Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-4510/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə Binəqədi Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli, 2(001)-6337/2023 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli Daxili lizinq müqaviləsi üzrə 12462,26 manat məbləğində “borcun ödənilməsi” tələbi nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)6337/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, lizinq verən iddiaçı hüquqi şəxsdir, ilkin olaraq lizinq alan şəxs - X2 (VÖEN – **********) isə fərdi sahibkardır. Sonradan həmin müqavilə üzrə öhdəliklərin fərdi sahibkar olmayan Cavabdeh ötürülməsi mübahisənin mahiyyətini dəyişmir. Belə ki, qanunvericiliyin istinad olunan tələblərindən göründüyü kimi, maliyyə lizinqi üzrə lizinq alan yalnız hüquqi şəxs və fərdi sahibkar ola bilər. Eyni zamanda iddiaçı eyni tələblə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5836/2023 saylı eyni məmunlu qərardadı ilə qaytarılmış, iddiaçı həmin qərardadı mübahisələndirməmiş və eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Həmçinin hal-hazırda məlumatları iddia ərizəsinə əlavə edilmiş ********** nömrəli qəbz üzrə dövlət rüsumu da həmin iş üzrə istifadə olunmuş və qərardadla qaytarılması qərara alınmışdır. İddiaçı şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 oktyabr 2023cü il tarixli, 2(001)-6337/2023 saylı qərardadının ləğv edilib, mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilm əyib və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 4-cü bəndində göstərilir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş şikayətlə birlikdə Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayəti imzalayan X1 İddia çı direktoru olsa da, şikayəti ″AAZ CLASSİC″ Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi elektron imza ilə imzalamış və şikayətə vəkil orderi əlavə edilsə də, şikayət vəkil tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin: -403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. - 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət v erilə bilər. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. - MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Göstəri lənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə kassasiya şikayəti icraata qəbul edilməməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1, 408.1.3, 408.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6337/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №e-2(102)-4510/2023
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-4510/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver