Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-384/2024 05.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********31905 XİOMİ REDMİ 12 markalı telefon, İmei kod **********06208 XİOMİ REDMİ NOTE 12 markalı telefon, BOROFONE qulaqlıq almış və nəticədə 759,0 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 502,95 manat (15 ay x 33,53 manat + 0,0 manat ilkin ödəniş) İMEİ KOD **********31905 XİOMİ REDMİ 12 MARKALİ TELEFON üçün ümumillikdə, 430,0 manat olmaqla ondan, 390,02 manat ödənilməmiş hissə, güzəşt olunaraq 39,98 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən o, alqı-satqı qiyməti 618,0 manat (yəni 15 ay x 41,20 manat + 0,0 manat ilkin ödəniş) olan İMEİ KOD **********06208 XİOMİ REDMİ NOTE 12 MARKALİ TELEFON, BOROFONE QULAQLİQ üçün ümumilikdə 329,0 manat borcdan, 299,17 manat əsas borc və 29,83 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində BOROFONE qulaqlıqdan imtina etmiş və məhsul 64,50 manat qiymətləndirilib borcdan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 254,78 manat, məhsul qaytarıldıqdan sonra qoyulun qiymət 64,05 manat, doigər müqavilə üzrə cəmi ödədiyi məbləğ 112,93 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin xeyrinə Cavabdehdan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********31905 XİOMİ REDMİ 12 MARKALİ TELEFON üçün 390,02 manat əsas borc, 39,98 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********06208 XİOMİ REDMİ NOTE 12 MARKALİ TELEFON, BOROFONE QULAQLİQ üçün 299,17 manat əsas borc, 29,83 manat cərimə olmaqla, cəmi 759,0 manat borcu və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09482564 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, İMEİ KOD **********31905 XİOMİ REDMİ 12 MARKALİ TELEFON üçün hər ay nağd qaydada 33,53 manat ödəməklə, 15 ay müddətinə, 502,95 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx.xx.2023-cü il tarixli 09482564 saylı müqaviləyə əsasən 390,02 manat əsas, 39,98 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 430,0 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10785203 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən aydın olur ki, İMEİ KOD **********06208 XİOMİ REDMİ NOTE 12 MARKALİ TELEFON, BOROFONE QULAQLİQ üçün hər ay nağd qaydada 41,20 manat ödəməklə, 15 ay müddətinə, 618,0 manata, Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1%-i həcmində penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun cəmiyyətə xx.xx.2023-cü il tarixli 10785203 saylı müqaviləyə əsasən 299,17 manat əsas, 29,83 manat dəbbə (cərimə) olmaqla, ümumilikdə 329,0 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC ilə aralarında xx.xx.2023-cü il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 502,95 manat dəyərində olan İMEİ KOD **********31905 XİOMİ REDMİ 12 MARKALİ TELEFON-u 15 ay müddətinə, hər ay 33,53 manat və xx.xx.2023-cü il tarixli bağlanmış müqaviləyə əsasən ona verilmiş alqı-satqı qiyməti 618,0 manat dəyərində olan İMEİ KOD **********06208 XİOMİ REDMİ NOTE 12 MARKALİ TELEFON, BOROFONE QULAQLİQ-u 15 ay müddətinə, hər ay 41,20 manat ödəmək şərti ilə almışdır. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin avadanlığı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 09482564 saylı müqavilə üzrə 390,02 manat məbləğində əsas borca münasibətdə 39,98 manat cərimə pulunun, xx.xx.2023-cü il tarixli, 10785203 saylı müqaviləsi üzrə 299,17 manat məbləğində əsas borca münasibətdə 29,83 manat cərimə pulunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq xx.xx.2023-cü il tarixli, 09482564 saylı müqavilə üzrə 5,0 manat, xx.xx.2023-cü il tarixli, 10785203 saylı müqavilə üzrə 5,0 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 -ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000,0 manatadək olduqda 30,0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdehdan xx.xx.2023-cü il tarixli, 09482564 saylı müqavilə üzrə 390,02 manat borc, 5,0 manat cərimə, xx.xx.2023-cü il tarixli, 10785203 saylı müqavilə üzrə 299,17 manat borc, 5,0 manat cərimə və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 729,19 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2648,8, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli, 09482564 saylı müqavilə üzrə 390,02 manat borc, 5,0 manat cərimə, xx.xx.2023-cü il tarixli, 10785203 saylı müqavilə üzrə 299,17 manat borc, 5,0 manat cərimə və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 729,19 (yeddi yüz iyirmi doqquz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-384/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-384/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver