Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-75/2022 04.05.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “31” mart 2022-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 26.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu, 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən, “HOFFMANN VFAC” markalı kondisioner üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə pulu, 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50862 “Samsung” galaxy A10 markalı telefon, 4D Glass Full BLACK Samsung A10, Piko TPU Case for Samsung A10, Samsung EO markalı aksesuarlar üçün 12 (on iki) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə pulu, 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung” LED markalı televizor üçün 116 (bir yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37621 “Samsung Galaxy” A 10.1 markalı tablet, İMEİ kodu **********45033 Xiaomi Mi 9T Pro markalı telefon üçün 1.138 (min yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat cərimə, 12.11.2019cu il tarixli müqaviləsinə əsasən, Alyans-Paris dolab markalı mebel əşyası üçün 1.292 (min iki yüz doxsan iki) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat cərimə pulu hesablanmışdır. Ümumilikdə 3.950 manat borc və 59.5 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 26.02.2019-cu il, 07.06.2019-cu il, 20.06.2019-cu il, 08.08.2019-cu il, 11.10.2019-cu il, 12.11.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Soyuducu Samsung, “HOFFMANN VFAC” markalı kondisioner, İMEİ kodu **********50862 “Samsung galaxy A10” markalı telefon, 4D Glass Full BLACK Samsung A10, Piko TPU Case for Samsung A10, Samsung EO markalı aksesuarlar, “Samsung LED” markalı televizor İMEİ kodu **********37621 “Samsung Galaxy” A 10.1 markalı tablet, İMEİ kodu **********45033 Xiaomi Mi 9T Pro markalı telefon və Alyans-Paris dolab markalı mebel əşyası almış və nəticədə 3.950 (üç min doqquz yüz əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1.356 (min üç yüz əlli altı) manat (18 ay x 75 manat + 6 manat ilkin ödəniş) olan “Soyuducu Samsung” üçün ümumilikdə 577 (beş yüz yetmiş yeddi) manat olmaqla ondan 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52 (əlli iki) manat cərimə pulu, 07.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 918 (doqquz yüz on səkkiz) manat (18 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN VFAC” markalı kondisioner üçün ümumilikdə 561 (beş yüz altmış bir) manat olmaqla ondan 510 (beş yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51 (əlli bir) manat cərimə pulu, 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 522 (beş yüz iyirmi iki) manat (20 ay x 26 manat + 2 manat ilkin ödəniş) olan İMEİ Kodu **********50862 olan “Samsung Galaxy” A10 markalı telefon, 4D Glass Full BLACK Samsung A10, Piko TPU Case for Samsung A10, Samsung EO markalı aksesuarlar üçün ümumilikdə 13 (on üç) manat olmaqla ondan 12 (on iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 (bir) manat cərimə pulu, 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 642 (altı yüz qırx iki) manat (11 ay x 58 manat + 4 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor üçün ümumilikdə 127 (yüz iyirmi yeddi) manat olmaqla, ondan 116 (yüz on altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 (on bir) manat cərimə pulu hesablanmışdır. 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1.761 (min yeddi yüz altmış bir) manat (12 ay x 143 manat + 45 manat ilkin ödəniş) olan İMEİ kodu **********37621 olan “Samsung Galaxy” Tab A 10.1 markalı tablet, İMEİ kodu **********45033 Xiaomi Mi 9T Pro markalı telefon üçün ümumilikdə 1.251 (min iki yüz əlli bir) manat olmaqla ondan 1.138 (min yüz otuz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 113 (yüz on üç) manat cərimə pulu hesablanmışdır. 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1.360 (üç min üç yüz altmış) manat (20 ay x 68 manat + 0 manat ilkin ödəniş) olan Alyans-Paris dolab markalı mebel əşyası üçün ümumilikdə 1.421 (min dörd yüz iyirmi bir) manat olmaqla ondan 1.292 (min iki yüz doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 129 (yüz iyirmi doqquz) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.966 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 26.02.2019-cu il, 07.06.2019-cu il, 20.06.2019-cu il, 08.08.2019-cu il, 11.10.2019-cu il və 12.11.2019-cu il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 26.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən “Samsung” RT35K5440S8/WT markalı soyuducu, “HOFFMANN VFAC-12/HEB” markalı kondisioner, İMEİ kodu **********50862 olan “Samsung galaxy A10 (SM-A105)” markalı telefon, 4D Glass Full BLACK Samsung A10 (2019), Piko TPU Case for Samsung A10, “Samsung EO-HS1303BEGRU Black” markalı aksesuarlar, “Samsung LED UE32N5300AUXRU” markalı televizor, İMEİ kodu **********37621 olan “X2 A 10.1 (SM-T515)” markalı tablet, İMEİ kodu **********45033 olan “Xiaomi Mi 9T Pro 128GB” markalı telefon və “Alyans-Paris” dolab markalı mebel əşyasını almış, müqavilələrin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyaların pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələr üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 26 fevral 2019-cu il tarixli, 00532670 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Samsung” RT35K5440S8/WT markalı soyuducu olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti “Samsung” RT35K5440S8/WT markalı soyuducu olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 26 fevral 2019-cu il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 26 fevral 2019-cu il tarixli, 00532670 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 09 aprel 2019-cu il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 75 (yetmiş beş) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1.356 (bir min üç yüz əlli altı) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 136 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 26 fevral 2019-cu il tarixli, 00532670 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung” RT35K5440S8/WT markalı soyuducu olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2019-cu il tarixli, 00708768 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “HOFFMANN VFAC-12/HEB” markalı kondisioner olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti “HOFFMANN VFAC-12/HEB” markalı kondisioner olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 07 iyun 2019-cu il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 07 iyun 2019-cu il tarixli, 00708768 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 10 iyul 2019-cu il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 51 (əlli bir) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 918 (doqquz yüz on səkkiz) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 92 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 07 iyun 2019-cu il tarixli, 00708768 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh “HOFFMANN VFAC-12/HEB” markalı kondisioner olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2019-cu il tarixli, 00732951 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********50862 olan “Samsung galaxy” A10 (SM-A105) markalı telefon, 4D Glass Full BLACK Samsung A10 (2019), Piko TPU Case for Samsung A10, “Samsung EO-HS1303BEGRU Black” markalı aksesuarlar olan əşyaların alğısatqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti İMEİ kodu **********50862 olan “Samsung galaxy A10 (SM-A105)” markalı telefon, 4D Glass Full BLACK Samsung A10 (2019), Piko TPU Case for Samsung A10, “Samsung EO-HS1303BEGRU Black” markalı aksesuarlar olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 20 iyun 2019-cu il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 20 iyun 2019-cu il tarixli, 00732951 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 18 iyul 2019-cu il tarixdən başlayaraq 20 ay ərzində İddiaçınə hər ay 26 (iyirmi altı) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 522 (beş yüz iyirmi iki) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 53 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 20 iyun 2019-cu il tarixli, 00732951 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********50862 olan “Samsung galaxy A10 (SM-A105)” markalı telefon, 4D Glass Full BLACK Samsung A10 (2019), Piko TPU Case for Samsung A10, “Samsung EO-HS1303BEGRU Black” markalı aksesuarlar olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 08 avqust 2019-cu il tarixli, 00831698 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Samsung LED UE32N5300AUXRU” markalı televizor olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti “Samsung LED UE32N5300AUXRU” markalı televizor olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 08 avqust 2019-cu il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 08 avqust 2019-cu il tarixli, 00831698 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 15 sentyabr 2019-cu il tarixdən başlayaraq 11 ay ərzində İddiaçınə hər ay 58 (əlli səkkiz) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 642 (altı yüz qırx iki) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 65 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 08 avqust 2019-cu il tarixli, 00831698 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung LED UE32N5300AUXRU” markalı televizor olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2019-cu il tarixli, 00972645 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********37621 olan “X2 A 10.1 (SM-T515)” markalı tablet və İMEİ kodu **********45033 olan “Xiaomi Mi 9T Pro 128GB” markalı telefon olan əşyaların alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti İMEİ kodu **********37621 olan “X2 A 10.1 (SM-T515)” markalı tablet və İMEİ kodu **********45033 olan “Xiaomi Mi 9T Pro 128GB” markalı telefon olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 11 oktyabr 2019-cu il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 11 oktyabr 2019-cu il tarixli, 00972645 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 15 noyabr 2019-cu il tarixdən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 143 (bir yüz qırx iki) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1.761 (bir min yeddi yüz altmış bir) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 177 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli, 00972645 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********37621 olan “X2 A 10.1 (SM-T515)” markalı tablet və İMEİ kodu **********45033 olan “Xiaomi Mi 9T Pro 128GB” markalı telefon olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 12 noyabr 2019-cu il tarixli, 01046511 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Alyans-Paris” dolab markalı mebel əşyasının alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti “Alyans- Paris” dolab markalı mebel əşyasının kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 12 noyabr 2019-cu il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 12 noyabr 2019-cu il tarixli, 01046511 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 15 fevral 2020-ci il tarixdən başlayaraq 20 ay ərzində İddiaçınə hər ay 68 (altmış səkkiz) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1.360 (bir min üç yüz altmış) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 136 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 12 noyabr 2019-cu il tarixli, 01046511 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh “Alyans-Paris” dolab markalı mebel əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 26 fevral 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh həmin tarixə İddiaçınə 26 fevral 2019-cu il tarixli müqavilə üzrə “Samsung” RT35K5440S8/WT markalı soyuducu üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə və 52 (əlli iki) manat cərimə borcu olmaqla, ümumilikdə 577 (beş yüz yetmiş yeddi) manat, 07 iyun 2019-cu il tarixli müqavilə üzrə “HOFFMANN VFAC-12/HEB” markalı kondisioner üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə və 51 (əlli bir) manat cərimə borcu olmaqla, ümumilikdə 561 (beş yüz altmış bir) manat, 20 iyun 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50862 olan “Samsung galaxy A10 (SM-A105)” markalı telefon, 4D Glass Full BLACK Samsung A10 (2019), Piko TPU Case for Samsung A10, “Samsung EO- HS1303BEGRU Black” markalı aksesuarlar üçün 12 (on iki) manat ödənilməmiş hissə və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 13 (on üç) manat, 08 avqust 2019-cu il tarixli müqavilə üzrə “Samsung LED UE32N5300AUXRU” markalı televizor üçün 116 (bir yüz on altı) manat ödənilməmiş hissə və 11 (on bir) manat cərimə borcu olmaqla, ümumilikdə 127 (bir yüz iyirmi yeddi) manat, 11 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********37621 olan “X2 A 10.1 (SM-T515)” markalı tablet, İMEİ kodu **********45033 olan “Xiaomi Mi 9T Pro 128GB” markalı telefon üçün 1.138 (bir min bir yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 113 (bir yüz on üç) manat cərimə borcu olmaqla, ümumilikdə 1.251 (bir min iki yüz əlli bir) manat və 12 noyabr 2019-cu il tarixli müqavilə üzrə “Alyans-Paris” dolab markalı mebel əşyası üçün 1.292 (bir min iki yüz doxsan iki) manat ödənilməmiş hissə və 129 (bir yüz iyirmi doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 1.421 (bir min dörd yüz iyirmi bir) manat, cəmi 3.950 (üç min doqquz yüz əlli) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi 04 fevral 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşya üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh müqavilələrə əsasən İddiaçındən 1.356 (bir min üç yüz əlli altı) manat məbləğində “Samsung” RT35K5440S8/WT markalı soyuducu, 918 (doqquz yüz on səkkiz) manat məbləğində “HOFFMANN VFAC-12/HEB” markalı kondisioner, 522 (beş yüz iyirmi iki) manat məbləğində “Samsung galaxy A10 (SM-A105)” markalı telefon, 4D Glass Full BLACK Samsung A10 (2019), Piko TPU Case for Samsung A10, “Samsung EO-HS1303BEGRU Black” markalı aksesuarlar, 642 (altı yüz qırx iki) manat məbləğində “Samsung LED UE32N5300AUXRU” markalı televizor, 1.761 (bir min yeddi yüz altmış bir) manat məbləğində “X2 A 10.1 (SM-T515)” markalı tablet, İMEİ kodu **********45033 olan “Xiaomi Mi 9T Pro 128GB” markalı telefon və 1.360 (bir min üç yüz altmış) manat məbləğində “Alyans-Paris” dolab markalı mebel əşyası almış və imzaladığı müqavilələrə əsasən həmin məbləğləri və hesablanmış faiz məbləğlərini İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür . Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 26 fevral 2019-cu il tarixli müqavilə üzrə “Samsung” RT35K5440S8/WT markalı soyuducu üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə və 52 (əlli iki) manat cərimə borcu olmaqla, ümumilikdə 577 (beş yüz yetmiş yeddi) manat, 07 iyun 2019-cu il tarixli müqavilə üzrə “HOFFMANN VFAC-12/HEB” markalı kondisioner üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə və 51 (əlli bir) manat cərimə borcu olmaqla, ümumilikdə 561 (beş yüz altmış bir) manat, 20 iyun 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50862 olan “Samsung galaxy A10 (SM- A105)” markalı telefon, 4D Glass Full BLACK Samsung A10 (2019), Piko TPU Case for Samsung A10, “Samsung EO-HS1303BEGRU Black” markalı aksesuarlar üçün 12 (on iki) manat ödənilməmiş hissə və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 13 (on üç) manat, 08 avqust 2019-cu il tarixli müqavilə üzrə “Samsung LED UE32N5300AUXRU” markalı televizor üçün 116 (bir yüz on altı) manat ödənilməmiş hissə və 11 (on bir) manat cərimə borcu olmaqla, ümumilikdə 127 (bir yüz iyirmi yeddi) manat, 11 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********37621 olan “X2 A 10.1 (SM-T515)” markalı tablet, İMEİ kodu **********45033 olan “Xiaomi Mi 9T Pro 128GB” markalı telefon üçün 1.138 (bir min bir yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 113 (bir yüz on üç) manat cərimə borcu olmaqla, ümumilikdə 1.251 (bir min iki yüz əlli bir) manat və 12 noyabr 2019-cu il tarixli müqavilə üzrə “Alyans-Paris” dolab markalı mebel əşyası üçün 1.292 (bir min iki yüz doxsan iki) manat ödənilməmiş hissə və 129 (bir yüz iyirmi doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 1.421 (bir min dörd yüz iyirmi bir) manat, cəmi 3.950 (üç min doqquz yüz əlli) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 59,50 (əlli doqquz manat, əlli qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26 fevral 2019-cu il tarixli müqavilə üzrə “Samsung” RT35K5440S8/WT markalı soyuducu üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə və 52 (əlli iki) manat cərimə borcu olmaqla, ümumilikdə 577 (beş yüz yetmiş yeddi) manat, 07 iyun 2019-cu il tarixli müqavilə üzrə “HOFFMANN VFAC-12/HEB” markalı kondisioner üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə və 51 (əlli bir) manat cərimə borcu olmaqla, ümumilikdə 561 (beş yüz altmış bir) manat, 20 iyun 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50862 olan “Samsung galaxy A10 (SM-A105)” markalı telefon, 4D Glass Full BLACK Samsung A10 (2019), Piko TPU Case for Samsung A10, “Samsung EO-HS1303BEGRU Black” markalı aksesuarlar üçün 12 (on iki) manat ödənilməmiş hissə və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə 13 (on üç) manat, 08 avqust 2019-cu il tarixli müqavilə üzrə “Samsung LED UE32N5300AUXRU” markalı televizor üçün 116 (bir yüz on altı) manat ödənilməmiş hissə və 11 (on bir) manat cərimə borcu olmaqla, ümumilikdə 127 (bir yüz iyirmi yeddi) manat, 11 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********37621 olan “X2 A 10.1 (SM-T515)” markalı tablet, İMEİ kodu **********45033 olan “Xiaomi Mi 9T Pro 128GB” markalı telefon üçün 1.138 (bir min bir yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 113 (bir yüz on üç) manat cərimə borcu olmaqla, ümumilikdə 1.251 (bir min iki yüz əlli bir) manat və 12 noyabr 2019-cu il tarixli müqavilə üzrə “Alyans-Paris” dolab markalı mebel əşyası üçün 1.292 (bir min iki yüz doxsan iki) manat ödənilməmiş hissə və 129 (bir yüz iyirmi doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 1.421 (bir min dörd yüz iyirmi bir) manat, cəmi 3.950 (üç min doqquz yüz əlli) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 59,50 (əlli doqquz manat, əlli qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-75/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-75/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver