Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-95/2022 23.09.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbulu faktının təsdiqi və miras əmlakda payların müəyyən olunması” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən, mərhum X11 miras qalmış mirasın (daşınmaz əmlakın) İddiaçı tərəfindən qəbulu faktının təsdiqi və Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən, mərhum X11 miras qalmış miras əmlakda İddiaçı miras payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “xx.xx.1996-cı ildə Şahbuz qəsəbəsində hazırki ünvan ünvan 1əmin ünvanda yerləşən daşınmaz əmlak ata nənəsi X22 mülkiyyət hüququ ilə məxsus olmuşdur. İddiaçı atası, anası və digər ailə üzvləri ilə birlikdə ata nənəsinə məxsus evdə yaşamışlar. Ata nənəsi X5 Rayon İcra Hakimiyyəti Başçısının 14 iyun 1999-cu il tarixli sərəncamı ilə İddiaçı övladlığa götürmüş və bu barədə 18 iyun 1999-cu ildə Şahbuz Rayon Qeydiyyat Şöbəsinin övladlığa götürülmə haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılmış, AZ 007193 nömrəli şəhadətnamə verilmiş və doğum haqqında şəhadətnamənin ana qrafasında düzəliş edilərək anası X29 yazılmışdır. X29 20 yanvar 2000-ci il tarixində vəfat etmişdir. Onun aşağıdakı vərəsələri olmuşdur: 1.X30 (vəfat edib) 2.X31 (vəfat edib) 3.X32 4.X33 5.X17
6. İddiaçı
7. X45
8. X34 X33 2008-ci ildə vəfat etdikdən sonra onun övladı-birinci növbəli vərəsə Cavabdeh 2015-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və nənəsindən miras qalmış ünvan 3 ünvanında yerləşən əmlakın onun tərəfindən qəbul edilməsi faktının təsdiq olunmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsi ərizəçinin ərizəsini təmin edərək həmin əmlakın Nihad tərəfindən qəbul edilməsi faktını müəyyən etmişdir. Həmin məhkəmə proseslərindən İddiaçı məlumatı olmamışdır. Belə ki, mülki işin materiallarında da bununla bağlı hər hansı bir təsdiqedici sənəd yoxdur. Məhkəmə mərhumun iki vərəsəsi olduğunu qəbul etmiş, İddiaçı mərhum tərəfindən övladlığa götürülməsi məsələsini araşdırmamış, bunu nəzərə almamışdır. Halbuki işə baxan məhkəmə mərhumun ilk növbədə birinci növbəli vərəsələrinin dairəsini dəqiq müəyyən etməli idi. Qanunverciliyə görə də övladlığa götürülənlər doğma övladlara bərabər tutulurlar. Halbuki iddia ərizəsinə əlavə olunmuş vərəsələrin dairəsi barədə arayışda mərhum X18 8 vərəsəsinin olduğu qeyd olunmuşdur. İddiaçı anasından (övladlığa götürəndən) qalan yuxarıda qeyd olunan miras əmlakı yaşamaqla qəbul etmişdir. Məlum olduğu kimi mirasın qəbulunun 2 forması vardır: Formal Qeyri-formal. İddiaçı məhz qeyri-formal üsulla miras əmlakda miras qoyan öldükdən sonra yaşamaqla həmin əmlakı qəbul etmişdir. Sonradan yuxarıda qeyd olunduğu kimi hazırki iş üzrə cavabdeh həmin miras əmlakın qəbuluna dair Şahbuz Rayon Məhkəməsinə müraciət etmiş və mərhumun vərəsələrinin dairəsi barədə arayış təhrif olunaraq məhkəməyə fərqli arayış təqdim olunmuşdur. Qanunun tələbinə görə miras əmlak qəbul edildiyi andan vərəsənin mülkiyyəti sayılır. Məhz iddiaçı da qeyd edilən miras əmlakda yaşamaqla onu faktiki olaraq qəbul etmiş və artıq mülkiyyət hüququnu yaratmışdır. Müvafiq qətnamə ilə miras əmlakın bütün kütləsini öz adına keçirdən hazırki iş üzrə cavabdeh iddiaçının yaranmış mülkiyyət hüququnu pozmuşdur. Ona görə də iddiaçı həm pozulmuş hüquqlarının bərpası, həm mirasın faktiki qəbulunun təsdiqi və miras əmlakda payının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir sıra maddələrinə istinad edərək Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən, mərhum X11 miras qalmış mirasın (daşınmaz əmlakın) İddiaçı tərəfindən qəbulu faktının təsdiqi və Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən, mərhum X11 miras qalmış miras əmlakda İddiaçı miras payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 2002-ci ilədək anası ilə birlikdə nənəsi X3 yanında Şahbuz şəhəri, Heydər Əliyev prospekti, bina 7, mənzil 10-da yaşayıbdır, onu övladlığa götürən nənəsi Humay Hüseynova rəhmətə gedəndən sonra da o, həmin mənzildə yaşayıbdır, birinci sinfin yarısına kimi Şahbuz şəhərində məktəbə gedibdir, onu övladlığa götürən Humay Hüseynova rəhmətə gedəndən sonra bioloji anası X35 onun qəyyumu olubdur. Qəyyumluğu birinci babası Hüseynov Vaqifə verilib, sonra anası məhkəməyə müraciət edib alıbdır, atası Heydər 1999-cu ildə rəhmətə gedib, atası övladlığa götürən Humay Hüseynovadan qabaq rəhmətə gedib, 2014-cü ildən bu günə kimi, mirasın qəbulu ilə bağlı notariusa müraciət etməyibdir, o, miras olan mənzildə 2002-ci ilə kimi yaşayıbdır, ondan sonra həmin mənzildə yaşamayıbdır, həmin vaxt qarşı tərəf onu və anasını istəməyiblər, onlarda 2002-ci ildə çıxıb gediblər, aralarında olan bəzi məsələlərə görə yetkinlik yaşına çatdıqdan sonra mirasın qəbulu ilə bağlı notariusa və ya hər-hansı bir orqana müraciət etməyibdir, 2015-ci ildə ailə qurub nikaha daxil olubdur, evli olduğuna görə mirasın qəbulu ilə bağlı hər-hansı bir orqana müraciət etməyibdir, Bakı şəhərində olduğuna görə mirasın qəbulu ilə bağlı müraciət etməyibdir, 3 il, yəni 2018-ci ilədək Bakı şəhərində yaşayıbdır, hazırda evli deyil, ayrılıbdır, ayrıldıqdan sonra birbaşa Sədərək rayonuna anası Xuramanın yanına qayıdıbdır, o vaxtdan sonra da mirasın qəbulu ilə bağlı müraciət etməyibdir, həmin vaxt imkanı olmayıb deyə müraciət etməyibdir, sonra imkanı olduğu üçün müraciət edibdir, sonda iddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, övladlığa götürülən vaxt atasının anası Sahibənin yanında yaşayıbdır, Hüseynova Sahibə onun ata nənəsidir, 2004-cü ildə Sədərək rayonunda qeydiyyata düşübdür, yetkinlik yaşına çatdıqdan sonra mirasın qəbulu ilə bağlı notariusa və ya hər-hansı bir orqana müraciət etməyibdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında hüquqlarını təmsil etdiyi İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəməyə verdiyi izahatında işin mahiyyəti barədə ətraflı məlumat verdiyini bildirərək, məhkəmədən iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, İddiaçı onun qardaşı qızıdır, eyni zamanda qardaşı Heydər də X18 övladlığına verilibdir, həmçinin qardaşının qızı X2 övladlığa verilibdir, İddiaçı dedikləri yalandır, İddiaçı övladlığa verilsə də, atası Heydər öldükdən sonra ünvan 4 ünvanında onlarla birlikdə, yəni onun anası eyni zamanda iddiaçının nənəsi Sahibə, atası iddiaçının isə babası Vaqif, iddiaçı Humayın anası Xuraman ilə birlikdə yaşayıblar, daha sonra onlarla Xuraman arasında söz-söhbət olduğundan Xuraman evi tərk edib gedibdir, bir müddət sonra isə gəlib iddiaçı Humayı özü ilə aparıbdır. İddiaçı dediyi kimi ünvan 3 ünvanında yaşamayıbdır, 2000-ci ildə evləndikdən sonra həmin mənzildə o ailəsi ilə birlikdə yaşayıbdır, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməmə iclasında cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X36 izahatında bildirdi ki, mərhum qardaşı X34 1994-cü il aprelin 26-da rəhmətə gedəndən sonra nənəsi X29 nəticəsi İddiaçıı övladlığa götürübdür, mərhum X19 yoldaşı X12 ilə nənəsi Hüseynova Humayın arasında söz-söhbət olubdur, mərhum Heydər öləndən sonra 1999-cu ildə X12 uşaqları da götürüb gedibdir, 1999-cu il dekabrın 23-də Cavabdeh gedib balaca Humayı, İddiaçıı gətirib onların yaşadıqları Şahbuz şəhəri, H.Əliyev prospekti bina 7, mən 10-a, iddiaçı burada 9 gün qalıb, yeni ildən bir gün qabaq Cavabdeh İddiaçıı aparıb anası Xuraman Əliyevaya veribdir, 2000-ci il yanvarın 20də nənəsi X29 rəhmətə gedibdir, 2001-ci ildə Xuraman Əliyeva yenidən qayıdıb gəlibdir və Şahbuz şəhəri, H.Əliyev prospekti bina 7, mən 10 yaşayıbdır, Xuraman Əliyeva qayıdandan sonra Şahbuz şəhəri, H.Əliyev prospekti bina 7, mən 10 qeydiyyata düşübdür, həmin vaxt ünvan 3-ni atası Vaqif Hüseynov kirayəyə veribdir, bir müddət sonra hardasa 2002-ci ildə X54 şəhəri, H.Əliyev prospekti bina 7, mənzil 7-yə köçmək istədi və həmin mənzildə Heydərə aid otağı Xuraman Əliyevaya veriblər, həmin mənzildə Xuraman, uşaqları iddiaçı Humay və Lamiyə, atası Vaqif və kirayəçi qalıblar. 2002-ci il oktyabr ayında anası X10 ilə iddiaçının anası Xuraman Əliyeva arasında söz-söhbət olubdur, həmin vaxt Şahid1, anası Sahibə ilə Xuraman mübahisə ediblər, mübahisənin sabahısı günü Xuraman Əliyeva onları polisə şikayət edibdir, Xuraman Əliyeva əşyalarını yığıb getmək istəyəndə anası Sahibə nəvəsi İddiaçıı qoymayıbdır Xuraman özü ilə aparsın, bu söz-söhbət 2002ci ilin noyabr ayında olubdur, 2003-cü ilin mart ayının 11-də İddiaçı əlifba bayramını keçirib, mart ayının 13-də İddiaçıı bioloji anası Xuraman Əliyevaya veriblər, ondan sonra İddiaçıı onlara göstərməyiblər, X.Hüseynova əlavə olaraq bildirdi ki, 2019-cu ildə Şahid1 onlar arasında mübahisə olubdur, Şahid1 oğlu anası Sahibəni döyübdür, buna görə hərbi prokurorluqda və rayon prokurorluğunda olublar, həmin vaxtdan sonra onlarla ədavətli olublar, ona görə də Şahid1 onlara qarşı qərəzli ifadə veribdir, sonda X.Hüseynova göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran X.Hüseynova bildirdi ki, İddiaçı mübahisəli mənzildə yaşamayıbdır, İddiaçı onlarla birlikdə ünvan 4 yaşayıbdır, həmin vaxt İddiaçı 5-6 yaşı olubdur, ünvan 3-də isə 2000-ci ildə Cavabdeh evləndikdən sonra ailəsi ilə birlikdə yaşayıbdır, İddiaçı mərhum X18 ölümündən sonra qəyyumluğa verilməsi barədə onda məlumat yoxdur, Xuraman Əliyeva qardaşı Heydər Hüseynov rəhmətə getdikdən sonra çıxıb gedibdir, daha sonra mərhum X29 rəhmətə getdikdən bir il sonra Şahbuz şəhərinə qayıdıbdır və mənzil 10-da yaşayıblar. Məhkəmə iclasında cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında bildirdi ki, mərhum X29 onun qayınanasıdır, qayınanası 2000-ci ildə rəhmətə gedibdir, qayınanası X1 onunla birlikdə qızı Kəmalə, oğlu Nihad və yoldaşı Vaqif mərhumla birlikdə qalıblar, mərhum Hüseynov Heydər isə onun oğludur, oğlu Hüseynov Heydər 1999-cu ildə rəhmətə gedibdir, Heydərin yoldaşı Əliyeva Xuraman oğlu rəhmətə getdikdən sonra çıxıb gedibdir, İddiaçı oğlu Vaqif ilə birlikdə qalıbdır, iddiaçı Hüseynli azyaşlı olduğu üçün o baxıbdır. İddiaçı himayəçiliyə və ya qəyyumluğa verilməsi rəsmi sənəd verilməyibdir, Əliyeva Xuraman yoldaşı Hüseynov Heydər sağlığında mənzil 7-də yaşayıblar, oğlu Heydər rəhmətə etdikdən sonra Xuraman Əliyeva həmin mənzildə yaşamayıbdır, mərhum X29 rəhmətə gedəndən sonra Əliyeva Xuraman istər ünvan 3-də, istərsə də ünvan 4 yaşamayıbdır, sonda S.Hüseynova göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran S.Hüseynova bildirdi ki, mərhum X34 onun oğludur, oğlu Heydər mərhum X22 övladlığa verilibdir, eyni zamanda Heydərin qızı İddiaçı da mərhum Humay Hüseynovanın övladlığına verilibdir, İddiaçı mərhum Hüseynova Humay rəhmətə getdikdən sonra bir müddət Şahbuz şəhəri, H.Əliyev prospekti bina 7, mən 10 ünvanında onlarla az bir müddət birlikdə yaşayıb, daha sonra iddiaçının anası Xuraman Əliyeva İddiaçıı özü ilə aparıb, Sədərək rayonunda yaşayıblar, mübahisəli ünvan 3-də yerləşən mənzildə isə 2000ci ildən oğlu Cavabdeh ailəsi ilə birlikdə yaşayıbdır, İddiaçı mərhum X18 ölümündən sonra qəyyumluğa verilməsi barədə onda məlumat yoxdur. Məhkəməmə iclasında cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 izahatında bildirdi ki, rəhmətlik X29 onun nənəsidir, o, mərhum Hüseynov Heydərin böyük bacısıdır, İddiaçı istər ünvan 3-də, istərsə də ünvan 4 yaşamayıbdır, 1999-cu ilin avqust ayında mərhum qardaşı, iddiaçının atası X34 rəhmətə gedibdir, qardaşı Heydər rəhmətə gedəndən sonra qardaşının arvadı Xuraman Əliyeva evi tərk edib gedibdir, X.Əliyeva gedən zaman qızları Humay və Lamiyəni də özü ilə aparıbdır, 1999-cu ilin dekabr ayında qardaşı Nihad gedib İddiaçıı gətiribdir, həmin vaxt iddiaçı Humay azyaşlı olubdur, İddiaçı təqribən 2000-ci ilin yanvarın 12-dək onlarla birlikdə mənzil 10-da yaşayıbdır, daha sonra İddiaçı bioloji anası Xuraman Əliyevanı özü ilə Sədərək rayonuna aparıbdır, təqribən 2001-ci ilin yanvar ayında nənəsi Hüseynova Humayın ölüm ilinə yaxın Əliyeva Xuraman uşaqlarla birlikdə Şahbuz şəhərinə qayıdıblar və mənzil 10-da yaşayıblar, həmin vaxt Xuraman Əliyevanın onu yola vermədiklərini, burada qalmaq istədiyini deyibdir, anası Sahibə də onların onlarla birlikdə qalmalarına razılıq veribdir. Daha sonra haradasa sentyabr ayında anası Sahibə ilə Xuraman arasında dava olubdur, Xuraman yenə evi tərk edib gedibdir, həmin vaxt o özü ilə qızı Lamiyəni aparıbdır, İddiaçı isə onların yanında qalıbdır, 2002-ci ildə Xuraman qayıdıb daha sonra 2003-cü ildə yenə evi tərk edib gedibdir. Sonda S.Hüseynova göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran S.Hüseynova bildirdi ki, Şahbuz şəhəri, H.Əliyev prospekti bina 7, mənzil 10 üç otaqlıdır, orada bacısı Kəmalə, anası Sahibə, Əliyeva Xuraman iki uşağı ilə birlikdə və atası Vaqif yaşayıb, Cavabdeh mənzil 7-də yaşayıb nənəsi Humay Hüseynovaya baxıbdır, Cavabdeh evlənməmişdən əvvəl də, evləndikdən sonra da mənzil 7-də yaşayıbdır, nənəsi X29 öləndən sonra ünvan 3-də Cavabdeh və ailəsi yaşayıblar, İddiaçı mərhum X18 ölümündən sonra qəyyumluğa verilməsi barədə onda məlumat yoxdur. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid1 ifadəsində bildirdi ki, ünvan 5 ünvanında 30 ilə yaxın yaşayıbdır, təqribən 2010-cu ildə həmin mənzildən köçübdür, İddiaçı bir mərtəbə altda yaşayıbdır, iddiaçı Humayın bioloji anası Xuraman həmin evə gəlin köçübdür, nənə Humay öldükdən sonra həmin mənzildə Sara, Heydər, balaca Humay yaşayıblar. Məhkəmədə sualları cavablandıran Şahid1 bildirdi ki, o, yaşlı qadındır çox şeyi dəqiq xatırlamır, iddiaçı Humay, iddiaçının atası Heydər və Nihadın bacısı Sara onunla üzbəüz mənzildə yaşayıblar, nənə Humay öldükdən sonra Heydərin yoldaşı Xuraman iki övladı Lamiyə və iddiaçı Humay ilə birlikdə həmin evdə yaşayıblar, nənə Humayın ölüm tarixini xatırlamır, dəqiq vaxtı xatırlamır iddiaçı Humay birinci sinfi bitirənədək həmin evdə yaşayıbdır, daha sonra köçüb gedibdir, Cavabdeh həmin mənzildə yaşamayıbdır. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan şahid X35 ifadəsində bildirdi ki, iddiaçı Humay onun qızıdır, o iddiaçının bioloji anasıdır, qızı Hüseynli X4 övladlığa verilibdir, nə vaxt övladlığa verildiyini bilmir, həmin vaxt mərhum yoldaşı Heydərin sağ olduğunu da xatırlamır, 1992-ci ildə Şahbuz rayonuna ərə gəlibdir, mərhum Hüseynova Humayın yanına gəlin köçübdür və orada yaşayıbdır, mərhum X29 rəhmətə getməmişdən öncə ona evin balaca Humayın olduğunu, ona qalacağını deyibdir. Məhkəmədə sualları cavablandıran X.Əliyeva bildirdi ki, mərhum X29 onu Sədərək rayonundan gəlin gətirib, mərhumun yanında qalıbdır, onlar ünvan 6-də yaşayıblar, 2003-cü ilə kimi həmin mənzildə yaşayıbdır, qızı İddiaçı birinci sinfi bitirənə kimi orada yaşayıblar, qızı İddiaçıı atası Heydər öləndən sonra o saxlayıbdır, tarixi dəqiq xatırlamır qızı Humayın əlifba bayramına az qalmış onu döyüb evdən qovublar, qızı Humayı da əlindən alıblar, qızı Humayı bibiləri Hüseynova Xumarla və Hüseynova Kəmalə mənzil 10-da saxlayıblar, onun şikayətindən sonra qızı Humayı alıb ona veriblər, İddiaçı qəyyumluğa verilməsi barədə o, heç nə bilmir, sadəcə qızı Humayı ona veriblər, həmin vaxtdan qızı Humay ilə çıxıbdır həmin mənzildən, İddiaçı onun qəyyumluğuna verilməsi ilə bağlı hər hansı bir orqana müraciət etməyibdir. Məhkəmədə cavabdeh tərəfindən dəvət olunan Şahid2 ifadəsində bildirdi ki, Cavabdehı çoxdan tanıyır, haradasa 2002-ci ildən onların evlərinə həftədə azı 3-4 dəfə gedib-gəlibdir, Cavabdeh qaldığı evin ünvanını dəqiq bilmir, onu bilir ki, bazarın yanındakı binada birinci mərtəbədə yaşayırlar, mərhum Heydərin arvadı Xuramanı və onun uşaqlarını o, ümumiyyətlə Cavabdeh yaşadığı evdə görməyibdir. Məhkəmədə sualları cavablandıran Şahid2 bildirdi ki, Cavabdeh nənəsi Humayı tanıyırdı, nənəsi Humayın nə vaxt vəfat etdiyini bilmir, amma Hüseynova Humayın yas mərasimində iştirak edibdir, mərhumun il mərasimində İddiaçı anası Xuramanın da iştirak etdiyinin şahidi olubdur, Xuramanın Cavabdeh toyunda da iştirak etdiyini görübdür, lakin X48 Nihadın yaşadığı binada yaşamayıbdır. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X37, X20, X23, X13, X14 və X9 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilsə də cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X37, X20, X23, X13, X14 və X15 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5.-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X37, X20, X23, X13, X14 və X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 11 fevral 2022-ci il tarixli, 52 nömrəli məktubdan görünür ki, AZ seriyalı, 007193 nömrəli şəhadətnamə ilə Hüseynli X24 Humay Yusif qızı tərəfindən 18 iyun 1999-cu ildə övladlığa götürülmüş, bu barədə Şahbuz rayon Qeydiyyat şöbəsinin övladlığa götürülmə haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, AZ seriyalı, 035523 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X34 29 iyul 1971-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X33, ana qrafasında X29 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər Mənzil İstismar sahəsi tərəfindən verilən 21 fevral 2022-ci il tarixli, 3/150 nömrəli arayışdan görünür ki, X5 şəhəri, H.Əliyev prospekti, bina 7, mənzil 7 ünvanında yaşayıb və 20 yanvar 2000-ci il tarixdə vəfat edibdir. Mərhumun vərəsələri atası X30 (vəfat edib), anası X31 (vəfat edib), əri X27 (vəfat edib), oğlu X33 (vəfat edib), qızı X17 (vəfat edib), qızı İddiaçı, qızı X45 və oğlu X16 (vəfat edib) ibarətdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 111 nömrəli arayışdan görünür ki, Şahbuz rayon Qeydiyyat şöbəsinin arxivində 1924-1970-ci illər üzrə aparılmış yoxlamalar nəticəsində X27 barəsində 1921-ci ilə aid doğum akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, AZ seriyalı, 028484 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X29 20 yanvar 2000-ci ildə ölmüş, bu barədə ölüm kitabının 03-cü səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 260592 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X27 28 iyul 1978-ci ildə ölmüş, bu barədə ölüm kitabının 10-cu səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, AZ-İ seriyalı, 331092 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X33 28 noyabr 2008-ci ildə ölmüş, bu barədə ölüm kitabının 22-ci səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 336832 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X34 26 aprel 1999-cu ildə ölmüş, bu barədə ölüm kitabının 03-cü səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 368710 nömrəli doğum haqqında çıxarışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1996-cı ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X34, ana qrafasında X29 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, AZ seriyalı, 035523 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X34 21 iyul 1971-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X33, ana qrafasında X29 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər Mənzil İstismar sahəsi tərəfindən verilən 07 aprel 2022-ci il tarixli, 02/20 nömrəli arayışdan aydın olur ki, X29 vəfat etdikdən sonra Şahbuz şəhəri H.Əliyev prospekti bina 7, mənzil 7 ünvanında mənzildə faktiki olaraq Cavabdeh öz ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər Mənzil İstismar sahəsi tərəfindən verilən 07 aprel 2022-ci il tarixli, 02/21 nömrəli arayışdan görünür ki, Cavabdeh, X38 və X6 şəhəri H.Əliyev prospekti bina 7, mənzil 7 ünvanında pasport qeydiyyatında dayanırlar. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər Mənzil İstismar sahəsi tərəfindən verilən 07 aprel 2022-ci il tarixli, 02/23 nömrəli arayışdan aydın olur ki, Şahbuz şəhəri H.Əliyev prospekti bina 7, mənzil 7 ünvanında mənzilin Mənzil İstismar Sahəsinə aid olan kommunal ödənişləri xx.xx.2022-ci il tarixə qədər Cavabdeh ödəmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz rayon dövlət notariat ofisi tərəfindən Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanmış 28 aprel 2022-ci il tarixli, 25 nömrəli məktubda Naxçıvan MR, Şahbuz şəhərində vəfat etmiş mərhum X11 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı onlar tərəfindən Şahbuz rayon Dövlət Notariat Ofisinə müraciət daxil olmuş, ərizədə mərhumun xx.xx.2000-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Buna görə də mirasın qəbulu ilə bağlı müəyyən olunmuş müddət buraxıldığından məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 18 fevral 2022-ci il tarixli, 81 nömrəli arayışdan aydın olur ki, İddiaçı Sədərək rayon Sədərək kəndində yaşayır. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər Mənzil İstismar sahəsi tərəfindən verilən 23 fevral 2022-ci il tarixli, 3/151 nömrəli arayışdan aydın olur ki, Cavabdeh ünvan 10 ünvanında pasport qeydiyyatında dayanır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilən 06 iyun 2022-ci il tarixli, 018-11597-1222 nömrəli arayışdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən hazırki vaxtadək Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatdadır. Məhkəmə toplanmış sübutlara, işdə iştirak edən şəxslərin izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1133.1.-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1.-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hazır ki iş üzrə yuxarıda göstərilən qanunvericiliyin tələbləri ilə əlaqədar məhkəmə qeyd edir ki, mərhum X18 vərəsələri atası X30 (vəfat edib), anası X31 (vəfat edib), əri X27 (vəfat edib), oğlu X33 (vəfat edib), qızı X17 (vəfat edib), qızı İddiaçı, qızı X45 və oğlu X34 (vəfat edib) qanun üzrə vərəsələri olublar. Həmin hal iş materiallarında olan akt qeydindən çıxarışlarla mərhum X18 yuxarıda qeyd edilən vərəsələrinin olması öz təsdiqini tapır. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəməyə verdiyi izahatında anasından (övladlığa götürəndən) qalan yuxarıda qeyd olunan miras əmlakı yaşamaqla, yəni qeyri-formal üsulla miras əmlakda miras qoyan öldükdən sonra yaşamaqla həmin əmlakı qəbul etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, miras qoyan X29 20 yanvar 2000-ci il tarixdə vəfat etdiyindən, yəni miras qoyanla iddiaçı arasında hüquq münasibətləri həmin tarixdə yarandığından, hazırki iş üzrə 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olan Mülki Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 11-ci maddəsinə görə isə vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə onun həddi-buluğa çatması ilə, yəni 18 yaşına çatması ilə əmələ gəlir. Həmin Məcəllənin 552-ci maddəsinə görə miras əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İş materialları ilə müəyyən olunur ki, miras qoyan X29 20 yanvar 2000-ci ildə vəfat etmiş, İddiaçı xx xxxxxxxx 1996-cı ildə doğulubdur, yəni iddiaçının miras açılan zaman dörd yaşı olmuş və o, fəaliyyət qabiliyyətli olmayıbdır. Bu səbəbdən də İddiaçı həmin vərəsə kimi faktiki surətdə miras əmlaka yiyələnmək və idarə etmək iqtidarında olmayıbdır. İddiaçı mübahisəli miras olan mənzildə onun qəyyumu, eyni zamanda bioloji anası X12 ilə birlikdə yaşamasına və bununla da həmin miras əmlakı qəbul etməsi barədə göstərdiklərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olan Mülki Məcəllənin 14-cü maddəsinə görə həddibuluğa çatmayan on beş yaşınadək şəxslərin adından əqdləri onların valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlayır. İş üzrə İddiaçı 20 yanvar 2000-ci ildə övladlığa götürən X18 ölümündən sonra X8 onun qəyyumu olması barədə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda işin araşdırılması zamanı X8 mərhum X18 vərəsəsi olmadığı da müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, İddiaçı anasından, yəni X11 (övladlığa götürəndən) qalan yuxarıda qeyd olunan miras əmlakı yaşamaqla, yəni qeyri-formal üsulla miras əmlakda miras qoyan öldükdən sonra yaşamaqla həmin əmlakı qəbul etməsi barədə dəlilləri əsassız hesab edir. Eyni zamanda İddiaçı mübahisəli miras olan mənzildə onun qəyyumu, eyni zamanda bioloji anası X12 ilə birlikdə yaşaması və bununla da həmin miras əmlakı qəbul etməsi şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən şahid kimi dindirilən Şahid1 ifadəsində ilkin olaraq ünvan 5 ünvanında yaşadığını, həmin mənzildə 30 il yaşadığını, 2010-cu ildə isə həyət evinə köçdüyünü, İddiaçı bir mərtəbə altda yaşadığını, iddiaçı Humayın bioloji anası Xuramanın həmin evə gəlin köçdüyünü, nənə Humay öldükdən sonra həmin mənzildə Sara, Heydər, balaca Humayın yaşadıqlarını, daha sonra isə ifadəsini düzəldərək yaşlı qadın olduğunu, çox şeyi dəqiq xatırlamadığını, iddiaçı Humayın, iddiaçının atası Heydər və Nihadın bacısı Saranın onunla üzbəüz olan mənzildə yaşadığını, nənə Humayın öldükdən sonra Heydərin yoldaşı Xuraman və iki övladı Lamiyə və iddiaçı Humay ilə birlikdə həmin evdə yaşadıqlarını, nənə Humayın ölüm tarixini, dəqiq vaxtı xatırlamadığını, iddiaçı Humayın birinci sinfi bitirənədək həmin evdə yaşadığını, daha sonra köçüb getdiyini, nənə Humay öldükdən sonra Nihadın orada yaşamadığını göstərmişdir. Yuxarıda qeyd olunan şahid ifadəsini təhlil etdikdə dindirilən şahidin məhkəməyə verdiyi ifadəsində İddiaçı anası X11 (övladlığa götürəndən) qalan yuxarıda qeyd olunan miras əmlakı yaşamaqla faktiki qəbul edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, Şahid1 ifadəsində ilk olaraq İddiaçı bir mərtəbə altda yaşaması, iddiaçı Humayın bioloji anası Xuramanın həmin evə gəlin köçməsi, nənə Humayın öldükdən sonra həmin mənzildə Sara, Heydər, balaca Humayın yaşaması, daha sonra isə ifadəsini düzəldərək yaşlı qadın olduğunu, çox şeyi dəqiq xatırlamadığını, iddiaçı Humayın, iddiaçının atası Heydər və Nihadın bacısı Saranın onunla üzbəüz olan mənzildə yaşaması, nənə Humayın öldükdən sonra Heydərin yoldaşı Xuraman və iki övladı Lamiyə və iddiaçı Humay ilə birlikdə həmin evdə yaşamaları, nənə Humayın ölüm tarixini, dəqiq vaxtı xatırlamadığı iddiaçı Humayın birinci sinfi bitirənədək həmin evdə yaşaması, daha sonra köçüb getməsi, nənə Humay öldükdən sonra Nihadın orada yaşamaması barədə ifadəsini inandırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Şahid1 ifadələrini şübhə altına alan hal isə məhkəmədə ilk olaraq ifadəsində balaca Humayın, yəni İddiaçı onun yaşadığı mənzilin bir mərtəbə aşağıda yaşadığını göstərdikdən sonra, ifadəsini düzəldərək daha sonra yaşlı qadın olduğunu çox şeyi dəqiq xatırlamadığını iddiaçı Humayın, iddiaçının atası Heydər və Nihadın bacısı Saranın onunla üzbəüz mənzildə yaşadığını göstərməsidir. Həmçinin Şahid1 ifadələrini şübhə altına alan digər hal isə ilk ifadəsində nənə Humay öldükdən sonra həmin mənzildə Sara, Heydər, balaca Humayın yaşadıqlarını, daha sonra isə nənə Humay öldükdən sonra Heydərin yoldaşı Xuraman və iki övladı Lamiyə və iddiaçı Humay ilə birlikdə həmin evdə yaşadıqlarını, iddiaçı Humayın birinci sinfi bitirənədək həmin evdə yaşadığını, daha sonra köçüb getdiyini göstərməsidir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Şahid1 ifadəsini iddiaçının iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir. Məhkəmə iddiaçı tərəfindən dəvət olunan digər şahid X21 1992-ci ildən Şahbuz rayonuna ərə gəlməsi, mərhum Hüseynova Humayın yanına gəlin köçməsi və orada yaşaması, mərhum X18 rəhmətə getməmişdən öncə ona evin balaca Humayın olduğunu, ona qalacağını deməsi, mərhum X18 yanında qalması, onların ünvan 6-də yaşaması, 2003-cü ilə kimi həmin mənzildə yaşamaları, qızı İddiaçı birinci sinfi bitirənə kimi orada yaşamaqları, qızı İddiaçı atası Heydər öləndən sonra qızının onun saxlaması barədə ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Belə ki, şahid X.Əliyeva İddiaçı bioloji anasıdır və onların ana bala münasibətlərindən irəli gələn mənafeləri olduğu üçün məhkəmə şahid X.Əliyevanın ifadələrini sübut kimi qəbul edilən hesab etmir. Məhkəmə cavabdeh tərəfindən dəvət olunan Şahid2 Cavabdehı çoxdan tanıması, haradasa 2002-ci ildən onların evlərinə həftədə azı 3-4 dəfə gedibgəlməsi, Cavabdeh qaldığı evin ünvanını dəqiq bilmədiyini, onun bazarın yanındakı binada birinci mərtəbədə yaşaması, mərhum Heydərin arvadı Xuramanı və onun uşaqlarının ümumiyyətlə Cavabdeh yaşadığı evdə görməməsi, Cavabdeh nənəsi Humayı tanıması, Nihadın nənəsi Humayın nə vaxt vəfat etdiyini bilməməsi, amma Hüseynova Humayın yas mərasimində iştirak etməsi, mərhumun il mərasimində İddiaçı anası Xuramanın da iştirak etməsinə şahid olması, Xuramanın Cavabdeh toyunda da iştirak etdiyini görməsi, lakin X25 Nihadın yaşadığı binada yaşamaması barədə ifadəsinin inandırıcılıq dərəcəsinə görə şübhəli olduğundan qəbul edilən hesab etmir. Belə ki şahid ifadəsində göstərilən halların dəqiq tarixini və mübahisəli mənzilin ünvanını göstərə bilməmişdir, halbuki iş üçün əhəmiyyətli olan hal iddiaçının miras qalmış mənzildə mərhum Hüseynova Humayın vəfatından sonra yaşamasıdır. Bu səbəbdən də məhkəmə Şahid2 ifadələrini sübut kimi qəbul edilən hesab etmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı İddiaçı Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən mərhum X11 qalmış mirasın faktiki qəbul etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı 18 sentyabr 2014-cü ildə fəaliyyət qabiliyyəti əldə etsə də mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə miras əmlakı qəbul etməyə yönəlmiş hərəkətlər etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəməyə verdiyi izahatında isə yetkinlik yaşına çatdıqdan sonra həmin miras əmlakda yaşamamış, mirasın qəbulu ilə bağlı notariusa və ya hər-hansı bir orqana müraciət etmədiyini bildirmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı 18 sentyabr 2014-cü ildə yetkinlik yaşına çatmış, yəni tam fəaliyyət qabiliyyətli əldə etmiş, lakin mirasın qəbulu faktının tanınması ilə bağlı 04 may 2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, yəni məhkəmədə hüquqlarını həyata keçirmək hüququnun yarandığı vaxtdan 8 il keçdikdən sonra müraciət edibdir. Həmçinin məhkəmə araşdırılması zamanı İddiaçı yetkinlik yaşına çatdıqdan sonra da miras əmlakı faktiki qəbul etməsi öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinin miras açıldığı vaxt (2003-cü ildə) qüvvədə olan redaksiyasına əsasən miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər (Hal-hazırda maddə “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” redaksiyası ilə qüvvədədir). Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi vərəsə mirasdan pay alması üçün qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməlidir. Bu səbəbdən məhkəmə İddiaçı mirasın onun tərəfindən qəbul edilməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir. Beləliklə, məhkəmə yekunu olaraq belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən, mərhum X11 miras qalmış mirasın (daşınmaz əmlakın) İddiaçı tərəfindən qəbulu faktının təsdiqi və Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən, mərhum X11 miras qalmış miras əmlakda İddiaçı miras payının müəyyən olunması tələbi əsassız olduğundan onun iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən, mərhum X11 miras qalmış mirasın (daşınmaz əmlakın) İddiaçı tərəfindən qəbulu faktının təsdiqi və Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mən 7 ünvanında yerləşən, mərhum X11 miras qalmış miras əmlakda İddiaçı miras payının müəyyən olunması tələbi təmin edilməsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Daşqın Səfərov.