Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-215/2025 04.11.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********05417 Samsung Galaxy S24 Ultra, Samsung Charger, Paket XXXL xidməti, zəmanət + 1 İL xidməti üçün 3025.9 (üç min iyirmi beş manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 302.59 (üç yüz iki manat 59 qəpik) manat cərimə, ümumilikdə, 3352.09 manat borc və 53.53 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********05417 Samsung Galaxy S24 Ultra, Samsung Charger, Paket XXXL xidməti, zəmanət + 1 İL xidməti almış və nəticədə 3352.09 (üç min üç yüz əlli iki manat, 9 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3204.9 (üç min iki yüz dörd manat, 90 qəpik) manat (yəni 18 ay x 178.05 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********05417 Samsung Galaxy S24 Ultra, Samsung Charger, Paket XXXL xidməti, zəmanət + 1 İL xidməütiçün ümumilikdə, nəticədə 3352.09 (üç min üç yüz əlli iki manat, 9 qəpik) manat olmaqla ondan 3025.9 (üç min iyirmi beş manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 302.59 (üç yüz iki manat 59 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 179 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Şahbuz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2(090)-215/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ********* nömrəli fakturaya əsasən şəxsin aldığı məhsul və xidmətlər üzrə hesablanmış məbləğ ilə, göstərilən aylıq ödəniş və ödənmiş məbləği əsasında hesablanan məbləğ arasında fərq mövcuddur. Belə ki, SAMSUNG GALAXY 35W Charger Black EP-TA220 EP-TA220NBEGRU 59 manat **********99995 qəpik, İmei kod **********05417 Samsung Galaxy S24 Ultra 1 ədəd olmaqla 2399 manat, 99 qəpik, Paket XXXL 149 manat, 99 qəpik, ödənişin təminatı xidməti 18 manat, 99 qəpik, batareya zəmanəti 1 il (smartfon) 39 manat, 99 qəpik, zəmanət + 1 il 144 manat olmaqla, ümumilikdə 2812 manat, 95 qəpik təşkil edir. Lakin ********* nömrəli fakturada 18 aylıq kredit müddəti və 178.05 manat aylıq ödənişə əsasən, ümumilikdə ödənilməli məbləğ isə 3204 manat 90 qəpik təşkil edir. Göründüyü kimi məbləğlər arasında 391 manat, 95 qəpik (32xx.xx-2812.95=391.95) fərq mövcuddur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə “03” noyabr 2025-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh izahatında iddiaçıdan telefon aldığını, digər banklardan da kredit götürdüyünü, oğlunun xəstə olduğunu, banklardan kredit götürüb oğlunu müalicə etdirdiyini, maddi imkanının aşağı olduğuna görə pul ödəyə bilmədiyini, əməkhaqqından ödənişlərin tutulduğunu bildirmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin cavabdehin izahatını tədqiq edən məhkəmə MPM-in 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – MM) 567-ci maddəsi təşkil edir. Həmin normaya əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş 08 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İmei kod **********05417 Samsung Galaxy S24 Ultra, Samsung Charger, Paket XXXL xidməti, zəmanət + 1 İL xidməti olan əşyaların alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti İmei kod **********05417 Samsung Galaxy S24 Ultra markalı telefon olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş ********* nömrəli fakturaya əsasən SAMSUNG GALAXY 35W Charger Black EP-TA220 EP-TA220NBEGRU 59 manat **********99995 qəpik, İmei kod **********05417 Samsung Galaxy S24 Ultra 1 ədəd olmaqla 2399 manat, 99 qəpik, Paket XXXL 149 manat, 99 qəpik, ödənişin təminatı xidməti 18 manat, 99 qəpik, batareya zəmanəti 1 il (smartfon) 39 manat, 99 qəpik, zəmanət + 1 il 144 manat olmaqla, ümumilikdə 2812 manat, 95 qəpik təşkil edir. İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh Dadaşov X2 **********05417 Samsung Galaxy S24 Ultra telefon olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 02 sentyabr 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 03 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh İddiaçınə 08 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə İmei kod **********05417 Samsung Galaxy S24 Ultra markalı telefon üçün 3025.9 (üç min iyirmi beş manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat innovativ layihələr mərkəzi rüsumu və 302.59 (üç yüz iki manat, əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3352.09 (üç min üç yüz əlli iki manat, doqquz qəpik) manat məbləğində borcu mövcuddur. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 08 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 3025.9 (üç min iyirmi beş manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat innovativ layihələr mərkəzi rüsumu və 302.59 (üç yüz iki manat, əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3352.09 (üç min üç yüz əlli iki manat, doqquz qəpik) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 08 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 302.59 (üç yüz iki manat, əlli doqquz qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 08 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 302.59 (üç yüz iki manat, əlli doqquz qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 90.77 (doxsan manat, yetmiş yeddi qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh məhkəmə xərci olaraq İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 (iyirmi üç manat, altmış qəpik) manatın cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Belə ki iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş təhvil təslim aktında “alışkreditə verilən İMEİ-lərin sayı – 36462 ədəd” olaraq qeyd edilmiş, arayışda isə İmei kod **********05417 Samsung Galaxy S24 Ultra telefonun açılıb bağlanması xidmətinə görə 23.6 (iyirmi üç manat, altmış qəpik) manat innovativ layihələr mərkəzi rüsumu ödənildiyi qeyd edilmişdir. Görüldüyü kimi təhvil təslim aktında ümumi olaraq İMEİ-lər sadecə sayı qeyd edilmiş cavabdeh tərəfindən alınan İmei kod **********05417 Samsung Galaxy S24 Ultra markalı telefon üçün 23.6 (iyirmi üç manat, altmış qəpik) manat məbləğində xərcin çəkilməsi barədə məlumat açıq şəkildə qeyd edilməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, 3025.9 (üç min iyirmi beş manat, doxsan qəpik) manat ödənilməmiş hissə və 90.77 (doxsan manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3116.67 (üç min üç yüz əlli iki manat, doqquz qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 53.53 (əlli üç manat, əlli üç qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 49.77 (qırx doqquz manat, yetmiş yeddi qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 08 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 3025.9 (üç min iyirmi beş manat, doxsan qəpik) manat ödənilməmiş hissə və 90.77 (doxsan manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3116.67 (üç min üç yüz əlli iki manat, doqquz qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 49.77 (qırx doqquz manat, yetmiş yeddi qəpik) manat hissəsi alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-215/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-215/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver