Məhkəmə qərarları › İş №e-2(090)-163/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(090)-163/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-163/2025 22.08.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülkİ iş üzrə əlavə qətnamənin çıxarılması barədə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 494.4 AZN əsas 74.1 AZN cərimə cəmi 568.5 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 494.4 AZN əsas 74.1 AZN cərimə cəmi 568.5 AZN borc ümumiliksə iki müqavilə üzrə 988.8 AZN əsas, 148.2 AZN cərimə, 1137 AZN cəmi borcun və 31.37 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə aylıq ödəniş məbləği 28 manat olmaqla “Xiaomi” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İRŞAD- ELECTRONİCS” MMC qarşısında 494.40 manat ödənilməmiş əsas borcu, 741 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Onunla Cavabdeh arasında bağlanmış 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə aylıq ödəniş məbləği 28 manat olmaqla “Xiaomi” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İRŞAD- ELECTRONİCS” MMC qarşısında 494.40 manat ödənilməmiş əsas borcu, 741 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-163/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqısatqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş Cavabdeh 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat əsas və 24.7 (iyirmi dörd manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 519.1 (beş yüz on doqquz manat, on qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir, Şahbuz Rayon Məhkəməsinin 2(090)-163/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qətnaməsi üzrə əlavə qətnamə qəbul edilməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında İMEİ kodu **********58260 olan “X3 13” 6GB/128GB Midnight Black markalı telefon olan əşyaların nisyə alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə görə satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyi müqavilənin predmetidir. Müqavilənin 3.1, 3.1.2, 3.2 və 3.2.4-cü bəndlərinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməyi, alıcı isə nisyə alınan malı yoxlayıb qəbul etməyi öz öhdəsinə götürür; Müqavilənin 3.3.1-ci maddəsinə görə satıcının alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Qeyd edilən müqavilənin 4.3 və 4.4-cü bəndləri ilə müəyyən edilir ki, həmin müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Alıcı borc məbləğinin geri qaytarılması ilə əlaqədar yarana biləcək bütün məhkəmə və digər xərcləri ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə isə bu müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İddia ərizəsinə əlavə edilmiş 19 noyabr 2024-cü il tarixli müqaviləyə 1 nömrəli Əlavədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə qeyd edilən əşyaları cavabdehə vermişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh 19 dekabr 2024-cü il tarixdən başlamaqla iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 19 aprel 2026-cı il tarixədək hər ay 28 (iyirmi səkkiz) manat və sonuncu ay isə, yəni 2025-ci ilin may ayının 19-da 18.49 (on səkkiz manat, qırx doqquz qəpik) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 13 iyun 2025-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 494.4 manat əsas və 741 manat cərimə borcu olmaqla, cəmi 1235.40 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********64926 olan “X3 13” 6GB/128GB Midnight Black markalı telefonu almış, müqavilənin şərtlərinə görə həmin müqavilə üzrə istifadə etdiyi əşyanın pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-163/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqısatqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilərək Cavabdeh 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat əsas və 24.7 (iyirmi dörd manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 519.1 (beş yüz on doqquz manat, on qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 31.37 (otuz bir manat, otuz yeddi qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28.64 (iyirmi səkkiz manat, altmış dörd qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması, iddia tələbinin qalmış hissədə təmin edilməməsi qət edilmişdri. Lakin iş materiallarına əlavə edilmiş 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında İMEİ kodu **********64926 olan “X3 13” 6GB/128GB Midnight Black markalı telefon olan əşyaların nisyə alğı-satqısına dair müqavilə imzalanması müəyyən olunur. Müqavilənin 1-ci bəndinə görə satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyi müqavilənin predmetidir. Müqavilənin 3.1, 3.1.2, 3.2 və 3.2.4-cü bəndlərinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməyi, alıcı isə nisyə alınan malı yoxlayıb qəbul etməyi öz öhdəsinə götürür; Müqavilənin 3.3.1-ci maddəsinə görə satıcının alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Qeyd edilən müqavilənin 4.3 və 4.4-cü bəndləri ilə müəyyən edilir ki, həmin müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Alıcı borc məbləğinin geri qaytarılması ilə əlaqədar yarana biləcək bütün məhkəmə və digər xərcləri ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə isə bu müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İddia ərizəsinə əlavə edilmiş 19 noyabr 2024-cü il tarixli müqaviləyə 1 nömrəli Əlavədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə qeyd edilən əşyaları cavabdehə vermişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh 19 dekabr 2024-cü il tarixdən başlamaqla iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 19 aprel 2025-ci il tarixədək hər ay 28 (iyirmi səkkiz) manat və sonuncu ay isə, yəni 2026-cı ilin may ayının 19-da 18.49 (on səkkiz manat, qırx doqquz qəpik) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 13 iyun 2025-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 494.4 manat əsas və 741 manat cərimə borcu olmaqla, cəmi 1235.40 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan cavabdehin müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Göründüyü kimi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbində 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli və 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə sübutlar təqdim edərək hər iki müqavilə üzrə tələb irəli sürsə də, Şahbuz Rayon Məhkəməsinin 2(090)-163/2025 nömrəli, 31 iyul 2025ci il tarixli qətnaməsi ilə yalnız 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat əsas və 24.7 (iyirmi dörd manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 519.1 (beş yüz on doqquz manat, on qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki işüzrə əlavə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, alqı-satqı müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu alqısatqı müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh alqı-satqı müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehin alqı-satqı müqavilələri üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. İddiaçı cavabdehə qarşı iddia tələbində 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat əsas və 74.1 (yetmiş dörd manat, on qəpik) manat cərimə borcu olmaqla, cəmi 568.5 (beş yüz altmış səkkiz manat, əlli qəpik) manat, 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat əsas və 74.1 (yetmiş dörd manat, on qəpik) manat cərimə borcu olmaqla, cəmi 568.5 (beş yüz altmış səkkiz manat, əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1137 (bir min bir yüz otuz yeddi) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 74.1 (yetmiş dörd manat, on qəpik) manat, 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 74.1 (yetmiş dörd manat, on qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 74.1 (yetmiş dörd manat, on qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 24.7 (iyirmi dörd manat, yetmiş qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülkİ iş üzrə əlavə qətnamə çıxarılmalı iddia qismən təmin edilməli, Cavabdeh 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat əsas və 24.7 (iyirmi dörd manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 519.1 (beş yüz on doqquz manat, on qəpik) məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 229.1-ci və 229.1.1-ci maddəslirənə görə İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Həmin Məcəllənin 229.3.-cü maddəsinə əsasən əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 noyabr 2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 494.4 (dörd yüz doxsan dörd manat, qırx qəpik) manat əsas və 24.7 (iyirmi dörd manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 519.1 (beş yüz on doqquz manat, on qəpik) məbləğində borctutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar