Məhkəmə qərarları › İş №e-2(090)-97/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(090)-97/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(090)-97/2025 08.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmə iclasından kənar baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış HHA 19544 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 763.82 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 191 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 954.82 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 manat pulun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi “11” mart 2025-ci il tarixli qərardadla məhkəmənin icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 08 aprel 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı təşkilat İddiaçı 18 mart 2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ünvanladığı ərizədə İddiaçı tərəfindən Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəməyə göndərildiyini qeyd edilmiş, iş üzrə idda ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia qaldırılarkən Kapital Bank ASC-in 28 MALL filialı vasitəsi ilə 26 fevral 2025-ci il tarixli, ********** nömrəli nömrəli qəbzlə ödənilmiş 37 (otuz yeddi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən Kapital Bank ASC-in 28 MALL filialı vasitəsi ilə 26 fevral 2025-ci il tarixli, ********** nömrəli nömrəli qəbzlə ödənilmiş 37 (otuz yeddi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar