikdə müqavilələrdən yaranan 4213 manat əsas borcu vardır. Bundan əlavə müqavilələrin 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə olan dəbbə pulu olaraq 430 manat peniya və 66.43 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçı İMEİ kodu **********12044 olan “Redmi Note 14C” markalı telefon almış, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyanın pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçı olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2025-ci il tarixli, 407 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında nisyə malın satınalmasına dair müqavilə imzalanmışdır. Nisyə malın satınalmasına dair müqaviləyə əsasən bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs İddiaçı (VÖEN: **********) (bundan sonra “satıcı” adlandırılacaq) və digər tərəfdən vətəndaş Cavabdeh (bundan sonra “alıcı” adlandırılacaq) aşağıda göstərilən şərtlər əsasında Naxçıvan şəhərində bu müqaviləni bağlamışlar. Müqavilənin predmeti adlanan 1-ci bəndinə görə müqaviləyə əsasən satıcı alıcıya 753 (yeddi yüz əlli üç) manat dəyərində İMEİ kodu **********12044 olan “Redmi Note 14C” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-2.1.2-ci bəndlərinə görə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək, alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur. Müqavilənin 3.1-ci və 3.3-cü bəndlərinə görə telefonların dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 753 manat ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. Kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə müqavilə alıcı və satıcı tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan Əlavə № 1-dən görünür ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 30 yanvar 2025-ci il tarixli, 407 nömrəli müqavilənin ödəniş cədvəli üzrə alıcı 30 yanvar 2025-ci il tarixdən başlayaraq 10 ay ərzində İddiaçı hər ay 62.72 (altmış iki manat, yetmiş iki qəpik) manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli, 407 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 753 (yeddi yüz əlli üç) manat dəyərində 01 ədəd “Redmi Note 14C” markalı mobil telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2025-ci il tarixli, 424 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında nisyə malın satınalmasına dair müqavilə imzalanmışdır. Nisyə malın satınalmasına dair müqaviləyə əsasən bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs İddiaçı (VÖEN: **********) (bundan sonra “satıcı” adlandırılacaq) və digər tərəfdən vətəndaş Cavabdeh (bundan sonra “alıcı” adlandırılacaq) aşağıda göstərilən şərtlər əsasında Naxçıvan şəhərində bu müqaviləni bağlamışlar. Müqavilənin predmeti adlanan 1-ci bəndinə görə müqaviləyə əsasən satıcı alıcıya 1910 (bir min doqquz yüz on) manat dəyərində İMEİ kodu **********58765 olan “İPHONE 13” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-2.1.2-ci bəndlərinə görə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək, alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur. Müqavilənin 3.1-ci və 3.3-cü bəndlərinə görə telefonların dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 1910 manat ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. Kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə müqavilə alıcı və satıcı tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan Əlavə № 1-dən görünür ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 07 fevral 2025-ci il tarixli, 424 nömrəli müqavilənin ödəniş cədvəli üzrə alıcı 16 fevral 2025-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçı hər ay 159.16 (bir yüz əlli doqquz manat, on altı qəpik) manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 07 fevral 2025-ci il tarixli, 424 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 1910 (bir min doqquz yüz on) manat dəyərində 01 ədəd “İPHONE 13” markalı mobil telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2025-ci il tarixli, 425 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında nisyə malın satınalmasına dair müqavilə imzalanmışdır. Nisyə malın satınalmasına dair müqaviləyə əsasən bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs İddiaçı (VÖEN: **********) (bundan sonra “satıcı” adlandırılacaq) və digər tərəfdən vətəndaş Cavabdeh (bundan sonra “alıcı” adlandırılacaq) aşağıda göstərilən şərtlər əsasında Naxçıvan şəhərində bu müqaviləni bağlamışlar. Müqavilənin predmeti adlanan 1-ci bəndinə görə müqaviləyə əsasən satıcı alıcıya 1790 (bir min yeddi yüz doxsan) manat dəyərində İMEİ kodu **********58610 olan “İPHONE 13” markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-2.1.2-ci bəndlərinə görə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək, alıcı üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra etməməsi halında bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş dəbbə pulunu tələb etmək satıcının hüququdur. Müqavilənin 3.1-ci və 3.3-cü bəndlərinə görə telefonların dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 1790 manat ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. Kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə müqavilə alıcı və satıcı tərəfindən imzalandığı andan qüvvəyə minir və tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan Əlavə № 1-dən görünür ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 07 fevral 2025-ci il tarixli, 425 nömrəli müqavilənin ödəniş cədvəli üzrə alıcı 16 fevral 2025-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçı hər ay 149.16 (bir yüz qırx doqquz manat, on altı qəpik) manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 07 fevral 2025-ci il tarixli, 425 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 1790 (bir min yeddi yüz doxsan) manat dəyərində 01 ədəd “İPHONE 13” markalı mobil telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 06 may 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 16 may 2025-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh ilə 30 yanvar 2025-ci il tarixində 407 nömrəli, və 07 fevral 2025-ci il tarixində 425 nömrəli Nisiyə mal satılması müqaviləsi bağlanıldığı, 30 yanvar 2025-ci il tarixində 407 nömrəli müqaviləyə əsasən borcu 753 (yeddi yüz əlli üç) manat peniya pulu olan 80 (səksən) manat və 07 fevral 2025-ci il tarixində 424 nömrəli müqaviləyə əsasən 3460 (üç min dörd yüz altmış) manat peniya pulu 350 (üç yüz əlli) manat olmuşdur. Cavabdeh X2 Ali TELEKOM mağazasına ümumi borcu 4213 manat edir. Bundan əlavə gecikdirilmiş peniya pulu olan 430 (dörd yüz otuz) manatın, nəticə etibarı ilə ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat borcu mövcuddur. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı əşya üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 30 yanvar 2025-ci il tarixində 407 nömrəli müqaviləyə əsasən borcu 753 (yeddi yüz əlli üç) manat peniya pulu olan 80 (səksən) manat və 07 fevral 2025-ci il tarixində 424 nömrəli müqaviləyə əsasən 3460 (üç min dörd yüz altmış) manat peniya pulu 350 (üç yüz əlli) manat olmuşdur. Cavabdeh X2 Ali TELEKOM mağazasına ümumi borcu 4213 manat edir. Bundan əlavə gecikdirilmiş peniya pulu olan 430 (dörd yüz otuz) manatın, nəticə etibarı ilə ümumilikdə 4643 (dörd min altı yüz qırx üç) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 30 yanvar 2025-ci il tarixində 407 nömrəli müqavilə üzrə 80 (səksən) manat, 07 fevral 2025-ci il tarixində 424 nömrəli müqavilə üzrə 350 (üç yüz əlli) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 30 yanvar 2025-ci il tarixində 407 nömrəli müqavilə üzrə 80 (səksən) manat, 07 fevral 2025-ci il tarixində 424 nömrəli müqavilə üzrə 350 (üç yüz əlli) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 30 yanvar 2025-ci il tarixində 407 nömrəli müqavilə üzrə 37.65 (otuz yeddi manat, altmış beş qəpik) manat, 07 fevral 2025-ci il tarixində 424 nömrəli müqavilə üzrə 173 (bir yüz yetmiş üç) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 30 yanvar 2025-ci il tarixində 407 nömrəli müqavilə üzrə 753 (yeddi yüz əlli üç) manat əsas və 37.65 (otuz yeddi manat, altmış beş qəpik) manat cərimə, 07 fevral 2025-ci il tarixində 424 nömrəli müqavilə üzrə 3460 (üç min dörd yüz altmış) manat əsas və 173 (bir yüz yetmiş üç) manat cərimə borcu olmaqla, ümumilikdə 4423.65 (dörd min dörd yüz iyirmi üç manat, altmış beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 66.43 (altmış altı manat, qırx üç qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 63.29 (altmış üç manat, iyiri doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 yanvar 2025-ci il tarixində 407 nömrəli müqavilə üzrə 753 (yeddi yüz əlli üç) manat əsas və 37.65 (otuz yeddi manat, altmış beş qəpik) manat cərimə, 07 fevral 2025-ci il tarixində 424 nömrəli müqavilə üzrə 3460 (üç min dörd yüz altmış) manat əsas və 173 (bir yüz yetmiş üç) manat cərimə borcu olmaqla, ümumilikdə 4423.65 (dörd min dörd yüz iyirmi üç manat, altmış beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 66.43 (altmış altı manat, qırx üç qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 63.29 (altmış üç manat, iyiri doqquz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(090)-143/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-143/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver