Məhkəmə qərarları › İş №e-2(090)-322/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-322/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-322/2023 29.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçı “ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik-iddiaya dair ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı “ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********06341 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 42,53 (qırx iki manat, əlli üç qəpik) manat ödənilməmiş hissə, 4,47 (dörd manat, qırx yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 47 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “ABC-Telecom" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə 29 noyabr 2023-cü il tarixdə “Elektron Məhkəmə” Sistemi vasitəsilə Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddiaçı “ABC-Telecom" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə borclunun müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyini, bu səbəbdən də mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2 maddəsinə görə kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. İddiaçı “ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin iddia ərizəsinin geri qaytarılması ilə bağlı tətbiq edilməli olan prosessual hüquq normaları ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində isə kiçik iddialara dair işlərdə ərizənin baxılmamış saxlanılması ilə bağlı konkret hüquq norması nəzərdə tutulmadığından bununla əlaqədar olaraq məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırki mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 259-cu maddəsi, yəni ərizənin baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində baxılmamış saxlanılmasının əsaslarından biri iddia ərizəsinin qaytarılması barəsində ərizənin verilməsidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsinin ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı “ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən X1 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı “ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı “ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən X1 vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar