Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-74/2023 28.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakim X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********50863 “X3 9S” markalı telefon üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33323 “Samsung Galaxy A71” markalı telefon üçün 648 manat ödənilməmiş hissə, 64 manat cərimə, iki müqavilə üzrə ümumilikdə 1050 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30.5 manat tutularaq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC iİə xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə müqavilə bağlamaqla “X3 9S” markalı telefon və “Samsung Galaxy A71” markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 620.4 manat “X3 9S” markalı telefon üçü ümumilikdə, 338 manat olmaqla ondan 308 manat ödənilməmiş hissə, 30 manat cərimə borcu və alğı-satqı qiyməti 1085.8 manat “Samsung Galaxy A71” markalı telefon üçün ümumilikdə, 712 manat olmaqla ondan 648 manat ödənilməmiş hissə, 64 manat cərimə borcu yaranmışdır. Ümumilikdə iki müqavilə üzrə cavabdehin ödənilməmiş 1050 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 750.2 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22158645 nömrəli xx.xx.2020-ci il tarixli müqavilədən göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə bir ədəd “X3 9S” markalı telefon satılmışdır. İş materiallarında olan 22430943 nömrəli xx.xx.2021-ci il tarixli müqavilədən göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə bir ədəd “Samsung Galaxy A71” markalı telefon satılmışdır. İş materiallarında olan Maliyyə və Ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 1050 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixli müqavilələr üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı qarşında yerinə yetirilməmiş öhdəlikləri qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********50863 “X3 9S” markalı telefon üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33323 “Samsung Galaxy A71” markalı telefon üçün 648 manat ödənilməmiş hissə, 64 manat cərimə, iki müqavilə üzrə ümumilikdə 1050 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30.5 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********50863 “X3 9S” markalı telefon üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33323 “Samsung Galaxy A71” markalı telefon üçün 648 manat ödənilməmiş hissə, 64 manat cərimə, iki müqavilə üzrə ümumilikdə 1050 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30.5 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-74/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-74/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver