Məhkəmə qərarları › İş №e-2(094)-376/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-376/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-376/2024 03.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********46261 İPHONE 14 markalı telefon, İPHONE 14 CLEAR CASE, TOZSORAN SAMSUNG, SOYUDUCU TOSHİBA, APPLE AİRPODS 3 qulaqlıq, BEYAZ - YATAQ – TRUMO, 2 ədəd KAR TANESİ - METBEX - STUL, KAR TANESİ - METBEX – MASA, ƏTÇƏKƏN PANASONİC almış və nəticədə 6874,0 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2816,04 manat (12 ay x 234,67 manat + 0,0 manat ilkin ödəniş) olan İmei kod **********46261 İPHONE 14 markalı telefon, İPHONE 14 CLEAR CASE, üçün ümumilikdə, 3448, manat olmaqla ondan, 2816,04 manat ödənilməmiş hissə, 631,96 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2376,0 manat (18 ay x 132,0 manat + 0,0 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG, SOYUDUCU TOSHİBA üçün ümumilikdə, 2164,0 manat olmaqla ondan, 1847,36 manat ödənilməmiş hissə, 316,64 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 534,96 manat (12 ay x 44,58 manat + 0,0 manat ilkin ödəniş) olan APPLE AİRPODS 3 qulaqlıq üçün ümumilikdə, 507,0 manat olmaqla ondan, 401,20 manat ödənilməmiş hissə, 105,80 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 627,12 manat (24 ay x 26,13 manat + 0,0 manat ilkin ödəniş) olan BEYAZ- YATAQ – TRUMO, üçün ümumilikdə 420,0 manat olmaqla ondan, 365,81 manat ödənilməmiş hissə, 54,19 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 532,80 manat (24 ay x 22,20 manat + 0,0 manat ilkin ödəniş) olan 2 ədəd KAR TANESİ - METBEX - STUL, KAR TANESİ - METBEX – MASA üçün ümumilikdə 259,0 manat olmaqla ondan, 199,02 manat ödənilməmiş hissə, 59,98 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 356,04 manat (18 ay x 19,78 manat + 0,0 manat ilkin ödəniş) olan ƏTÇƏKƏN PANASONİC üçün ümumilikdə 76,0 manat olmaqla ondan, 58,25 manat ödənilməmiş hissə, 17,75 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1555,28 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il,xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022- ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********46261 İPHONE 14 markalı telefon, İPHONE 14 CLEAR CASE, üçün 2816,04 manat ödənilməmiş hissə, 631,96 manat dəbbə; xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, SOYUDUCU TOSHİBA üçün 1847,36 manat ödənilməmiş hissə, 316,64 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 3 qulaqlıq üçün, 401,20 manat ödənilməmiş hissə, 105,80 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, BEYAZ - YATAQ – TRUMO, üçün 365,81 manat ödənilməmiş hissə, 54,19 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd KAR TANESİ - METBEX - STUL, KAR TANESİ - METBEX – MASA üçün 199,02 manat ödənilməmiş hissə, 59,98 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ƏTÇƏKƏN PANASONİC üçün 58,25 manat ödənilməmiş hissə, 17,75 manat dəbbə, ümumilikdə 6874,0 manat borc, 88,74 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və bildirdi ki, o, həqiqətən İddiaçı MMC-dən müqavilə bağlayaraq qeyd olunan məhsulu götürmüşdür. Məhkəmə cavabdehin izahatını dinləyib, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11225030 saylı müqavilədən və əlavə olunmuş ödəniş cədvəlindən aydın olur ki, İmei kod **********46261 İPHONE 14 markalı telefon, İPHONE 14 CLEAR CASE üçün hər ay nağd qaydada 234,67 manat ödəməklə, 12 ay müddətinə 2816,03 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Xəlilova X1 **********46261 İPHONE 14 markalı telefon, İPHONE 14 CLEAR CASE-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli 11225030 saylı müqaviləyə əsasən 2816,04 manat əsas, 631,96 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02125433 saylı müqavilədən və əlavə olunmuş ödəniş cədvəlindən aydın olur ki, TOZSORAN SAMSUNG, SOYUDUCU TOSHİBA üçün hər ay nağd qaydada 132,0 manat ödəməklə, 18 ay müddətinə 2376,06 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh TOZSORAN SAMSUNG, SOYUDUCU TOSHİBA-nı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli 02125433 saylı müqaviləyə əsasən 1847,36 manat əsas, 316,64 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03805395 saylı müqavilədən və əlavə olunmuş ödəniş cədvəlindən aydın olur ki, APPLE AİRPODS 3 qulaqlıq üçün hər ay nağd qaydada 44,58 manat ödəməklə, 12 ay müddətinə 534,96 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh APPLE AİRPODS 3 qulaqlıq-ı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli 03805395 saylı müqaviləyə əsasən 401,20 manat əsas, 105,80 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10754187 saylı müqavilədən və əlavə olunmuş ödəniş cədvəlindən aydın olur ki, BEYAZ- YATAQ – TRUMO üçün hər ay nağd qaydada 26,13 manat ödəməklə, 24 ay müddətinə 627,20 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh BEYAZ- YATAQ – TRUMO-u tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli 10754187 saylı müqaviləyə əsasən 365,81 manat əsas, 54,19 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02052858 saylı müqavilədən və əlavə olunmuş ödəniş cədvəlindən aydın olur ki, 2 ədəd KAR TANESİ - METBEX - STUL, KAR TANESİ - METBEX – MASA üçün hər ay nağd qaydada 22,20 manat ödəməklə, 24 ay müddətinə 532,80 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 2 ədəd KAR TANESİ - METBEX - STUL, KAR TANESİ - METBEX – MASAnı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2022-ci il tarixli 02052858 saylı müqaviləyə əsasən 199,02 manat əsas, 59,98 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02052859 saylı müqavilədən və əlavə olunmuş ödəniş cədvəlindən aydın olur ki, ƏTÇƏKƏN PANASONİC üçün hər ay nağd qaydada 19,78 manat ödəməklə, 18 ay müddətinə 356,06 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ƏTÇƏKƏN PANASONİC-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2022-ci il tarixli 02052859 saylı müqaviləyə əsasən 58,25 manat əsas, 17,75 manat dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 88,74 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında xx.xx.2023-cü il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 2816,04 manat dəyərində olan İmei kod **********46261 İPHONE 14 markalı telefon, İPHONE 14 CLEAR CASE-i 12 ay müddətinə, hər ay 234,67 manat və xx.xx.2023-cü il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 2376,0 manat dəyərində olan TOZSORAN SAMSUNG, SOYUDUCU TOSHİBA 18 ay müddətinə, hər ay 132,0 manat və xx.xx.2023-cü il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 534,0 manat dəyərində olan APPLE AİRPODS 3 qulaqlığı 12 ay müddətinə, hər ay 44,58 manat və xx.xx.2023-cü il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 627,12 manat dəyərində olan BEYAZ- YATAQ – TRUMOnu 24 ay müddətinə, hər ay 26,13 manat və xx.xx.2022-ci il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 532,80 manat dəyərində olan 2 ədəd KAR TANESİ - METBEX - STUL, KAR TANESİ - METBEX – MASAnı 24 ay müddətinə, hər ay 22,20 manat və xx.xx.2022-ci il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 356,04 manat dəyərində olan ƏTÇƏKƏN PANASONİCi 18 ay müddətinə, hər ay 19,78 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin avadanlığı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 11225030 saylı müqaviləsi üzrə 2816,04 manat məbləğində əsas borca münasibətdə 631,96 manat cərimə pulunun, xx.xx.2023-cü il tarixli, 02125433 saylı müqaviləsi üzrə 1847,36 manat məbləğində əsas borca münasibətdə 316,64 manat cərimə pulunun, xx.xx.2023-cü il tarixli, 03085395 saylı müqaviləsi üzrə 401,20 manat məbləğində əsas borca münasibətdə 105,80 manat cərimə pulunun, xx.xx.2023-cü il tarixli, 10754187 saylı müqaviləsi üzrə 365,81 manat məbləğində əsas borca münasibətdə 54,19 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli, 02052858 saylı müqaviləsi üzrə 199,02 manat məbləğində əsas borca münasibətdə 59,98 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli, 02052859 saylı müqaviləsi üzrə 58,25 manat məbləğində əsas borca münasibətdə 17,75 manat cərimə pulunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2023-cü il tarixli, 11225030 saylı müqavilə üzrə 60,0 manat, xx.xx.2023-cü il tarixli, 02125433 saylı müqavilə üzrə 30,0 manat, xx.xx.2023-cü il tarixli, 03085395 saylı müqavilə üzrə 10,0 manat, xx.xx.2023-cü il tarixli, 10754187 saylı müqavilə üzrə 5,0 manat, xx.xx.2022-ci il tarixli, 02052858 saylı müqavilə üzrə 5,0 manat, xx.xx.2022-ci il tarixli, 02052859 saylı müqavilə üzrə 5,0 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000,0 manatdan 10.000,0 manatadək olduqda 30,0 manat + 1.000,0 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 78,02 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 5687,88 manat əsas, 115,0 manat cərimə və 78,02 manat dövlət rüsumu olmaqla, cəmi 5880,90 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 5687,88 manat əsas, 115,0 manat cərimə və 78,02 manat dövlət rüsumu olmaqla, cəmi 5880,90 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar