Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-164/2025 31.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL876934 saylı xx-xx-2023-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 184,99 (bir yüzsəksən dörd manat doxsan doqquz qəpik) əsas borc, () cərimə, BL859711 saylı xx-xx- 2023 il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 231,99 (iki yüz otuz bir manat doxsan doqquz qəpik) əsas borc, () cərimə, BL881085 saylı xx-xx-2023 il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 31,88 (otuz bir manat səksən səkkiz qəpik) əsas borc, () cərimə, ümumilikdə 448,86 (dörd yüz qırx səkkiz manat səksən altı qəpik) borcun və 30 (otuz manat) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BL876934 saylı xx-xx-2023 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 16-dən gec olmamaqla 22 (iyirmi iki manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BL859711 saylı xx-xx-2023 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylıəlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 39 (otuz doqquz manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BL881085 saylı xx-xx-2023 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylıəlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 57 (əlli yeddi manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək,aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BL876934 saylı müqaviləyə əsasən 184,99 (bir yüz səksən dörd manat, doxsan doqquz qəpik ) əsas borc, () cərimə, BL859711 saylı müqaviləyə əsasən 231,99 ( iki yüz otuz bir manat, doxsan doqquz qəpik ) əsas borc, () cərimə, BL881085 saylı müqaviləyə əsasən 31,88 ( otuz bir manat, səksən səkkiz qəpik ) əsas borc, () cərimə, ümumilikdə 448,86 (dörd yüz qırx səkkiz manat, səksən altı qəpik) borcu qalmışdır. Məhkəmə iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətindən məişət avadanlığı almış, müqavilənin şərtlərinə görə iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh məişət avadanlığı verilmiş, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 12 mart 2023-cü il tarixli, BL859711 saylı müqavilədən görünür ki, iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında məişət avadanlığı olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən «Satıcı» həmin müqaviləyə əsasən qiyməti 699.99 manat olan avadanlığı «Alıcı»ya verməyi, «Alıcı» isə onu qəbul edib, avadanlığın qiymətini «Satıcı»ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən «Alıcı» ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş 25 iyun 2025-ci il tarixli borca dair arayışdan məlum olur ki, Cavabdeh iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 mart 2023-cü il tarixli müqavilə üzrə 231.99 (iki yüz otuz bir manat, doxsan doqquz qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş 16 aprel 2023-cü il tarixli, BL876934 saylı müqavilədən görünür ki, iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında məişət avadanlığı olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən «Satıcı» həmin müqaviləyə əsasən qiyməti 243.99 manat olan avadanlığı «Alıcı»ya verməyi, «Alıcı» isə onu qəbul edib, avadanlığın qiymətini «Satıcı»ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən «Alıcı» ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş 25 iyun 2025-ci il tarixli borca dair arayışdan məlum olur ki, Cavabdeh iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinə 16 aprel 2023-cü il tarixli müqavilə üzrə 184.99 (bir yüz səksən dörd manat, doxsan doqquz qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş 23 aprel 2023-cü il tarixli, BL881085 saylı müqavilədən görünür ki, iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında məişət avadanlığı olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən «Satıcı» həmin müqaviləyə əsasən qiyməti 679.99 manat olan avadanlığı «Alıcı»ya verməyi, «Alıcı» isə onu qəbul edib, avadanlığın qiymətini «Satıcı»ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən «Alıcı» ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş 25 iyun 2025-ci il tarixli borca dair arayışdan məlum olur ki, Cavabdeh iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinə 23 aprel 2023-cü il tarixli müqavilə üzrə 31.88 (otuz bir manat, səksən səkkiz qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Nursu kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 12 mart 2023-cü il tarixli, BL859711 saylı müqavilə üzrə 231.99 (iki yüz otuz bir manat, doxsan doqquz qəpik) manat, 16 aprel 2023cü il tarixli, BL876934 saylı müqavilə üzrə 184.99 (bir yüz səksən dörd manat, doxsan doqquz qəpik) manat, 23 aprel 2023-cü il tarixli, BL881085 saylı müqavilə üzrə 31.88 (otuz bir manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissəni tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 12 mart 2023-cü il tarixli, BL859711 saylı müqavilə üzrə 231.99 (iki yüz otuz bir manat, doxsan doqquz qəpik) manat, 16 aprel 2023-cü il tarixli, BL876934 saylı müqavilə üzrə 184.99 (bir yüz səksən dörd manat, doxsan doqquz qəpik) manat, 23 aprel 2023-cü il tarixli, BL881085 saylı müqavilə üzrə 31.88 (otuz bir manat, səksən səkkiz qəpik) manat əsas borc, ümumilikdə 448.86 (dörd yüz qırx səkkiz manat, səksən altı qəpik) manat tutularaq iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12 mart 2023-cü il tarixli, BL859711 saylı müqavilə üzrə 231.99 (iki yüz otuz bir manat, doxsan doqquz qəpik) manat, 16 aprel 2023-cü il tarixli, BL876934 saylı müqavilə üzrə 184.99 (bir yüz səksən dörd manat, doxsan doqquz qəpik) manat, 23 aprel 2023-cü il tarixli, BL881085 saylı müqavilə üzrə 31.88 (otuz bir manat, səksən səkkiz qəpik) manat əsas borc, ümumilikdə 448.86 (dörd yüz qırx səkkiz manat, səksən altı qəpik) manat tutularaq “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq “Baku Electronics» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-164/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-164/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver