Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-3356/2023 31.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(002)-2196/2023 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh Səfər oğluna qarşı sadələşdirilmiş icraat qaydasında ödənil miş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta rüsumunun əvəzi olaraq, 2050.00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (40.5 manat) cavabdehdən tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(002)2196/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh Səfər oğluna qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi və ona elavə edilmiş sənədlər geyi qaytarılmışdır. Qərardad onunla əsəslandırılmışdır ki, hazırki iş üzrə tələb tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən iddia ərizəsi və ona elavə edilmiş sənədlər geyi qaytarılmalıdır. İddiaçı kassasiya şikayəti verərək qərardadının ləğv edilməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş şikayətlə birlikdə Qaradağ Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayət İddiaçı "xxxx" ASC və nümayəndəsi tərəfindən imzalansa da, şikayətə vəkilin cavabdehi Ali Məhkəmədə təmsil etmək üçün verilmiş müvafi q orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: -403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. - 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni n ümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. - MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1, 408.1.3, 408.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №e-2(102)-3356/2023
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-3356/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver