Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-234/2022 09.12.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 16 sentyabr 2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********69710 olan Samsung Galaxy A32 markalı telefon, LG qulaqlıq üçün 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat ödənilməmiş hissə, 97,98 (doxsan yeddi manat, doxsan səkkiz qəpik) manat cərimə, 20 sentyabr 2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********44101 BQ-3595 markalı telefon üçün 72,96 (yetmiş iki manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 7,04 (yeddi manat, sıfır dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.148 (bir min bir yüz qırx səkkiz) manat borcun və 31,48 (otuz bir manat, qırx səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********69710 olan Samsung Galaxy A32 markalı telefon, LG qulaqlıq, İMEİ kodu **********44101 BQ-3595 markalı telefon almış və nəticədə 1.148 (bir min bir yüz qırx səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat (18 ay 53.89 manat + 0) manat ilkin ödəniş İMEİ kodu **********69710 olan Samsung Galaxy A32 markalı telefon, LG qulaqlıq üçün ümumilikdə 1.068 (bir min altmış səkkiz) manat olmaqla ondan, 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 97,98 (doxsan yeddi manat, doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 74,96 (yetmiş dörd manat, doxsan altı qəpik) manat (12 ay x 6.08 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********44101 olan BQ-3595 markalı telefon üçün ümumilikdə, 80 (səksən) manat olmaqla ondan, 72,96 (yetmiş iki manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7,04 (yeddi manat, sıfır dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən İMEİ kodu **********69710 olan Samsung Galaxy A32 DS (SM-A325) 64GB-Black markalı telefon, LG FN4 Earbuds OS markalı qulaqlıq və İMEİ kodu **********44101 olan BQ-3595 Elegant Black markalı telefon almış, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyaların pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələr üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2021-ci il tarixli, 032168 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********69710 olan Samsung Galaxy A32 DS (SM-A325) 64GB-Black markalı telefon və LG FN4 Earbuds OS markalı qulaqlıq olan əşyaların alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti İMEİ kodu **********69710 olan Samsung Galaxy A32 DS (SM-A325) 64GB-Black markalı telefon və LG FN4 Earbuds OS markalı qulaqlıq olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 16 sentyabr 2021-ci il tarixli, 032168 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 16 sentyabr 2021-ci il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 53,89 (əlli üç manat, səksən doqquz qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 97 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli, 032168 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********69710 olan Samsung Galaxy A32 DS (SM-A325) 64GB-Black markalı telefon və LG FN4 Earbuds OS markalı qulaqlıq olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2021-ci il tarixli, 034077 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********44101 olan BQ-3595 Elegant Black markalı telefon olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti İMEİ kodu **********44101 BQ-3595 Elegant Black markalı telefon olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 20 sentyabr 2021-ci il tarixli, 034077 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 20 sentyabr 2021-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 6,08 (altı manat, sıfır səkkiz qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 74,96 (yetmiş dörd manat, doxsan altı qəpik) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 7.5 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli, 034077 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********44101 BQ-3595 Elegant Black markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 27 sentyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 02 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh İddiaçınə 16 sentyabr 2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********69710 Samsung Galaxy A32 DS (SM-A325) 64GB-Black markalı telefon və LG FN4 Earbuds OS markalı qulaqlıq üçün 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat ödənilməmiş hissə, 97,98 (doxsan yeddi manat, doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.068 (bir min altmış səkkiz) manat, 20 sentyabr 2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********44101 BQ-3595 Elegant Black markalı telefon üçün 72,96 (yetmiş iki manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 7,04 (yeddi manat, sıfır dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 80 (səksən) manat, cəmi 1.148 (bir min bir yüz qırx səkkiz) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələrin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh İddiaçındən 16 sentyabr 2021ci il tarixli, 032168 nömrəli müqaviləyə əsasən 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat məbləğində İMEİ kodu **********69710 Samsung Galaxy A32 DS (SM-A325) 64GB-Black markalı telefon və LG FN4 Earbuds OS markalı qulaqlıq, 20 sentyabr 2021-ci il tarixli, 034077 nömrəli müqaviləyə əsasən 74,96 (yetmiş dörd manat, doxsan altı qəpik) manat məbləğində İMEİ kodu **********44101 BQ-3595 Elegant Black markalı telefon almış və imzaladığı müqavilələrə əsasən həmin məbləği və hesablanmış faiz məbləğini İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehə qarşı iddia tələbində 16 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat ödənilməmiş hissə, 97,98 (doxsan yeddi manat, doxsan səkkiz qəpik) manat cərimə borcu, 20 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 72,96 (yetmiş iki manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 7,04 (yeddi manat, sıfır dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.148 (bir min bir yüz qırx səkkiz) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 16 sentyabr 2021-ci il tarixli, 032168 nömrəli müqavilə üzrə 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat ödənilməmiş hissə, 97,98 (doxsan yeddi manat, doxsan səkkiz qəpik) manat cərimə borcu, 20 sentyabr 2021-ci il tarixli, 034077 nömrəli müqavilə üzrə 72,96 (yetmiş iki manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 7,04 (yeddi manat, sıfır dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.148 (bir min bir yüz qırx səkkiz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən X2 vasitəsilə 04 noyabr 2022-ci il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 31,48 (otuz bir manat, qırx səkkiz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16 sentyabr 2021-ci il tarixli, 032168 nömrəli müqavilə üzrə 970,02 (doqquz yüz yetmiş manat, sıfır iki qəpik) manat ödənilməmiş hissə, 97,98 (doxsan yeddi manat, doxsan səkkiz qəpik) manat cərimə borcu, 20 sentyabr 2021-ci il tarixli, 034077 nömrəli müqavilə üzrə 72,96 (yetmiş iki manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 7,04 (yeddi manat, sıfır dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.148 (bir min bir yüz qırx səkkiz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən X2 vasitəsilə 04 noyabr 2022-ci il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 31,48 (otuz bir manat, qırx səkkiz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-234/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-234/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver