Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-59/2023 17.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 05 may 2022-ci il tarixli 8 saylı və xx.xx.2022-ci il tarixli 22 saylı kredit müqavilələri ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1250 manat əsas, 600 manat cərimə, cəmi 1850 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 850 manat əsas, 400 manat cərimə, cəmi 1250 manat olmaqla, iki müqavilə üzrə cəmi 3100 manat və ödənilmiş dövlət rüsumuna görə 51 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 8 saylı alğı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 1250 manat məbləğində kredit üsulu ilə hər ay 105 manat ödəməklə cavabdehə “İphone Paltaryuyan” satılmışdır. Əlavə olaraq, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 22 saylı alğı-satqı müqaviləsinə əsasən 6 ay müddətinə 850 manat məbləğində kredit üsulu ilə hər ay 142 manat ödəməklə cavabdehə soyuducu satılmışdır. Cavabdeh alğı-satqı müqavilələri üzrə borcları ödəməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixli 8 saylı alğı-satqı müqaviləsi üzrə 1250 manat əsas borc, 600 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli 22 saylı alğı-satqı müqaviləsi üzrə 850 manat əsas borc, 400 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə cəmi 3100 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 8 saylı nisyə satış müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1250 manat olan məhsul iddiaçı tərəfindən cavabdehə satılmış, həmin müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 105 manat ödəniş etməklə aldığı malın dəyərini qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.20222-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 8 saylı alğı-satqı müqavilə üzrə 1250 manat əsas və 600 manat cərimə borcu olmaqla, cəmi 1850 manat borcu mövcuddur. İş materiallarından görünür ki, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 22 saylı nisyə satış müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 850 manat olan məhsul iddiaçı tərəfindən cavabdehə satılmış, həmin müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh 6 ay müddətində hər ay 142 manat ödəniş etməklə aldığı malın dəyərini qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.20222-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 22 saylı alğı-satqı müqavilə üzrə 850 manat əsas və 400 manat cərimə borcu olmaqla, cəmi 1250 manat borcu mövcuddur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 51 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1250 manat məbləğində əsas borca və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 850 manat məbləğində əsas borca münasibətdə cavadehdən 600 manat cərimə və 400 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduqlarından azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 60 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 40 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 may 2022-ci il tarixli 8 saylı və xx.xx.2022-ci il tarixli 22 saylı kredit müqavilələri ləğv edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1250 manat əsas, 60 manat cərimə, cəmi 1310 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 850 manat əsas, 40 manat cərimə, cəmi 890 manat olmaqla, iki müqavilə üzrə cəmi 2200 manat və ödənilmiş dövlət rüsumuna görə 51 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 may 2022-ci il tarixli 8 saylı və xx.xx.2022-ci il tarixli 22 saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1250 manat əsas, 60 manat cərimə, cəmi 1310 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 850 manat əsas, 40 manat cərimə, cəmi 890 manat olmaqla, iki müqavilə üzrə cəmi 2200 manat və ödənilmiş dövlət rüsumuna görə 51 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-59/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-59/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver