Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-169/2022 12.09.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “09” avqust 2022-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 07 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 07 iyul 2022-ci il tarixə yaranmış 139,50 (bir yüz otuz doqquz manat, əlli qəpik) manat əsas, 20,90 (iyirmi manat, doxsan qəpik) manat cərimə, cəmi 160,40 (bir yüz altmış manat, qırx qəpik) manat, 08 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 171,30 (bir yüz yetmiş bir manat, otuz qəpik) manat əsas, 25,60 (iyirmi beş manat, altmış qəpik) manat cərimə, cəmi 196,90 (bir yüz doxsan altı manat, doxsan qəpik) manat, hər iki müqavilə üzrə olan borcu 310,80 (üç yüz on manat, səksən qəpik) manat əsas, 46,50 (qırx altı manat, əlli qəpik) manat cərimə, cəmi 357,30 (üç yüz əlli yeddi manat, otuz qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı mobil telefona, aksesuara, “Baseus” markalı naqilsiz qulaqcığa və şarj alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 631,50 manat, 08 mart 2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı mobil telefona, aksesuara və planşetə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 64 manat olmaqla cəmi 767 manat, ümumilikdə iki müqavilə üzrə 1.398,50 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 07 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 19 may 2022-ci il tarixində 57 manat, 08 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 19 may 2022-ci il tarixində 57 manat ödəniş etməmiş iki müqavilə üzrə qalıq qalmış 310,80 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 465 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 465 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i onlar tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 46,50 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 07 iyul 2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 07 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 139,50 (bir yüz otuz doqquz manat, əlli qəpik) manat əsas, 20,90 (iyirmi manat, doxsan qəpik) manat cərimə, cəmi 160,40 (bir yüz altmış manat, qırx qəpik) manat, 08 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 171,30 (bir yüz yetmiş bir manat, otuz qəpik) manat əsas, 25,60 (iyirmi beş manat, altmış qəpik) manat cərimə, cəmi 196,90 (bir yüz doxsan altı manat, doxsan qəpik) manat, hər iki müqavilə üzrə olan borcu 310,80 (üç yüz on manat, səksən qəpik) manat əsas, 46,50 (qırx altı manat, əlli qəpik) manat cərimə, cəmi 357,30 (üç yüz əlli yeddi manat, otuz qəpik) manat təşkil edir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Samsung” markalı mobil telefon telefon, “Baseus” markalı naqilsiz qulaqcıq və şarj aləti, əlavə olaraq “Samsung” markalı mobil telefona, aksesuara və planşet almış, müqavilənin şərtlərinə görə həmin müqavilə üzrə istifadə etdiyi əşyanın pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 07 mart 2021-ci il tarixli, ********* nömrəli və 08 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli alqı satqı müqavilələrindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında nisyə alqısatqısına dair müqavilələr imzalanmışdır. Müqavilənin 1-ci bəndinə görə satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyi müqavilənin predmetidir. Müqavilənin 3.1, 3.1.2, 3.2 və 3.2.5-ci bəndlərinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməyi, alıcı isə nisyə alınan malı yoxlayıb qəbul etməyi öz öhdəsinə götürür; Müqavilənin 3.3.1-ci maddəsinə görə satıcının alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Qeyd edilən müqavilənin 4.3 və 4.4-cü bəndləri ilə müəyyən edilir ki, həmin müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Alıcı borc məbləğinin geri qaytarılması ilə əlaqədar yarana biləcək bütün məhkəmə və digər xərcləri ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə isə müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İddia ərizəsinə əlavə edilmiş 07 mart 2021-ci il tarixli, ********* nömrəli və 08 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilələr 1 nömrəli Əlavələrdən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilələrdə qeyd edilən əşyaları cavabdehə vermişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan cavabdehin müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Həmçinin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh 07 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 07 mart 2021-ci ildən başlayaraq 07 mart 2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər ay 53 (əlli üç) manat (sonuncu ay 48,5 manat), 08 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 08 mart 2021-ci ildən başlayaraq 08 mart 2022-ci il tarixədək hər ay 64 (altmış dörd) manat (sonuncu ay 63 manat) ödəməyi öhdəsinə götürübdür. İş materiallarına əlavə olunmuş 07 iyul 2022-ci il tarixli maliyyə arayışlarından aydın olur ki, Cavabdeh 07 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 139,50 (bir yüz otuz doqquz manat, əlli qəpik) manat, 08 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 171,30 (bir yüz yetmiş bir manat, otuz qəpik) manat əsas borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin 25 iyul 2022-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Nursu kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı təşkilatın ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 631.5 (altı yüz otuz bir manat, əlli qəpik) manat məbləğində “Samsung A315 Black” markalı telefon, “Baseus” markalı naqilsiz qulaqcıq, şarj aləti və 767 (yeddi yüz altmış yeddi) manat məbləğində “Samsung” markalı mobil telefon, aksesuar və planşet almış və imzaladığı müqavilələrə əsasən həmin məbləği iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyi tam yerinə yetirməmiş, nəticədə 07 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 139.5 manat, 08 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə isə 171.3 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddia tələbinin 07 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 20,90 (iyirmi manat, doxsan qəpik) manat, 08 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 25,6 (iyirmi beş manat, altmış qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 07 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 139.5 manat qalıq borc üzrə hesablanmış 20.90 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 7 (yeddi) manat, 08 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 171.3 manat qalıq borc üzrə hesablanmış 25.6 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 8.5 (səkkiz manat, əlli qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə baxmayaraq iddiaçı bir il müddətdə hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 07 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 139,5 (bir yüz otuz doqquz manat, əlli qəpik) manat əsas və 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 146,5 (bir yüz qırx altı manat, əlli qəpik) manat, 08 mart 2021ci il tarixli, ********* nömrəli müqavilə üzrə 171,3 (bir yüz yetmiş bir manat, otuz qəpik) manat əsas və 8,5 (səkkiz manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 179,8 (bir yüz yetmiş doqquz manat, səksən qəpik) manat, ümumilikdə isə 326,30 (üç yüz iyirmi altı manat, otuz qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 vasitəsilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 27,40 (iyirmi yeddi manat, qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6, 358.0.3 və 360-cı maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 139,5 (bir yüz otuz doqquz manat, əlli qəpik) manat əsas və 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 146,5 (bir yüz qırx altı manat, əlli qəpik) manat, 08 mart 2021-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 171,3 (bir yüz yetmiş bir manat, otuz qəpik) manat əsas və 8,5 (səkkiz manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 179,8 (bir yüz yetmiş doqquz manat, səksən qəpik) manat, ümumilikdə isə 326,30 (üç yüz iyirmi altı manat, otuz qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 vasitəsilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 27,40 (iyirmi yeddi manat, qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-169/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-169/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver