Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-3768/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, Balakən Rayon Məhkəməsinin e-2(019)-691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1150 man at pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı qərardaddan şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. (hakim Zamin Tahirov) Məhkəmə tərkibi hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəllənin 407.3-cü m addəsinə görə isə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Prosessual qanunvericiliyin qeyd edilən maddələrindən də görünür ki, məhkəmə aidiyyətindən verilən şikayətlər kassasiya şikayətlərinə bərabər tutulur, kassasiya şikayətinə münasibətdə irəli sürülən tələblər bir qayda olaraq məhkəmə aidiyyətindən olan şikayətlərə də şamil edilir və aidiyyət qərarlarından şikayətin vəkil tərəfindən tərtib edilməli olması qanunvercilikdə birbaşa müəyyən edilib. Hazırki şikayət isə vəkil tərəfindən tərtib edilməmişdir. Vəkil tərəfindən tərtib edlmədiyi üçün nəticə etibarilə vəkilin orderi də şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 4 08-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdə şikayətin vəkil tərəfindən verilməli olması, vəkilin orderinin şikayətə əlavə edilməli olması barədə tələblərə əməl edilməməsinə baxmayaraq, birinci instansi ya məhkəməsi şikayəti Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 408.2ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən şikayət Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli, şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403-1.3 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Balakən Rayon Məhkəməsinin e-2(019)-691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməsin və şikayət Mülki Prosessual Məcəllənin 408. 2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №e-2(102)-3768/2024
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-3768/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver