Məhkəmə qərarları › İş №e-2(094)-173/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-173/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-173/2025 01.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi iştirakı, Cavabdeh2nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Azərbaycan X1rşı “subroqasiya tələbi üzrəvurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Azərbaycan X1rşı “subroqasiya tələbi üzrəvurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus olan “DAEWOO BC 212MA” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək, xx.xx.2015-ci il tarixdə İddiaçı ASC-də “fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə sığorta təminatı almış “VAZ 21041” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. İş materiallarında olan Sabunçu RPİ-nin Təhqiqat şpbəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bakı şəhəri, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 22, mənzil 30-da yaşayan Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi (hal-hazırki İXM-nin 327.6cı maddəsi) ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu RPİ DYPŞ-nə göndərilmişdir. Sabunçu RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən tərtib olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan və Sabunçu rayon DYPŞnin xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan “əmək müqaviləsinin bağlanması ilə bağlı” əmək müqaviləsi bildirişinə əsasən görünür ki, Cavabdeh1 Bağr oğlu xx.xx.2015-ci il tarixdən "xxxx" MMC-də müddətsiz bağlanmış əmək müqaviləsi üzrə avtobus sürücüsü kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanına əsasən,

1. "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Terüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılsın.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Hadisə nəticəsində X4 istifadəsində olmuş “VAZ 21041” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 472 (dörd yüz yetmiş iki) manat məbləğində sığorta ödənişi İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda göstərilənlərə əsasən, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 472,0 (dörd yüz yetmiş iki) manat əsas və 30,40(otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 502,40 (beş yüz iki manat qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı «AZSİĞORTA” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıхarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək göstərdi ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X3 Xidmətinin, Azərbaycan Respublikasnın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X3 Xidmətinin tabeliyində olan bir neçə müəssisə, o cümlədən "xxxx" Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. "xxxx" qeyd olunan Fərmana əsasən öz fəaliyyətini dayandırmşdır. Belə ki, qeyd olunan Fərmandan və əmək müqaviləsi bildirişindən göründüyü kimi Cavabdeh1 AYNA tərəfindən yox, Müəssisə tərəfindən işə qəbul edilmiş və sübut kimi yalnız xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişi təqdim edilmişdir. Belə ki, hadisə baş verən zaman Cavabdeh1 müəssisədə işləməsi ilə bağlı hər-hansı sübut təqdim edilməmişdir. Bundan başqa, Sabunçu RPİ Təhqiqat Şöbəsi tərəfindən tərtib olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə” arayışdan və Sabunçu rayon DYŞP-nin xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında Qərarından görünür ki, Cavabdeh1 yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmiş və inzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Odur ki, zərərin əvəzi yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmiş Cavabdeh1 tərəfindən ödənilməlidir. İddiaçı «AZSİĞORTA” ASC ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayənsəninin və Cavabdeh1 iştirak olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə Cavabdeh2nin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5- ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli "İnzibati tənbeh vermə haqqında qərar"ın surətindən görünür kik, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 "xxxx" MMC ilə aralarında müddətsiz bağlanmış əmək müqaviləsinə əsasən üzrə avtobus sürücüsü kimi fəaliyyət göstərmişdir. İş materiallarında olan fərdi sahibkar X9 tərəfindən tərtib edilmiş avtomobil təmiri üçün tələb olunan xərclər siyahısının surətindən görünür ki, "VAZ 21041" markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 472, 0 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Sığorta Aktından görünür ki, "xxxx" ASC tərəfindən "VAZ 21041" markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün fərdi sahibkar X2 hesabına 472, 0 manat köçürülmüşdür. İş materiallarında olan Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanından görünür ki, "xxxx" MMC-nin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılmış və MMC-nin əmlakı Agentliyin balansına keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 idarə etdiyi “VAZ 21041” markalı, 90– FG–961 dövlət nömrə nişanlı avtomobil xx.xx.2015-ci ildən xx.xx.2016-ci ilədək İddiaçı ASC-də Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası növündə sığortalanmışdır. 2016-cı il yanvarın 29-da Cavabdeh1 idarə etdiyi “”DAEWOO” markalı, 10–TF–263 dövlət nömrə nişanlı avtomobillə Sabunçu körpüsü istiqamətindən Sabunçu rayonu H.Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətində X8 idarə etdiyi “Kia-Optima” markalı **- NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X5 idarə etdiyi “Ford Tranzit” markalı **-CT- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməklə zəncirvari yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Kia-Optima” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə, “Ford Tranzit” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil, qarşısında və yanlarında dayanmış “VAZ-2104” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “Mercedes E” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “Mitsubishi-Pajero” markalı **-ZM- *** dövlət qeydiyyat nişanlı avtomobilə və “Mercedes E” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişlər, nəticədə “Kia-Optima” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Veysəlova Hicran Sabir qızı və X6 xəsarət alaraq xəstəxanaya müraciət etmişlər. Fərdi sahibkar X9 tərəfindən tərtib edilmiş avtomobil təmiri üçün tələb olunan xərclər siyahısına əsasən "VAZ 21041" markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 472, 0 manat məbləğində ziyan dəymişdir. xx.xx.2016-cı il tarixli Sığorta Aktına əsasən "xxxx" ASC tərəfindən "VAZ 21041" markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün fərdi sahibkar X2 hesabına 472,0 manat köçürülmüşdür. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 ilə "xxxx" MMC ilə arasında müddətsiz bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh1 həmin MMC-də avtobus sürücüsü kimi fəaliyyət göstərmişdir. Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanından görünür ki, "xxxx" MMC-nin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılmış və MMC-nin əmlakı Agentliyin balansına keçirilmişdir. Bu səbəbdən də, iddiaçının tələbi əsaslı hesab edilməli və iddia tələbində qeyd olunan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq sığorta şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə tərəfindən isə iddiaçının ödəniləcək tələblərinin məbləği iddia tələbinin 100 %-ini təşkil edir, buna münasib olaraq ödənilmiş dövlət rüsumu məbləği iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 472,0 (dörd yüz yetmiş iki) manat əsas və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 502,40 (beş yüz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar