Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-107/2025 08.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi iştirakı, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MERCEDES BENZ E240” markalı, 90– RA–568 dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il avqustun 26-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ E240” markalı, 90–RA–568 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində “RENAULT DOKKER” markalı, 90–PZ–063 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən xx.xx.2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə inzibati tənbeh görülməsi üçün qəbul edilmiş qərar Xəzər DYPŞ-nə göndərilmişdir. Xəzər DYPŞnin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilnmişdir. “İNTER CONTİNENTAL” ATXS tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “RENAULT DOKKER” markalı, 90–PZ–063 dövlət nömrə nişanlı avtomobilə 19915,0 manat məbləğində ziyan dəymişdir. “RENAULT DOKKER” markalı, 90–PZ–063 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də KASKO sığorta növündə sığortalandığından və “RENAULT DOKKER” markalı avtomobil tam məhv edilmiş sayıldığından "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində 1624 nömrəli ödəniş tapşırığ ilə 10200,0 manat məbləğində sığorta ödənişi “RENAULT DOKKER” markalı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə ödəmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000,0 manat sığorta məbləği müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdеh Cavabdeh 3777,78 manat məbləğində vurulmuş zərər və 57,78 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 3 835,56 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İş materiallarında olan TP ******* saylı "İnzibati tənbeh vermə haqqında qərar"ın surətindən göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli avtomobil təmiri üçün tələb olunan xərclər siyahısının surətindən göründüyü kimi, "RANGE ROVER " markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 19915,0 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan Sığorta Aktının surətindən göründüyü kimi, "xxxx" ASC Cavabdeh hesabına hesablanmış sığorta ödənişinin məbləği 10200,0 manat məbləğində müəyyən olunmuş pul köçürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Qəbzin” surətindən göründüyü kimi, "xxxx" ASC tərəfindən 57,78 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “MERCEDES BENZ E240” markalı, 90–RA–568 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 2020-ci il avqustun 26-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ E240” markalı, 90–RA–568 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində “RENAULT DOKKER” markalı, 90–PZ–063 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. “İNTER CONTİNENTAL” ATXS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “RENAULT DOKKER” markalı, 90–PZ–063 dövlət nömrə nişanlı avtomobilə 19915,0 manat məbləğində ziyan dəymişdir. “RENAULT DOKKER” markalı, 90–PZ–063 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də KASKO sığorta növündə sığortalandığından və “RENAULT DOKKER” markalı avtomobil tam məhv edilmiş sayıldığından "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində 1624 nömrəli ödəniş tapşırığı ilə 10200,0 manat məbləğində sığorta ödənişi “RENAULT DOKKER” markalı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə ödəmişdir. Bu səbəbdən də, iddiaçının tələbi əsaslı hesab edilməli və iddia tələbində qeyd olunan məbləğ Cavabdeh tutularaq sığorta şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 57,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100 %-ini təşkil edir, buna münasib olaraq ödənilmiş dövlət rüsumu məbləği iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3777,78 manat sığorta ödənişi və 57,78 manat ödənilmiş dövlət rüsumu, cəmi 3835,56 (üç min səkkiz yüz otuz beş manat əlli altı qəpik) manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-107/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-107/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver