Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-1680/2025 25.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARDADİ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(025)-653/2025 nömrəli q ərardadı ilə iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" MMC şikayət vermişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Göründüyü kimi məhkəmə aidiyyəti haqqında qərardadlardan (o cümlədən işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə ərizənin geri qaytarılması barədə qərardaddan) verilən şikayət kassasiya şikayətinə bərabər hesab edilir və qanun vericiliklə kassasiya şikayətinə aid tələblərə uyğun tərtib edilməli və verilməlidir. MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. İş materiallarından görünür ki, şikayət xx.xx.2025-ci il tarixdə elektron qaydada iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da, vəkil tərəfindən elektron qaydada imzalanmamışdır. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhk əmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. MPM-in 404-1.1 və 404-1.2-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-in 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tu tulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 408.2-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və g eri qaytarılması üçün mülki işlə birlikdə Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1.3, 404-1.1, 4041.2, 407.3, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(025)-653/2025 nömrəli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş ilə birlikdə Qəbələ Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №e-2(102)-1680/2025
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-1680/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver