Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-218/2025 15.01.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması və borcun” tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında 04 oktyabr 2024-cü il tarixdə bağlanmış, MK0263901-2024 saylı X5 ləğv edilməsi, 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilinin Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılması və 17366,54 manat əsas, 2630,04 manat mükafat, 538,84 manat cərimə olmaqla, cəmi 20535,42 (iyirmimin beş yüz otuz beş manat 42 qəpik) manat lizinq borcunun,eləcə də 152,61 ((yüz əlli bir manat 61 qəpik dövlət rüsumu + bank əməliyyatlarının həyata keçirilməsi üçün 1 (bir) manat xərc)) manat məbləğində çəkilmiş xərcin Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2024-cü il tarixli “X7”nə əsasən iddiaçı tərəfindən əldə edilməklə, mülkiyyətində olan 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh 36 aylıq müddətə hər ay 782,10 manat, sonuncu ay isə 779,43 manat olmaqla, ümumilikdə 28152,93 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəf lizinq müqaviləsinin şərtlərini pozaraq yerinə yetirməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq ödənişlərinin ödənilməsi tələbi ilə cavabdeh tərəfə rəsmi müraciətlərin оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq,cavabdeh tərəf lizinq ödənişlərinin icrası üçün hеç bir təşəbbüs göstərməmişdir. Bu səbəbdən də, hazırda lizinq alan Cavabdeh “X7”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 17366,54 manat əsas, 2630,04 manat mükafat və 538,84 manat məbləğində cərimə borcu mövcuddur. Beləliklə, cavabdeh tərəf öz öhdəliklərini lazımınca icra etmədiyindən, yəni lizinq obyektindən istifadə üçün lizinq məbləğini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəmədiyindən lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməklə pul məbləğini, həmçinin lizinq obyektinimübahisəsiz gerialmaq hüququ yaranmışdır. İddiaçı təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin iddiaçı təşkilat elekton ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmiş, lakin Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhər prokurorluğunda DİO istintaq, Təhqiqat va əməliyyat axtarış fəaliyyətində qanunların icrasına Nəzarət idarəsinin müavini ədliyyə müşaviri Kənan Əliyevin göstərişi ilə Nərimanov rayon polis İdarasində, Baş müstəntiqi Rahib Əliyev tərəfindən "xxxx" Lizinq şirkətinə qarşı açılan dələduzluq cinəyət işi bitənədək işi təxirə salınması xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki iş materialları ilə müəyyən olunur ki, qeyd edilə araşdırılma X1 (cavabdehin qardaşı) şikayəti əsasında "xxxx" sığorta şirkəti tərəfindən şikayətçiyə sığorta ödənişinin edilməməsi əsasında araşdırma başlanmışdır. Göründüyü kimi hazırki iş üzrə X2 tərəf deyildir və iddia tələbi ona qarşı deyil, onun qardaşı X3 qarşı qaldırılıbdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2024-cü il tarixli, MK0263901-2024 nömrəli X5: - 4-cü bəndinə əsasən Lizinq verən, bu müqavilənin müxtəlif maddələrinə əsasən digər hallar və hərəkətlər üçün cavabdeh olmamaqla yanaşı, həm də Lizinq alan və ya üçüncü tərəflər qarşısında Lizinq obyektinin tamamilə va ya lazımınca düzgün işlədilməməsinə və ya təyinatı üzrə istifadə edilməməsinə görə məsuliyyət daşımır; - 5.7-ci bəndinə əsasən Lizinq alanın lizinq obyektindən taksi fəaliyyəti üçün istifadə etdiyi aşkar edilərsə, Lizinq verən lizinq obyektini geri çağırışını və ya lizinq ödənişlərini vaxtından əvvəl tələb edə bilər; - 6.2-ci bəndinə əsasən Lizinq alan bütün zəruri vergilərin, məsrəflərin, xərclərin, təminatlanın, Lizinq alanın hər hansı digər sənədlərin Lizinq obyektini alması, verməsi, işlətməsi, istifadə etməsi nəticəsində ödənilməsi olan hər hansı lizinq mükafatı və cərimələrə məsuliyyət daşıyır; - 6.5-ci bəndinə əsasən Lizinq obyekti məhv olarsa və məhv olma sığortaçı tərəfindən kompensasiya edilməzsə bütün lizinq ödənişlərini əlava 1-də göstərilən qaydada tam ödənilməlidir; - 6.6-cı bəndinə əsasən Lizinq verənin yazılı razılığını almadan Lizinq obyektini üçüncü şəxslərin istifadəsinə verilməməlidir; - 7.1-ci bəndinə əsasən Lizinq alan Lizinq haqqını Lizinq verənə ödəmə Cədvəlinə uyğun olaraq ödəməlidir və Lizinq obyektinin gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil; - 8.1-ci bəndinə əsasən Ödəniş Cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə Lizinq alan lizinq haqqını Lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətdə hər gecikdirilmiş gün üçün (gecikmənin ilk 3 (üç) günü istisna olmaqla) gecikdirilmiş İizinq məbləginin 1 (bir) % miqdarında cərimə ödəyəcək. Cərimə lizinq ödənişinin hər ödəniş üzrə gecikdirilmiş əsas borc məbləğinə 30 (otuz) gün ərzində hesablanır; - 11.1-ci bəndinə əsasən Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu Müqavilə imzalandıqdan sonra Lizinq obyektinin hər cür zədələnməsinə və dağılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnə və dağılma ilə ələqədar Lizinq verənin ziyanlarını ödəyəcək və hətta Lizinq obyekti sıradan çıxsa belə, lizinq ödənişlərini əlavə 1ə uyğun olaraq ödəyəcək; - 13.1-ci bəndinə əsasən Lizinq alanın öz vəzifələrini yerinə yetirilməsinə görə Lizinq verənin çəkdiyi bütün məsrəflər, o cümlədən iddia xərcləri Lizinq alan tərəfindən ödənilir; - 13.2-ci bəndinə əsasən əgər bu Müqavilə qüvvəyə minməsə və ya tam olaraq ləğv olunsa, Lizinq verənin bu müqavilədən irəli gələn bütün məsrəfləri xərcləri və maliyyə itkiləri onun yazılı bildirişi əsasında Lizinq alan tərəfindən birdəfəyə ödənilməlidir; - 16.1-ci bəndinə əsasən əgər Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq tam və ya qismən iki dəfə ödəmirsə, Lizinq alan lizinq obyektini biznes və taksi fəaliyyəti üçün istifadə edərsə, Lizinq verən bu müqaviləyə birtərəfli qaydada xitam verə va müqaviləni ləğv edə bilər; - 17.1-ci bəndinə əsasən ьüqavilə müddəti Lizinq alanın öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində vaxtından əvvəl bitmiş hesab olunarsa, Lizinq alan Lizinq obyektini 3 (üç) iş günü ərzində Lizinq verənə təhvil verməyə borcludur. Lizinq obyektinin sökülməsi, daşınması, daşınma sığortası, yükləmə və s. Xərclər Lizinq alanın hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2024-cü il tarixli, MK0263901-2024 nömrəli müqavilənin 1 saylı əlavəsindən görünür ki, Lizinq alan Cavabdeh 36 ay müddətinə, 18318.00 Azn lizinq məbləği, 1778.00 Azn lizinq xərcləri, aylıq 782.10 Azn olmaqla, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək 35 ay müddətinə aylıq 382.10 Azn lizinq ödənişi, sonuncu ay, yəni xx.xx.2027-ci il tarixdə 779.43 Azn lizinq ödənişi ödəməyi öhdəlik kimi götürmüşdür. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobili Cavabdeh təhvil verilibdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 04 oktyabr 2024-cü il tarixli, MK0263901-2024 saylı “Maliyyə lizinq” müqaviləsi üzrə 07 iyul 2025-ci il tarixli maliyyə arayışına əsasən 17366.54 manat əsas borc, 2630.04 manat mükafat və 538.84 manat cərimə borcu olmaqla, cəmi 20535.42 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, 04 oktyabr 2024-cü il tarixli, MK0263901-2024 nömrəli lizinq Müqaviləsi ilə lizinq verənin lizinq obyektini lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, lizinq alanın isə həmin müqavilə ilə müəyyən edilmiş vaxtda və məbləğdə lizinq ödənişlərini həyata keçirmək öhdəlikləri əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin mübahisəsiz geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Qeyd edilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranın gecikdirilməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən müqavilə üzrə aldığı avtomobilin istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, bundan əlavə Cavabdeh lizinq obyektini biznes və taksi fəaliyyəti üçün istifadə edərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki iş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh Mrheydər oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə pul öhdəliklərinin icra etməməsi nəticəsində borcunun olması, həmçinin "xxxx" Sığorta ASC-nin xx.xx.2025-ci il tarixli məktubla “BYD” markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sərnişindaşıma fəaliyyəti (taksi fəaliyyəti) ilə bağlı AYNA-da xx.xx.2024-cü il tarixdən rəsmi qeydiyyat alınması müəyyən edilir. Halbuki, tərəflər 04 oktyabr 2024-cü il tarixli, MK0263901-2024 saylı “Maliyyə lizinq” müqaviləsinin 5.7-ci və - 16.1-ci bəndlərinə əsasən Lizinq alanın lizinq obyektindən taksi fəaliyyəti üçün istifadə etdiyi agkar edilərsə, Lizinq verən lizinq obyektini geri çağırışını və ya lizinq ödənişlərini vaxtından əvvəl tələb edə bilməsi, eyni zamanda əgər Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq tam və ya qismən iki dəfə ödəmirsə, Lizinq alan lizinq obyektini biznes və taksi fəaliyyəti üçün istifadə edərsə, Lizinq verən bu müqaviləyə birtərəfli qaydada xitam verə va müqaviləni ləğv edə bilməsi barədə razılığıa gələrək həmin müqaviləni imzalamışlar. Buna görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müqavilənin ləğv edilməsi, müqavilə ilə nəzərdə tutulmuş lizinq obyektinin geri alınması və yaranmış borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqaviləyə görə üzərinə düşən öhdəlik icra edilmədiyindən, 04 oktyabr 2024-cü il tarixli, MK0263901-2024 saylı “Maliyyə lizinq” müqaviləsi ləğv edilməli, lizinq obyekti olan ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin əsas borcunun tutulması ilə eyni zamanda müqaviləyə əsasən mükafat və cərimə borcu üzrə qeyd edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, 04 oktyabr 2024-cü il tarixli, MK0263901-2024 saylı “Maliyyə lizinq” 8.1-ci bəndinə əsasən lizinq müddətinə hər ay ödənilməli olan məbləğ müqaviləyə əlavə edilmiş Ödəniş Cədvəl (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) üzrə müəyyən edilir. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə əsasən lizinq alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi onu lizinq ödənişlərinin həyata keçirməkdən azad etmədiyindən, iddia tələbi 17366,54 (on yeddi min üç yüz altmış altı manat, əlli dörd qəpik) manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə müqavilənin Ödəniş Cədvəlinə (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) əsasən cavabdehin ödəməli olduğu 2630,04 (iki min altı yüz otuz manat, dörd qəpik) manat mükafat borcunun tutulması ilə bağlı qeyd edir ki, həmin pulun tutulması hissəsində də tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə şərtinə əsasən öhdəlikləri pozduğu və ödənişləri gecikdirdiyi halda iddiaçıya faiz borcunu ödəmək öhdəliyini götürdüyü üçün, iddiaçının həmin pulun tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcu kimi 538,84 (beş yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat məbəlğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb də təmin ediməlidir. Belə ki, iş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli X5 8.1-ci bəndindən görünür ki, Ödəniş Cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə Lizinq alan lizinq haqqını Lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla Lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətdə hər gecikdirilmiş gün üçün (gecikmənin ilk 3 (üç) günü istisna olmaqla) gecikdirilmiş İizinq məbləginin 1 (bir) % miqdarında cərimə ödəyəcək. Cərimə lizinq ödənişinin hər ödəniş üzrə gecikdirilmiş əsas borc məbləğinə 30 (otuz) gün ərzində hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından və işin araşdırılmış obyektiv hallarından görünür ki, Lizinq alan X7 üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində Lizinq verən müqavilə şərtinə əsasən 538,84 manat məbləğində cərimə pulu hesablamışdır. Bu isə 04 oktyabr 2024-cü il tarixdə bağlanmış, MK0263901-2024 saylı X7 tələb olunan əsas borc olan 17366,54 (on yeddi min üç yüz altmış altı manat, əlli dörd qəpik) manat pulun 3.1 % faizini (5xx.xx/17366.54x100=3.1 %) təşkil edir ki, bu da ağlabatan hesab edilir. Halbuki X5 8.1-ci bəndində əsasən Lizinq alan Cavabdeh hər gecikdirilmiş gün üçün (gecikmənin ilk 3 (üç) günü istisna olmaqla) gecikdirilmiş İizinq məbləginin 1 (bir) % miqdarında cərimə ödəyəcəyi barədə razılıq veribdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 152,61 ((yüz əlli bir manat 61 qəpik dövlət rüsumu + bank əməliyyatlarının həyata keçirilməsi üçün 1 (bir) manat xərc)) manat məhkəmə xərclərindən ibarətdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi təmin olunduğundan 152,61 ((yüz əlli bir manat 61 qəpik dövlət rüsumu + bank əməliyyatlarının həyata keçirilməsi üçün 1 (bir) manat xərc)) manat məhkəmə xərcləri Cavabdeh tutulub iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 oktyabr 2024-cü il tarixdə bağlanmış, MK0263901-2024 saylı X7 ləğv edilsin. Cavabdeh 2024-cü il buraxılışlı, ** YD *** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 Plug-in hibrid” minik markalı, ban nömrəsi LC0C76C44R0388637, mühərrik nömrəsi C24168523 olan, ağ mirvari rəngli minik avtomobili alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İş üzrə Cavabdeh 17366,54 (on yeddi min üç yüz altmış altı manat, əlli dörd qəpik) manat əsas, 2630,04 (iki min altı yüz otuz manat, dörd qəpik) manat mükafat və 538,84 (beş yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat olmaqla, ümumilikdə 20535,42 (iyirmi min beş yüz otuz beş manat, qırx iki qəpik) manat məbləğində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən çəkilmiş 152,61 (yüz əlli iki manat, altmış bir qəpik) manat məhkəmə xərcləri Cavabdeh tutulub iddiaçı təşkilata ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-218/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-218/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver