Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-47/2022 23.02.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “27” yanvar 2022-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh müqavilə üzrə 249 və 54 manat qalıq borcu, 98.10 və 21.20 manat cərimə borcu olmaqla, cəmi 422.30 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 12 avqust 2017 və 29 dekabr 2017-ci il tarixli XK06335 və XK06609 saylı nisyə alğı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 240 və 449 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 249 və 54 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 981 və 212 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin 10%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 98.10 və 21.20 manat təşkil edir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də cavabdeh İddiaçındən Micromax Q350 Grey dual və Vestel Venus V3 5580 Gold markalı telefon almış, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyaların pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələr üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 12 avqust 2017-ci il tarixli, XK06335 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında Micromax Q350 Grey dual markalı telefon olan əşyanın alğı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin predmeti adlanan 1-ci fəslinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya siyahısı Təhvil-Təslim aktında (Əlavə 2) göstərilən mal(lar)ı satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Satıcı bu müqaviləyə əsasən dəyəri 240 manat olan avadanlığı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 15 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavə 1-dən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 12 avqust 2017-ci il tarixli, XK06335 nömrəli nisyə satış müqaviləsinin “ödəniş cədvəli” üzrə müştəri 12 ay ərzində 12 avqust 2017-ci il tarixdə 15 manat, 12 sentyabr 2017-ci il tarixdən 12 avqust 2018-ci il tarixədək 19 manat, sonuncu ay, yəni 12 avqust 2018-ci il tarixdə isə İddiaçınə 16 manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavə 1-dən görünür ki, müqavilənin qiyməti 240 (iki yüz qırx) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 avqust 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh Həsənova X1 Q350 Grey dual markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 27 yanvar 2022-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh İddiaçınə 12 avqust 2017-ci il tarixli, XK06335 nömrəli müqavilə üzrə 54 (əlli dörd) manat qalıq borc, 21,20 (iyirmi bir manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 75,20 (yetmiş beş manat, iyirmi qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş 29 dekabr 2017-ci il tarixli, XK06609 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında Vestel Venus V3 5580 Gold markalı telefon olan əşyanın alğı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin predmeti adlanan 1-ci fəslinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya siyahısı Təhvil-Təslim aktında (Əlavə 2) göstərilən mal(lar)ı satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. Satıcı bu müqaviləyə əsasən dəyəri 449 manat olan avadanlığı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 20 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavə 1-dən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 29 dekabr 2017-ci il tarixli, XK06609 nömrəli nisyə satış müqaviləsinin “ödəniş cədvəli” üzrə müştəri 12 ay ərzində 29 dekabr 2017-ci il tarixdə 20 manat, 29 yanvar 2018-ci il tarixdən 29 noyabr 2018-ci il tarixədək 36 manat, sonuncu ay, yəni 29 dekabr 2018-ci il tarixdə isə İddiaçınə 33 manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavə 1-dən görünür ki, müqavilənin qiyməti 449 (dörd yüz qırx doqquz) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 dekabr 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Vestel Venus V3 5580 Gold markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 27 yanvar 2022-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh İddiaçınə 29 dekabr 2017-ci il tarixli, XK06609 nömrəli müqavilə üzrə 249 (iki yüz qırx doqquz) manat qalıq borc, 98,20 (doxsan səkkiz manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 347,10 (üç yüz qırx yeddi manat, on qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdehin isə müqavilələrdən irəli gələn öhdəliyini icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən iş üzrə Cavabdeh ünvanlanmış 10 avqust 2021-ci il tarixli bildirişdən və 25 avqust 2021-ci il tarixli sifarişli poçt göndərişinin siyahısından məlum olur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, iş üzrə Cavabdeh Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş dəbbə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh İddiaçındən 12 avqust 2017-ci il tarixli, XK06335 nömrəli nisyə satış müqaviləsinə əsasən Micromax Q350 Grey dual markalı telefon və 29 dekabr 2017-ci il tarixli, XK06609 nömrəli nisyə satış müqaviləsinə əsasən isə Vestel Venus V3 5580 Gold markalı telefon almış, imzaladığı müqavilələrə əsasən həmin malların dəyərini və hesablanmış faiz məbləğlərini İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddia tələbinin əsas borcunun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 12 avqust 2017-ci il tarixli, XK06335 nömrəli nisyə satış müqaviləsi üzrə Micromax Q350 Grey dual markalı telefon üçün cərimə borcu kimi 21,20 (iyirmi bir manat, iyirmi qəpik) manat və 29 dekabr 2017-ci il tarixli, XK06609 nömrəli nisyə satış müqaviləsi üzrə Vestel Venus V3 5580 Gold markalı telefon üçün cərimə borcu kimi 98,20 (doxsan səkkiz manat, iyirmi qəpik) manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair" 09 iyul 2009-cuil tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 12 avqust 2017-ci il tarixli, XK06335 nömrəli nisyə satış müqaviləsinə üzrə Micromax Q350 Grey dual markalı telefon üçün 54 (əlli dörd) manat qalıq borc üzrə hesablanmış 21,20 (iyirmi bir manat, iyirmi qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 5 (beş) manat və 29 dekabr 2017-ci il tarixli, XK06609 nömrəli nisyə satış müqaviləsi üzrə Vestel Venus V3 5580 Gold markalı telefon üçün 249 (iki yüz qırx doqquz) manat qalıq borc üzrə hesablanmış 98,20 (doxsan səkkiz manat, iyirmi qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 25 (iyirmi beş) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 12 avqust 2017-ci il tarixli, XK06335 nömrəli nisyə satış müqaviləsi üzrə Micromax Q350 Grey dual markalı telefon üçün 54 (əlli dörd) manat qalıq, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 59 (əlli doqquz) manat borc və 29 dekabr 2017-ci il tarixli, XK06609 nömrəli nisyə satış müqaviləsi üzrə Vestel Venus V3 5580 Gold markalı telefon üçün 249 (iki yüz qırx doqquz) manat qalıq, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 274 (iki yüz yetmiş dörd) manat olmaqla, ümumilikdə 333 (üç yüz otuz üç) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən X4 vasitəsilə 17 yanvar 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 23,65 (iyirmi üç manat, altmış beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12 avqust 2017-ci il tarixli, XK06335 nömrəli nisyə satış müqaviləsi üzrə Micromax Q350 Grey dual markalı telefon üçün 54 (əlli dörd) manat qalıq, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 59 (əlli doqquz) manat borc və 29 dekabr 2017-ci il tarixli, XK06609 nömrəli nisyə satış müqaviləsi üzrə Vestel Venus V3 5580 Gold markalı telefon üçün 249 (iki yüz qırx doqquz) manat qalıq, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 274 (iki yüz yetmiş dörd) manat olmaqla, ümumilikdə 333 (üç yüz otuz üç) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən X4 vasitəsilə 17 yanvar 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 23,65 (iyirmi üç manat, altmış beş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-47/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-47/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver