Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-81/2024 06.04.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 14 aprel 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 253,44 (iki yüz əlli üç manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 25,56 (iyirmi beş manat, əlli altı qəpik) manat cərimə, 02 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən “Haylou” markalı qulaqlıq üçün 36,7 (otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,3 (üç manat, otuz qəpik) manat cərimə və 02 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən “Apple” Airpods Pro markalı qulaqlıq üçün 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə borcu olmaqla ümumilikdə 770 (yeddi yüz yetmiş) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 14 aprel 2022-ci il, 02 oktyabr 2022-ci il və 02 dekabr 2022-ci il tarixli müqavilələrə əsasən İmei kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 markalı telefon, “Haylou” və “Apple” Airpods Pro markalı qulaqlıqlar üçün 770 (yeddi yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14 aprel 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 766.44 manat (18 ay x 42.58 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün ümumilikdə 279 manat olmaqla, ondan 253,44 (iki yüz əlli üç manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 25,56 (iyirmi beş manat, əlli altı qəpik) manat cərimə, 02 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 75 manat (12 ay x 6.25 manat + 0 manat ilkin ödəniş) olan “Haylou” markalı qulaqlıq üçün ümumilikdə 40 manat olmaqla, ondan 36,7 (otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,3 (üç manat, otuz qəpik) manat cərimə və 02 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 588 manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan “Apple” Airpods Pro markalı qulaqlıq üçün ümumilikdə 451 manat olmaqla ondan, 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 729.3 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 14 aprel 2022-ci il, 02 oktyabr 2022-ci il və 02 dekabr 2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən İMEİ kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 4GB/128GB Graphite Gray markalı telefon, “Haylou” T15 və “Apple” Airpods Pro markalı qulaqlıq almış, müqavilələrin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilələr üzrə istifadə etdiyi əşyaların pulunu müqavilələr ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələr üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 14 aprel 2022-ci il tarixli, 03081528 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 4GB/128GB Graphite Gray markalı telefon olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti İMEİ kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 4GB/128GB Graphite Gray markalı telefon olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 14 aprel 2022-ci il tarixli, 03081528 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 14 aprel 2022-ci il tarixdən başlayaraq 18 ay ərzində İddiaçınə hər ay 42.58 manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 766.42 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 76.64 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli, 03081528 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 4GB/128GB Graphite Gray markalı telefon olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2022-ci il tarixli, 10791942 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Haylou” T15 markalı qulaqlıq olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti “Haylou” T15 markalı qulaqlıq olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 02 oktyabr 2022-ci il tarixli, 10791942 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 02 oktyabr 2022-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 6.25 manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 75 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 7.5 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 02 oktyabr 2022-ci il tarixli, 10791942 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh “Haylou” T15 markalı qulaqlıq olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş 02 dekabr 2022-ci il tarixli, 14892327 nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında “Apple” Airpods Pro markalı qulaqlıq olan əşyanın alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən müqavilənin predmeti “Apple” Airpods Pro markalı qulaqlıq olan əşyanın kreditorun müştəriyə verilməsinə dair, müştərinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan müqaviləyə edilmiş Əlavədən isə aydın olur ki, həmin əlavə tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsidir, həmin əlavəyə əsasən 02 dekabr 2022-ci il tarixli, 14892327 nömrəli müqavilənin ödəniş cədvəli üzrə müştəri 02 dekabr 2022-ci il tarixdən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 49 manat ödəməyi öhdəsinə götürür. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 588 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, İddiaçı müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsini penya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, İddiaçı müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 58.8 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli, 14892327 nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh “Apple” Airpods Pro markalı qulaqlıq olan əşyanı iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 07 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 24 fevral 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh İddiaçınə 14 aprel 2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 253,44 (iki yüz əlli üç manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 25,56 (iyirmi beş manat, əlli altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 279 manat, 02 oktyabr 2022-ci il tarixli müqavilə üzrə “Haylou” markalı qulaqlıq üçün 36,7 (otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,3 (üç manat, otuz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 40 (qırx) manat və 02 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən “Apple” Airpods Pro markalı qulaqlıq üçün 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə borcu olmaqla, ümumilikdə 451 (dörd yüz əlli bir) manat, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, cavabdeh Əmənov X1 rayonu, Nursu kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələrin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 14 aprel 2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 253,44 (iki yüz əlli üç manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 25,56 (iyirmi beş manat, əlli altı qəpik) manat cərimə, 02 oktyabr 2022-ci il tarixli müqavilə üzrə “Haylou” markalı qulaqlıq üçün 36,7 (otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,3 (üç manat, otuz qəpik) manat cərimə və 02 dekabr 2022-ci il tarixli müqavilə üzrə “Apple” Airpods Pro markalı qulaqlıq üçün 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə borcu olmaqla ümumilikdə 770 (yeddi yüz yetmiş) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 14 aprel 2022-ci il, 02 oktyabr 2022-ci il və 02 dekabr 2022-ci il tarixli müqavilələr üzrə müvafiq olaraq 25,56 (iyirmi beş manat, əlli altı qəpik) manat, 3,3 (üç manat, otuz qəpik) manat və 41 (qırx bir) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 14 aprel 2022-ci il tarixli müqavilə üzrə 25,56 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq 12,7 (on iki manat, yetmiş qəpik) manat, 02 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 3,3 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq 1,8 (bir manat, səksən qəpik) manat və 02 dekabr 2022-ci il tarixli müqavilə üzrə 41 manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 20,5 (iyirmi manat, əlli qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 14 aprel 2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 253,44 (iki yüz əlli üç manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 12,7 (on iki manat, yetmiş qəpik) manat cərimə, 02 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən “Haylou” markalı qulaqlıq üçün 36,7 (otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 1,8 (bir manat, səksən qəpik) manat cərimə və 02 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən “Apple” Airpods Pro markalı qulaqlıq üçün 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 20,5 (iyirmi manat, əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 735,14 (yeddi yüz otuz beş manat, on dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28,5 (iyirmi səkkiz manat, əlli qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 aprel 2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********12263 olan “Xiaomi Redmi” Note 11 markalı telefon üçün 253,44 (iki yüz əlli üç manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 12,7 (on iki manat, yetmiş qəpik) manat cərimə, 02 oktyabr 2022-ci il tarixli müqavilə üzrə “Haylou” markalı qulaqlıq üçün 36,7 (otuz altı manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 1,8 (bir manat, səksən qəpik) manat cərimə və 02 dekabr 2022-ci il tarixli müqavilə üzrə “Apple” Airpods Pro markalı qulaqlıq üçün 410 (dörd yüz on) manat ödənilməmiş hissə, 20,5 (iyirmi manat, əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 735,14 (yeddi yüz otuz beş manat, on dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28,5 (iyirmi səkkiz manat, əlli qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-81/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-81/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver