Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-286/2024 16.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei Kod **********01530 SAMSUNG GALAXY S23+ markalı telefon, 2 ədəd AİWA qulaqlıq, SAMSUNG 25W CHARGER, PAKET XXXL, almış və nəticədə 2262,0 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3240 (üç min iki yüz qırx) manat (18 ay 180 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********01530 SAMSUNG GALAXY S23+ markalı telefon, AİWA qulaqlıq, SAMSUNG 25W CHARGERüçün ümumilikdə, 2077 (iki min yetmiş yeddi) manat olmaqla ondan, 1888.02 (bir min səkkiz yüz səksən səkkiz manat iki qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 188.98 (yüz səksən səkkiz manat doxsan səkkiz qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 150(yüz əlli) manat (24 ay x 6.25 manat + 0 manat ilkin ödəniş) PAKET XXXLüçün ümumilikdə, 105.66 (yüz beş manat altmış altı qəp) manat olmaqla ondan, 105.66 (yüz beş manat altmış altı qəp) manat ödənilməmiş hissə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 127.98 (yüz iyirmi yeddi manat doxsan səkkiz qəp) manat (18 ay x 7.11 manat + 0 manat ilkin ödəniş) AİWAQULAQLİQ üçün ümumilikdə, 79.34 (yetmiş doqquz manat otuz dörd qəp) manat olmaqla ondan, 71.06 (yetmiş bir manat altı qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 8.28 (səkkiz manat iyirmi səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01530 SAMSUNG GALAXY S23+ markalı telefondan xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 127.98 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1224 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 127.98 manat, ümumilikdə, 1351.98 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 101.26 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********01530 SAMSUNG GALAXY S23+ markalı telefon, AİWA qulaqlıq, SAMSUNG 25W CHARGERüçün 1888.02 (bir min səkkiz yüz səksən səkkiz manat iki qəp) manat ödənilməmiş hissə, 188.98 (yüz səksən səkkiz manat doxsan səkkiz qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PAKET XXXLüçün 105.66 (yüz beş manat altmış altı qəp) manat ödənilməmiş hissə cərimə. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, AİWA QULAQLİQ üçün , 71.06 (yetmiş bir manat altı qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 8.28 (səkkiz manat iyirmi səkkiz qəp) manat cərimə, ümumilikdə 2262 manat borcun və 42.62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02763967 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, imei kodu **********01530 SAMSUNG GALAXY S23+ markalı telefon, AİWA qulaqlıq, SAMSUNG 25W CHARGER hər ay nağd qaydada 180,0 manat ödəməklə, 18 ay müddətinə, 3240,0 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli, 02763967 saylı müqaviləsinə xx.xx.2023-cü il tarixində 01 saylı əlavəyə əsasən 1888,02 manat əsas, 188,98 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 2077,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02763982 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, AİWA qulaqlıq hər ay nağd qaydada 7,11 manat ödəməklə, 18 ay müddətinə, 127,98 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli, 02763982 saylı müqaviləsinə xx.xx.2023-cü il tarixində 01 saylı əlavəyə əsasən 71,06 manat əsas, 8,28 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 79,34 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilədən aydın olur ki, PAKET XXXL hər ay nağd qaydada 6,25 manat ödəməklə, 24 ay müddətinə, 150,0 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləsinə əsasən 105,66 manat əsas, 0,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 105,66 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 42,62 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 02763967 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, imei kodu **********01530 SAMSUNG GALAXY S23+ markalı telefon, AİWA qulaqlıq, SAMSUNG 25W CHARGER hər ay nağd qaydada 180,0 manat ödəməklə, 18 ay müddətinə, 3240,0 manata, xx.xx.2023-cü il tarixli, 02763982 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, AİWA qulaqlıq hər ay nağd qaydada 7,11 manat ödəməklə, 18 ay müddətinə, 127,98 manata və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilədən aydın olur ki, PAKET XXXL hər ay nağd qaydada 6,25 manat ödəməklə, 24 ay müddətinə, 150,0 manata almışdır. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin avadanlıqları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000,0 manatdan 10.000,0 manatadək olduqda 30,0 manat + 1.000,0 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 42,62 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli, 02763967 saylı müqaviləyə xx.xx.2023-cü il tarixində 01 saylı əlavəyə əsasən 1888,02 manat əsas, 188,98 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 2077,0 manat borc, xx.xx.2023-cü il tarixli, 02763982 saylı müqaviləyə xx.xx.2023-cü il tarixində 01 saylı əlavəyə əsasən 71,06 manat əsas, 8,28 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 79,34 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 105,66 manat əsas, 0,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 105,66 manat borc və 42,62 manat dövlət rüsumu olmaqla, cəmi 2304,62 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2648,8, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli, 02763967 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 01 saylı əlavəyə əsasən 1888,02 manat əsas, 188,98 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 2077,0 manat borc, xx.xx.2023-cü il tarixli, 02763982 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində 01 saylı əlavəyə əsasən 71,06 manat əsas, 8,28 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 79,34 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 105,66 manat əsas, 0,0 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 105,66 manat borc və 42,62 manat dövlət rüsumu olmaqla, cəmi 2304,62 (iki min üç yüz dörd (,62)) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-286/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-286/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver