Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-269/2025 22.12.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********95200 Xiaomi Redmi 12, X5 3 il xidməti üçün olmaqla ondan, 223.55 (iki yüz iyirmi üç manat 55 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 22.36 (iyirmi iki manat 36 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X5 1 il xidməti, İmei kod **********49240 Samsung Galaxy A05S üçün, 163.74 (yüz altmış üç manat 74 qəpik) manat ödənilməmiş hissə, 16.37 (on altı manat 37 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, X5 2 il xidməti, Fritoz Hoffmann üçün, 81.43 (səksən bir manat 43 qəpik) manat ödənilməmiş hissə, 8.14 (səkkiz manat 14 qəpik) manat cərimə, ümumilikdə 539.19 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********95200 Xiaomi Redmi 12, X5 3 il xidməti, X5 1 il xidməti, İmei kod **********49240 Samsung Galaxy A05S, X5 2 il xidməti, Fritoz Hoffmann almış və nəticədə 539.19 (beş yüz otuz doqquz manat 19 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 462.62 (dörd yüz altmış iki manat 62 qəpik) manat (18 ay x 24.84 manat + 15.5 manat ilkin ödəniş) olan İmei kod **********95200 Xiaomi Redmi 12, X5 3 il xidməti üçün ümumilikdə, 269.51 (iki yüz altmış doqquz manat 51 qəpik ) manat olmaqla ondan, 223.55 (iki yüz iyirmi üç manat 55 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 22.36 (iyirmi iki manat 36 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 368.46 (üç yüz altmış səkki zmanat 46 qəpik) manat (18 ay x 20.47 manat + 0 manat ilkin ödəniş) olan X5 1 il xidməti, İmei kod **********49240 Samsung Galaxy A05S üçün, ümumilikdə, 180.11 (yüz səksən manat 11 qəpik) manat olmaqla ondan, 163.74 (yüz altmış üç manat 74 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.37 (on altı manat 37 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 123 (yüz iyirmi üç) manat (12 ay x 10.25 manat + 0 manat ilkin ödəniş) olan X5 2 il xidməti, Fritoz Hoffmann üçün ümumilikdə, 89.57 (səksən doqquz manat 57 qəpik) manat olmaqla ondan, 81.43 (səksənbir manat 43 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.14 (səkkiz manat 14 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 485.36 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən X5 1 il xidməti, İmei kod **********49240 Samsung Galaxy A05S almış, müqavilənin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında X5 1 il xidməti, İmei kod **********49240 Samsung Galaxy A05S markalı telefon olan əşyaların alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti X5 1 il xidməti, İmei kod **********49240 Samsung Galaxy A05S telefon olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 27 aprel 2024-cü il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 20.47 manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilənin qiyməti 368.4 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 36.84 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh X5 1 il xidməti, İmei kod **********49240 Samsung Galaxy A05S olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən İMEİ kodu **********95200 Xiaomi Redmi 13C markalı telefon almış, müqavilənin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdehya əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İmei kod **********95200 Xiaomi Redmi 12, X5 3 il xidməti olan əşyaların alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti İmei kod **********95200 Xiaomi Redmi 12, X5 3 il xidməti olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 20 may 2024cü il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 24.84 manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilənin qiyməti 462.6 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 46.26 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh Nəbiyev X1 **********95200 Xiaomi Redmi 12, X5 3 il xidməti olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən X5 2 il xidməti, Fritoz Hoffmann almış, müqavilənin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdehya əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında X5 2 il xidməti, Fritoz Hoffmann olan əşyaların alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti X5 2 il xidməti, Fritoz Hoffmann olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 31 dekabr 2024-cü il tarixdən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 10.25 manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilənin qiyməti 122.96 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 12.3 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh X5 2 il xidməti, Fritoz Hoffmann olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 05 noyabr 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 19 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh İddiaçınə 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə X5 1 il xidməti, İmei kod **********49240 Samsung Galaxy A05S üçün 163.74 (bir yüz altmış üç manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə və 16.37 (on altı manat, otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 180.11 (bir yüz səksən manat, on bir qəpik) manat; 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilə üzrə İmei kod **********95200 Xiaomi Redmi 12, X5 3 il xidməti üçün 223.55 (iki yüz iyirmi üç manat, əlli beş qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat innovativ layihələr mərkəzi rüsumu və 22.36 (iyirmi iki manat, otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 269.51 (iki yüz altmış doqquz manat, əlli bir qəpik) manat; 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə X5 2 il xidməti, Fritoz Hoffmann üçün 81.43 (səksən bir manat, qırx üç qəpik) manat ödənilməmiş hissə və 8.14 (səkkiz manat, on dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 89.57 (səksən doqquz manat, əlli yeddiz qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 163.74 (bir yüz altmış üç manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə və 16.37 (on altı manat, otuz yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 180.11 (bir yüz səksən manat, on bir qəpik) manat; 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilə üzrə 223.55 (iki yüz iyirmi üç manat, əlli beş qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat innovativ layihələr mərkəzi rüsumu və 22.36 (iyirmi iki manat, otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 269.51 (iki yüz altmış doqquz manat, əlli bir qəpik) manat; 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 81.43 (səksən bir manat, qırx üç qəpik) manat ödənilməmiş hissə və 8.14 (səkkiz manat, on dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 89.57 (səksən doqquz manat, əlli yeddiz qəpik) manat məbləğində borcunu tələb etmişdir. Məhkəmə iddia tələbinin 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 16.37 (on altı manat, otuz yeddi qəpik) manat cərimə borcu; 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilə üzrə 22.36 (iyirmi iki manat, otuz altı qəpik) manat cərimə borcu, 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 8.14 (səkkiz manat, on dörd qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələblər qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 16.37 (on altı manat, otuz yeddi qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 8.18 (səkkiz manat, on səkkiz qəpik) manat, 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilə üzrə 22.36 (iyirmi iki manat, otuz altı qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 11.17 (on bir manat, on yeddi qəpik) manat, 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 8.14 (səkkiz manat, on dörd qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 4.07 (dörd manat, yeddi qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh məhkəmə xərci olaraq İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 (iyirmi üç manat, altmış qəpik) manatın cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə tələb etdiyi 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 163.74 (bir yüz altmış üç manat, yetmiş dörd qəpik) manat əsas borc və 8.18 (səkkiz manat, on səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 171.92 (bir yüz yetmiş bir manat, doxsan iki qəpik); 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilə üzrə 223.55 (iki yüz iyirmi üç manat, əlli beş qəpik) manat əsas borc və 11.17 (on bir manat, on yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 234.72 (iki yüz otuz dörd manat, yetmiş iki qəpik); 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 81.43 (səksən bir manat, qırx üç qəpik) manat əsas borc və 4.07 (dörd manat, yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 85.5 (səksən beş manat, əlli qəpik) manat, ümumilikdə üç müqavilə üzrə 492.14 (dörd yüz doxsan iki manat, on dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 34.91 (otuz dörd manat, doxsan bir qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 27.38 (iyirmi yeddi manat, otuz səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 mart 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 163.74 (bir yüz altmış üç manat, yetmiş dörd qəpik) manat əsas borc və 8.18 (səkkiz manat, on səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 171.92 (bir yüz yetmiş bir manat, doxsan iki qəpik); 20 aprel 2024-cü il tarixli, 10747515 nömrəli müqavilə üzrə 223.55 (iki yüz iyirmi üç manat, əlli beş qəpik) manat əsas borc və 11.17 (on bir manat, on yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 234.72 (iki yüz otuz dörd manat, yetmiş iki qəpik); 23 noyabr 2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 81.43 (səksən bir manat, qırx üç qəpik) manat əsas borc və 4.07 (dörd manat, yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 85.5 (səksən beş manat, əlli qəpik) manat, ümumilikdə üç müqavilə üzrə 492.14 (dörd yüz doxsan iki manat, on dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 34.91 (otuz dörd manat, doxsan bir qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 27.38 (iyirmi yeddi manat, otuz səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-269/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-269/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver