Məhkəmə qərarları › İş №e-2(090)-57/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-57/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-57/2025 08.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 537 (beş yüz otuz yeddi) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 567 (beş yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla xx.xx.1970-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 645 (altı yüz qırx beş) manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 337 manat əsas borcu, 12 ay olmaqla xx.xx.2021-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 369 (üç yüz altmış doqquz) manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 200 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 01 yanvar 1970-ci il tarixli, BNK5843695 nömrəli müqavilə üzrə 337 (üç yüz otuz yeddi) manat, 11 yanvar 2021-ci il tarixli, BNK5949329 nömrəli üzrə 200 (iki yüz) manat olmaqla, iki müqavilə üzrə ümumilikdə 537 (beş yüz otuz yeddi) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 567 (beş yüz altmış yeddi) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı təşkilatın nümayəndəsi 22 yanvar 2025-ci il tarixdə məhkəməyə müraciət edərək icraatda olan e-2(090)-57/2025 saylı iş üzrə iddiaçı tərəf olaraq İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə baxıldığı, iddiaçı tərəfindən texniki səhv olaraq iddia ərizəsində cavabdehlə bağlanmış ikinci müqavilənin nömrəsi düzgün qeyd edilmədiyi, 1) xx.xx.2021 tarixi, BNK5949329 nömrəsi, 12 ay müddəti, 369 AZN dəyəri, 200 AZN qalıq borcu; 2) xx.xx.2020 tarixi, BNK5843695 nömrəsi, 15 ay müddəti, 645 AZN dəyəri, 337 AZN qalıq borcu olan müqavilələr cavabdehlə bağlandığı, Cavabdeh müqavilə (müqavilələr) üzrə 537 (beş yüz otuz yeddi) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 567 (beş yüz altmış yeddi) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasının zəruri olduğu, Cavabdeh borc müqaviləsinə (müqavilələrinə) əsasən 537 (beş yüz otuz yeddi) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 567 (beş yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(090)-57/2025 nömrəli qərardadında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.4-ci maddəsinin tələbini əsas götürərək, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçınə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə “01” aprel 2025-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiklərini, hər hansı əlavə sübutlarının olmadığını, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2020-ci il tarixli, BNK5843695 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında məişət avadanlığı olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 645 (altı yüz qırx beş) manat borcun əsas məbləği, 0 (sıfır) manat ilkin ödənilən məbləğ, 645 (altı yüz qırx beş) manat müqavilənin ümumi məbləği olmaqla, Cavabdeh İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 645 (altı yüz qırx beş) manat məbləğində məişət avadanlığı əldə etdiyini, onun 0 (sıfır) manat ilkin ödədiyini və qalan 645 (altı yüz qırx beş) manat məbləği 45 ay müddətinə aylıq 43 (qırx üç) manat olmaqla İddiaçıyə ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş 11 yanvar 2021-ci il tarixli, BNK5949329 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Samsung Galaxy A11 Black” markalı telefon olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 369 (üç yüz altmış doqquz) manat borcun əsas məbləği, 21 (iyirmi bir) manat ilkin ödənilən məbləğ, 348 (üç yüz qırx səkkiz) manat müqavilənin ümumi məbləği olmaqla, Cavabdeh İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 369 (üç yüz altmış doqquz) manat məbləğində məişət avadanlığı əldə etdiyini, onun 21 (iyirmi bir) manat ilkin ödədiyini və qalan 348 (üç yüz qırx səkkiz) manat məbləği 12 ay müddətinə aylıq 29 (iyirmi doqquz) manat olmaqla İddiaçıyə ödəməyi öz öhdəsinə götürür. Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh İddiaçınə 28 oktyabr 2020-ci il tarixli, BNK5843695 nömrəli müqavilə üzrə 337 (üç yüz otuz yeddi) manat, 11 yanvar 2021-ci il tarixli, BNK5949329 nömrəli üzrə 200 (iki yüz) manat olmaqla, iki müqavilə üzrə ümumilikdə 537 (beş yüz otuz yeddi) manat məbləğində borcu mövcuddur. Cavabdeh 16 yanvar 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə qalıq borcu İddiaçınə ödəməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Mahmudoba kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, müqavilələrin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh əşya xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyanın pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək məbləği gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Cavabdeh kredit-satış müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də onun kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. İddiaçı cavabdehə qarşı iddia tələbində 28 oktyabr 2020-ci il tarixli, BNK5843695 nömrəli müqavilə üzrə 337 (üç yüz otuz yeddi) manat, 11 yanvar 2021-ci il tarixli, BNK5949329 nömrəli üzrə 200 (iki yüz) manat olmaqla, iki müqavilə üzrə ümumilikdə 537 (beş yüz otuz yeddi) manat ödənilməmiş hissəni tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 28 oktyabr 2020-ci il tarixli, BNK5843695 nömrəli müqavilə üzrə 337 (üç yüz otuz yeddi) manat, 11 yanvar 2021-ci il tarixli, BNK5949329 nömrəli üzrə 200 (iki yüz) manat olmaqla, iki müqavilə üzrə ümumilikdə 537 (beş yüz otuz yeddi) manat əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 28 oktyabr 2020-ci il tarixli, BNK5843695 nömrəli müqavilə üzrə 337 (üç yüz otuz yeddi) manat, 11 yanvar 2021-ci il tarixli, BNK5949329 nömrəli üzrə 200 (iki yüz) manat olmaqla, iki müqavilə üzrə ümumilikdə 537 (beş yüz otuz yeddi) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar