Məhkəmə qərarları › İş №e-2(090)-170/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-170/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-170/2022 22.09.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “16” avqust 2022-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 14 mart 2020-ci il tarixli müqavilə üzrə Paltaryuyan LG, Soyuducu HOFFMANN üçün 1.987,4 (bir min doqquz yüz səkkiz yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 198,6 (bir yüz doxsan səkkiz manat, altmış qəpik) manat cərimə, 12 iyun 2020-ci il tarixli müqavilə üzrə LG LED TV, Sonorous Surefix asqı üçün 304,8 (üç yüz dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 30,2 (otuz manat, iyirmi qəpik) manat cərimə, 21 may 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71781 BQ-3595 markalı telefon üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, 12 mart 2020-ci il tarixli müqavilə üzrə Soyuducu HOFFMANN, Ütü Panasonic üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 2.659 (iki min altı yüz əlli doqquz) manat məbləğində borcun və 46,59 (qırx altı manat, əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 mart 2020-ci il, 12 iyun 2020-ci il, 21 may 2020-ci il, 12 mart 2020-ci il tarixli müqavilələrinə əsasən, Paltaryuyan LG, Soyuducu HOFFMANN, LG LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********71781 BQ-3595 markalı telefon, Soyuducu HOFFMANN, Ütü Panasonic almış və nəticədə onun 2.659 (iki min altı yüz əlli doqquz) manat borcu yaranmışdır. Cavabdeh 14 mart 2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2.590,4 (iki min beş yüz doxsan manat, qırx qəpik) manat (yəni 24 ay x 104.6 manat + 80 manat ilkin ödəniş) təşkil edən Paltaryuyan LG, Soyuducu HOFFMANN üçün ümumilikdə 2.186 (iki min bir yüz səksən altı) manat olmaqla, ondan 1.987,4 (bir min doqquz yüz səksən yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 198,6 (bir yüz doxsan səkkiz manat, altmış qəpik) manat cərimə, 12 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 421,2 (dörd yüz iyirmi bir, iyirmi qəpik) manat (18 ay x 23.4 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə 335 (üç yüz otuz beş) manat olmaqla, ondan, 304,8 (üç yüz dörd, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30,2 (otuz manat, iyirmi qəpik) manat cərimə, 21 may 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 90 (doxsan) manat (6 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ kodu **********71781 BQ-3595 markalı telefon üçün ümumilikdə 99 (doxsan doqquz) manat olmaqla, ondan, 90 (doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə, 12 mart 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1.226 (bir min iki yüz iyirmi altı) manat (12 ay x 94 manat + 98 manat ilkin ödəniş) olan, Soyuducu HOFFMANN, Ütü Panasonic üçün ümumilikdə 39 (otuz doqquz) manat olmaqla, ondan, 36 (otuz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə, cavabdeh 12 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, 14 mart 2020-ci il tarixində Soyuducu HOFFMANN-dan imtina etmiş və məhsullar müvafiq olaraq 1.160 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 12 mart 2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 30 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1.160 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 719.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 14 mart 2020-ci il, 12 iyun 2020-ci il, 21 may 2020-ci il, 12 mart 2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin onlar tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu, Panasonic Nİ-E410TMTW markalı ütü, LG F2M5HS4W (Ağ) markalı paltaryuyan, LG LED 32LK510 markalı televizor, Sonorous Surefix 132 (20”-45”) markalı asqı və İMEİ kodu **********71781 BQ-3595 Elegant markalı telefon almış, müqavilələrin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyaların pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələr üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 12 mart 2020-ci il tarixli, 20170350 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu və Panasonic Nİ-E410TMTW markalı ütü olan əşyaların alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu, Panasonic Nİ-E410TMTW markalı ütü olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 12 mart 2020-ci il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 12 mart 2020-ci il tarixli, 20170350 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 12 mart 2020-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 94 (doxsan dörd) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1.226 (bir min iki yüz iyirmi altı) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 123 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 12 mart 2020-ci il tarixli, 20170350 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh HOFFMANN NFB- 185BG (Qara) markalı soyuducu və Panasonic Nİ-E410TMTW markalı ütü olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 14 mart 2020-ci il tarixli, 20174163 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu və LG F2M5HS4W (Ağ) markalı paltaryuyan olan əşyaların alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu və LG F2M5HS4W (Ağ) markalı paltaryuyan olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 14 mart 2020-ci il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 14 mart 2020-ci il tarixli, 20174163 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 14 mart 2020-ci il tarixdən başlayaraq 24 ay ərzində İddiaçınə hər ay 104,60 (bir yüz dörd manat, altmış qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 2.590,40 (iki min beş yüz doxsan manat, qırx qəpik) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 260 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 14 mart 2020-ci il tarixli, 20174163 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh HOFFMANN NFB- 185BG (Qara) markalı soyuducu və LG F2M5HS4W (Ağ) markalı paltaryuyan olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 21 may 2020-ci il tarixli, 20294102 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********71781 BQ-3595 Elegant markalı telefon olan əşyanın alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti İMEİ kodu **********71781 BQ-3595 Elegant markalı telefon olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 21 may 2020-ci il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 21 may 2020-ci il tarixli, 20294102 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 21 may 2020-ci il tarixdən başlayaraq 6 ay ərzində İddiaçınə hər ay 15 (on beş) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 90 (doxsan) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 9 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 21 may 2020-ci il tarixli, 20294102 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********71781 BQ-3595 Elegant markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 12 iyun 2020-ci il tarixli, 20346310 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında LG LED 32LK510 markalı televizor və Sonorous Surefix 132 (20”-45”) markalı asqı olan əşyaların alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti LG LED 32LK510 markalı televizor və Sonorous Surefix 132 (20”-45”) markalı asqı olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 12 iyun 2020-ci il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 12 iyun 2020-ci il tarixli, 20346310 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 12 iyun 2020-ci il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 23,40 (iyirmi üç manat, qırx qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 421.2 (dörd yüz iyirmi bir manat, iyirmi qəpik) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 43 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli, 20346310 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh LG LED 32LK510 markalı televizor və Sonorous Surefix 132 (20”-45”) markalı asqı olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 16 fevral 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 09 avqust 2022ci il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdehnın İddiaçınə 12 mart 2020-ci il tarixli müqavilə üzrə HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu, Panasonic Nİ-E410TMTW markalı ütü üçün 36 manat ödənilməmiş hissə və 3 manat cərimə borcu, 14 mart 2020-ci il tarixli müqavilə üzrə LG F2M5HS4W (Ağ) markalı paltaryuyan və HOFFMANN NFB- 185BG (Qara) markalı soyuducu üçün 1987 manat ödənilməmiş hissə və 198,6 (bir yüz doxsan səkkiz manat, altmış qəpik) manat cərimə borcu, 21 may 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********71781 olan BQ-3595 Elegant markalı telefon üçün 90 manat ödənilməmiş hissə və 9 manat cərimə borcu və 12 iyun 2020-ci il tarixli müqavilə üzrə LG LED 32LK510 markalı televizor və Sonorous Surefix 132 (20”-45”) markalı asqı üçün 304,8 manat ödənilməmiş hissə və 30,2 manat cərimə borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi 19 mart 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh müqavilələrə əsasən İddiaçındən 1.226 (bir min iki yüz iyirmi altı) manat məbləğində HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu, Panasonic Nİ-E410TMTW markalı ütü, 2.590,4 (iki min beş yüz doxsan manat, qırx qəpik) manat məbləğində HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu, LG F2M5HS4W (Ağ) markalı paltaryuyan, 90 (doxsan) manat məbləğində İMEİ kodu **********71781 olan BQ-3595 Elegant markalı telefon və 421,2 (dörd yüz iyirmi bir manat, iyirmi qəpik) manat məbləğində LG LED 32LK510 markalı televizor və Sonorous Surefix 132 (20”-45”) markalı asqı almış və imzaladığı müqavilələrə əsasən həmin məbləğləri və hesablanmış faiz məbləğlərini İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 12 mart 2020-ci il tarixli, 20170350 nömrəli müqavilə üzrə HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu, Panasonic Nİ-E410TMTW markalı ütü üçün 36 (otuz altı) manat ödənilməmiş hissə və 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 39 (otuz doqquz) manat, 14 mart 2020-ci il tarixli, 20174163 nömrəli müqavilə üzrə LG F2M5HS4W (Ağ) markalı paltaryuyan və HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu üçün 1.987,4 (bir min doqquz yüz səksən yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə və 198,6 (bir yüz doxsan səkkiz manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2.186 (iki min bir yüz səksən altı) manat, 21 may 2020-ci il tarixli, 20294102 nömrəli müqavilə üzrə İMEİ kodu **********71781 olan BQ-3595 Elegant markalı telefon üçün 90 (doxsan) manat ödənilməmiş hissə və 9 (doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 99 (doxsan doqquz) manat və 12 iyun 2020-ci il tarixli, 20346310 nömrəli müqavilə üzrə LG LED 32LK510 markalı televizor və Sonorous Surefix 132 (20”-45”) markalı asqı üçün 304,8 (üç yüz dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə və 30,2 (otuz manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 335 (üç yüz otuz beş) manat, cəmi 2.659 (iki min altı yüz əlli doqquz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən X2 vasitəsilə 10 avqust 2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 46,59 (qırx altı manat, əlli doqquz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12 mart 2020-ci il tarixli, 20170350 nömrəli müqavilə üzrə HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu, Panasonic Nİ-E410TMTW markalı ütü üçün 36 (otuz altı) manat ödənilməmiş hissə və 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 39 (otuz doqquz) manat, 14 mart 2020-ci il tarixli, 20174163 nömrəli müqavilə üzrə LG F2M5HS4W (Ağ) markalı paltaryuyan və HOFFMANN NFB-185BG (Qara) markalı soyuducu üçün 1.987,4 (bir min doqquz yüz səksən yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə və 198,6 (bir yüz doxsan səkkiz manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2.186 (iki min bir yüz səksən altı) manat, 21 may 2020-ci il tarixli, 20294102 nömrəli müqavilə üzrə İMEİ kodu **********71781 olan BQ-3595 Elegant markalı telefon üçün 90 (doxsan) manat ödənilməmiş hissə və 9 (doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 99 (doxsan doqquz) manat və 12 iyun 2020-ci il tarixli, 20346310 nömrəli müqavilə üzrə LG LED 32LK510 markalı televizor və Sonorous Surefix 132 (20”-45”) markalı asqı üçün 304,8 (üç yüz dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə və 30,2 (otuz manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 335 (üç yüz otuz beş) manat, cəmi 2.659 (iki min altı yüz əlli doqquz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən X2 vasitəsilə 10 avqust 2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 46,59 (qırx altı manat, əlli doqquz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar