Məhkəmə qərarları › İş №e-2(090)-81/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-81/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-81/2022 16.05.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “11” aprel 2022-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, 23.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu HA0V8LJ7 Lenovo TAB 10 markalı tablet üçün 60 (altmış) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən Paltaryuyan Samsung, Dr.Beckmann Paltaryuyan maşın təmizləyicisi üçün 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat cərimə, 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor üçün 1.281,8 (bir min iki yüz səksən bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 128,2 (bir yüz iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********07618 Huawei Y5 Lite markalı telefon üçün 200 (iki yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 2.682 manat borc və 46.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 23.12.2018-ci il, 08.09.2019-cu il, 07.01.2020-ci il və 18.01.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu HA0V8LJ7 Lenovo TAB 10 markalı tablet, Paltaryuyan Samsung, Dr.Beckmann Paltaryuyan maşın təmizləyicisi, Samsung LED markalı televizor və İMEİ kodu **********07618 Huawei Y5 Lite markalı telefon almış və nəticədə 2.682 (iki min altı yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.12.2018ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 270 (iki yüz yetmiş) manat (18 ay x 15 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu HA0V8LJ7 Lenovo TAB 10 markalı tablet üçün ümumilikdə 66 (altmış altı) manat olmaqla, ondan 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə, 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1.250 (bir min iki yüz əlli) manat (18 ay x 69 manat + 8 manat ilkin ödəniş) Paltaryuyan Samsung, Dr.Beckmann Paltaryuyan maşın təmizləyicisi üçün ümumilikdə 986 (doqquz yüz səksən altı) manat olmaqla ondan, 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89 (səksən doqquz) manat cərimə, 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1.357,2 (bir min üç yüz əlli yeddi manat, iyirmi qəpik) manat (18 ay x 75.4 manat + 0 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə 1.410 (bir min dörd yüz on) manat olmaqla, ondan 1.281,8 (bir min iki yüz səksən bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 128,2 (bir yüz iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 240 (iki yüz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********07618 olan Huawei Y5 Lite markalı telefon üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat olmaqla, ondan 200 (iki yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 23.12.2018-ci il tarixli müqaviləsi üzrə son ödəniş tarixi 07.03.2020-ci il tarixi olmaqla cəmi ödədiyi məbləğ 2.704,7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış 23.12.2018-ci il, 08.09.2019-cu il, 07.01.2020-ci il və 18.01.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin 26.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən İMEİ kodu HA0V8LJ7 olan Lenovo TAB 10 Wİ-Fİ (TB-X103F) markalı tablet, “Samsung” WW65K52E69SDLP (Gümüşü) markalı paltaryuyan, “Dr.Beckmann” 250 ml (**********612) markalı paltaryuyan maşın təmizləyicisi, “Samsung LED” UE43RU7200UXRU markalı televizor və İMEİ kodu **********07618 olan “Huawei” Y5 Lite markalı telefon almış, müqavilələrin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyaların pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələr üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 23 dekabr 2018-ci il tarixli, 00432191 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu HA0V8LJ7 olan Lenovo TAB 10 Wİ-Fİ (TB-X103F) markalı tablet olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti İMEİ kodu HA0V8LJ7 olan Lenovo TAB 10 Wİ-Fİ (TB-X103F) markalı tablet olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 23 dekabr 2018-ci il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 23 dekabr 2018-ci il tarixli, 00432191 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 28 yanvar 2019-cu il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 15 (on beş) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 270 (iki yüz yetmiş) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 27 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 23 dekabr 2018-ci il tarixli, 00432191 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu HA0V8LJ7 olan Lenovo TAB 10 Wİ-Fİ (TB-X103F) markalı tablet olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2019-cu il tarixli, 00899029 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Samsung” WW65K52E69SDLP (Gümüşü) markalı paltaryuyan və “Dr.Beckmann” 250 ml (**********612) markalı paltaryuyan maşın təmizləyicisi olan əşyaların alğısatqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti “Samsung” WW65K52E69SDLP (Gümüşü) markalı paltaryuyan və “Dr.Beckmann” 250 ml (**********612) markalı paltaryuyan maşın təmizləyicisi olan əşyaların kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 08 sentyabr 2019-cu il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 08 sentyabr 2019-cu il tarixli, 00899029 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 15 oktyabr 2019-cu il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 69 (altmış doqquz) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1.250 (bir min iki yüz əlli) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 125 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 08 sentyabr 2019-cu il tarixli, 00899029 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung” WW65K52E69SDLP (Gümüşü) markalı paltaryuyan və “Dr.Beckmann” 250 ml (**********612) markalı paltaryuyan maşın təmizləyicisi olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2020-ci il tarixli, 20018102 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Samsung LED” UE43RU7200UXRU markalı televizor olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti “Samsung LED” UE43RU7200UXRU markalı televizor olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 07 yanvar 2020-ci il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 07 yanvar 2020-ci il tarixli, 20018102 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 20 fevral 2020-ci il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 75,4 (yetmiş dörd manat, qırx qəpik) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 1.357,2 (bir min üç yüz əlli yeddi manat, iyirmi qəpik) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 136 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 07 yanvar 2020-ci il tarixli, 20018102 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung LED” UE43RU7200UXRU markalı televizor olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2020-ci il tarixli, 20044219 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********07618 olan Huawei Y5 Lite markalı telefon olan əşyanın alğısatqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti İMEİ kodu **********07618 olan Huawei Y5 Lite markalı telefon olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş 18 yanvar 2020-ci il tarixli Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 18 yanvar 2020-ci il tarixli, 20044219 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 18 fevral 2020-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 20 (iyirmi) manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 240 (iki yüz qırx) manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 24 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 18 yanvar 2020-ci il tarixli, 20044219 nömrəli müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********07618 olan “Huawei” Y5 Lite markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 26 fevral 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 24 mart 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh İddiaçınə 23 dekabr 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu HA0V8LJ7 olan Lenovo TAB 10 Wİ-Fİ (TB-X103F) markalı tablet üçün 60 (altmış) manat ödənilməmiş hissə və 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə 66 (altmış altı) manat, 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə “Samsung” WW65K52E69SDLP (Gümüşü) markalı paltaryuyan və “Dr.Beckmann” 250 ml (**********612) markalı paltaryuyan maşın təmizləyicisi üçün 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş hissə və 89 (səksən doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 986 (doqquz yüz səksən altı) manat, 07 yanvar 2020-ci il tarixli müqavilə üzrə “Samsung LED” UE43RU7200UXRU markalı televizor üçün 1.281,8 (bir min iki yüz səksən bir manat, səksən qəpik) manat ödənilməmiş hissə və 128,2 (bir yüz iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.410 (bir min dörd yüz on) manat və 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********07618 olan “Huawei” Y5 Lite markalı telefon üçün 200 (iki yüz) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi 04 fevral 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tərəfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh müqavilələrə əsasən İddiaçındən 270 (iki yüz yetmiş) manat məbləğində İMEİ kodu HA0V8LJ7 olan Lenovo TAB 10 Wİ-Fİ (TB-X103F) markalı tablet, 1.250 (bir min iki yüz əlli) manat məbləğində “Samsung” WW65K52E69SDLP (Gümüşü) markalı paltaryuyan və “Dr.Beckmann” 250 ml (**********612) markalı paltaryuyan maşın təmizləyicisi, 1.357,2 (bir min üç yüz əlli yeddi manat, iyirmi qəpik) manat məbləğində “Samsung LED” UE43RU7200UXRU markalı televizor və 240 (iki yüz qırx) manat məbləğində İMEİ kodu **********07618 olan “Huawei” Y5 Lite markalı telefon almış və imzaladığı müqavilələrə əsasən həmin məbləğləri və hesablanmış faiz məbləğlərini İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 23 dekabr 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu HA0V8LJ7 olan Lenovo TAB 10 Wİ-Fİ (TB-X103F) markalı tablet üçün 60 (altmış) manat ödənilməmiş hissə və 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə 66 (altmış altı) manat, 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə “Samsung” WW65K52E69SDLP (Gümüşü) markalı paltaryuyan və “Dr.Beckmann” 250 ml (**********612) markalı paltaryuyan maşın təmizləyicisi üçün 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş hissə və 89 (səksən doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 986 (doqquz yüz səksən altı) manat, 07 yanvar 2020-ci il tarixli müqavilə üzrə “Samsung LED” UE43RU7200UXRU markalı televizor üçün 1.281,8 (bir min iki yüz səksən bir manat, səksən qəpik) manat ödənilməmiş hissə və 128,2 (bir yüz iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.410 (bir min dörd yüz on) manat və 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********07618 olan “Huawei” Y5 Lite markalı telefon üçün 200 (iki yüz) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat, cəmi 2.682 (iki min altı yüz səksən iki) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən X2 vasitəsilə 29 sentyabr 2021ci il tarixdə ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat və X2 vasitəsilə 26 mart 2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 16,82 (on altı manat, səksən iki qəpik) manat, cəmi 46,82 (qırx altı manat, səksən iki qəpik) manat dövlət rüsumları Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 23 dekabr 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu HA0V8LJ7 olan Lenovo TAB 10 Wİ-Fİ (TB-X103F) markalı tablet üçün 60 (altmış) manat ödənilməmiş hissə və 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə 66 (altmış altı) manat, 08 sentyabr 2019-cu il tarixli müqavilə üzrə “Samsung” WW65K52E69SDLP (Gümüşü) markalı paltaryuyan və “Dr.Beckmann” 250 ml (**********612) markalı paltaryuyan maşın təmizləyicisi üçün 897 (səkkiz yüz doxsan yeddi) manat ödənilməmiş hissə və 89 (səksən doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 986 (doqquz yüz səksən altı) manat, 07 yanvar 2020-ci il tarixli müqavilə üzrə “Samsung LED” UE43RU7200UXRU markalı televizor üçün 1.281,8 (bir min iki yüz səksən bir manat, səksən qəpik) manat ödənilməmiş hissə və 128,2 (bir yüz iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.410 (bir min dörd yüz on) manat və 18 yanvar 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********07618 olan “Huawei” Y5 Lite markalı telefon üçün 200 (iki yüz) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat, cəmi 2.682 (iki min altı yüz səksən iki) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən X2 vasitəsilə 29 sentyabr 2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat və X2 vasitəsilə 26 mart 2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 16,82 (on altı manat, səksən iki qəpik) manat, cəmi 46,82 (qırx altı manat, səksən iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar