Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-20/2024 17.01.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Nəzərli (Salehli) Günay Həsən qızına qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 20 aprel 2021-ci il tarixli müqavilə üzrə “Samsung” Led Tv üçün 229,8 (iki yüz iyirmi doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 22,2 (iyirmi iki manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 252 (iki yüz əlli iki) manat pulun cavabdehlər Cavabdeh2 və Nəzərli (Salehli) Günay Həsən qızından müştərək qaydada tutulmasını, 19 mart 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 markalı telefon üçün 459,74 (dörd yüz əlli doqquz manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə və 45,26 (qırx beş manat, iyirmi altı qəpik) manat cərimə, 05 aprel 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 502,14 (beş yüz iki manat, on dörd qəpik) manat ödənilməmiş hissə və 50,86 (əlli manat, səksən altı qəpik) manat cərimə borcunun və 33,1 (otuz üç manat, on qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 20 aprel 2021-ci il, 19 mart 2022-ci il və 05 aprel 2022-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 markalı telefon, İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 markalı telefon və “Samsung” Led Tv almış və nəticədə 1.310 (bir min üç yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20 aprel 2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1.417,2 (bir min dörd yüz on yeddi manat, iyirmi qəpik) manat (18 ay x 77.4 manat + 24 manat ilkin ödəniş) “Samsung” Led Tv üçün ümumilikdə, 252 (iki yüz əlli iki) manat olmaqla ondan 229,8 (iki yüz iyirmi doqquz manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,2 (iyirmi iki manat, iyirmi qəpik) manat cərimə, 19 mart 2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 769,94 (yeddi yüz altmış doqquz manat, doxsan dörd qəpik) manat (12 ay x 57.73 manat + 77.18 manat ilkin ödəniş) İMEİ KOD **********98892 “Samsung Galaxy” A52 markalı telefon üçün ümumilikdə, 505 (beş yüz beş) manat olmaqla ondan, 459,74 (dörd yüz əlli doqquz manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 45,26 (qırx beş manat, iyirmi altı qəpik) manat cərimə, 05 aprel 2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 676,14 (altı yüz yetmiş altı manat, on dörd qəpik) manat (18 ay x 33.77 manat + 68.28 manat ilkin ödəniş İMEİ KOD **********29022 “Xiaomi Redmi” Note 11 markalı telefon üçün ümumilikdə, 553 (beş yüz əlli üç) manat olmaqla ondan, 502,14 (beş yüz iki manat, on dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,86 (əlli manat, səksən altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.671,6 (bir min altı yüz yetmiş bir manat, altmış qəpik) manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 20 aprel 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 ilə İddiaçı MMC qarşısında alıcı Nəzərli (Salehli) Günay Həsən qızı ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 20 aprel 2021-ci il, 19 mart 2022-ci il və 05 aprel 2022-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh2 İddiaçındən “Samsung” LED UE43TU8000UXRU markalı televizor, İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 DS (SM-A525) 128GB-Blue markalı telefon və İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 6GB/128GB Graphite Gray markalı telefonlar almış, müqavilələrin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh2 əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh2 isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyaların pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüş, öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 (Salehli) ona zamin durmuşdur. Müqavilələr üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Salehli) müqavilələrin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişlər. Cavabdehlərə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişlər, borcu ödəməmişlər. İş materiallarına əlavə edilmiş 20 aprel 2021-ci il tarixli, 23008676 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh2 arasında “Samsung” LED UE43TU8000UXRU markalı televizor olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti “Samsung” LED UE43TU8000UXRU markalı televizor olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 20 aprel 2021-ci il tarixli, 23008676 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 20 aprel 2021-ci il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 77,40 (yetmiş yeddi manat, qırx qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1.417,2 (bir min dörd yüz on yeddi manat, iyirmi qəpik) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 142 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli, 23008676 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh2 “Samsung” LED UE43TU8000UXRU markalı televizor olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli, 23008676 nömrəli zaminlik müqaviləsinin surətindən məlum olur ki, borcalanın hazırki müqavilələr ilə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməsi üçün qeyd olunan tarixdə İddiaçı ilə Nəzərli (Salehli) Günay Həsən qızı (bundan sonra “Zamin” adlanacaq) arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-2.3-cü bəndlərinə görə “ABC”-nin zamindən alıcının öhdəliyinin icrasının yerinə yetirilməsini və alıcının ona olan borcunu tələb etmək hüququ vardır. Zamin əsas müqavilə üzrə alıcının zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə “ABC” qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. Müqavilənin 3.1-ci bəndinə görə əsas müqaviləyə əsasən yalnız bütün ödənişlər tam və vaxtında ödənildikdə zaminlik müqaviləsinə xitam verilir. İş materiallarına əlavə edilmiş 19 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh2 arasında İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 DS (SM-A525) 128GB-Blue markalı telefon olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 DS (SM-A525) 128GB-Blue markalı telefon olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 19 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 19 mart 2022-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 57,73 (əlli yeddi manat, yetmiş üç qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 769,94 (yeddi yüz altmış doqquz manat, doxsan dörd qəpik) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 76.99 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 19 mart 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh2 İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 DS (SM-A525) 128GB-Blue markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 05 aprel 2022-ci il tarixli, 03261372 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh2 arasında İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 6GB/128GB Graphite Gray markalı telefon olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 6GB/128GB Graphite Gray markalı telefon olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 05 aprel 2022-ci il tarixli, 03261372 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 05 aprel 2022-ci il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 33,77 (otuz üç manat, yetmiş yeddi qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 674,04 (altı yüz yetmiş dörd manat, sıfır dörd qəpik) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 67.4 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli, 03261372 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh2 İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 6GB/128GB Graphite Gray markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh2 23 iyun 2023-cü il və 30 oktyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 29 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh2 İddiaçınə 20 aprel 2021-ci il tarixli müqavilə üzrə “Samsung” LED UE43TU8000UXRU markalı televizor üçün 229,8 (iki yüz iyirmi doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 22,2 (iyirmi iki manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 252 (iki yüz əlli iki) manat, 19 mart 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 markalı telefon üçün 459,74 (dörd yüz əlli doqquz manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə və 45,26 (qırx beş manat, iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 505 (beş yüz beş) manat, 05 aprel 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 502,14 (beş yüz iki manat, on dörd qəpik) manat ödənilməmiş hissə və 50,86 (əlli manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 553 (beş yüz əlli üç) manat, cəmi 1.310 (bir min üç yüz on) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh2 İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər müqavilələrin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh2 müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh2 İddiaçındən 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 1.417,2 (bir min dörd yüz on yeddi manat, iyirmi qəpik) manat məbləğində “Samsung” LED UE43TU8000UXRU markalı televizor, 19 mart 2022-ci il tarixli müqaviləyə əsasən 769,94 (yeddi yüz altmış doqquz manat, doxsan dörd qəpik) manat məbləğində İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 DS (SM-A525) 128GB-Blue markalı telefon və 05 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 674,04 (altı yüz yetmiş dörd manat, sıfır dörd qəpik) manat məbləğində İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 6GB/128GB Graphite Gray markalı telefon almış və imzaladığı müqavilələrə əsasən həmin məbləği və hesablanmış faiz məbləğini İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Nəzərli (Salehli) Günay Həsən qızından müştərək qaydada 20 aprel 2021-ci il tarixli müqavilə üzrə “Samsung” LED UE43TU8000UXRU markalı televizor üçün 229,8 (iki yüz iyirmi doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 22,2 (iyirmi iki manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 252 (iki yüz əlli iki) manat, Cavabdeh2 19 mart 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 markalı telefon üçün 459,74 (dörd yüz əlli doqquz manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə və 45,26 (qırx beş manat, iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 505 (beş yüz beş) manat, 05 aprel 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 502,14 (beş yüz iki manat, on dörd qəpik) manat ödənilməmiş hissə və 50,86 (əlli manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 553 (beş yüz əlli üç) manat, cəmi 1.058 (bir min əlli səkkiz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 33,1 (otuz üç manat, on qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin.
1. Cavabdehlər Cavabdeh2 və Nəzərli (Salehli) Günay Həsən qızından müştərək qaydada 20 aprel 2021-ci il tarixli müqavilə üzrə “Samsung” LED UE43TU8000UXRU markalı televizor üçün 229,8 (iki yüz iyirmi doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 22,2 (iyirmi iki manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 252 (iki yüz əlli iki) manat;
2. Cavabdeh2 19 mart 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********98892 olan “Samsung Galaxy” A52 markalı telefon üçün 459,74 (dörd yüz əlli doqquz manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə və 45,26 (qırx beş manat, iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 505 (beş yüz beş) manat, 05 aprel 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********29022 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 502,14 (beş yüz iki manat, on dörd qəpik) manat ödənilməmiş hissə və 50,86 (əlli manat, səksən altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 553 (beş yüz əlli üç) manat, cəmi 1.058 (bir min əlli səkkiz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 33,1 (otuz üç manat, on qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Daşqın Səfərov.