Məhkəmə qərarları › İş №e-2(102)-4967/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-4967/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4967/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4967/2023 Açar sözlər: məhkəmə aidiyyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5238/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən veri lmiş şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mehmanxanada 06 dekabr 2022-ci il tarixdə saat 14 radələrində baş vermiş yanğın nəticəsində mehmanxanaya dəymiş 37.800 (otuz yeddi min səkkiz yüz) manat məbləğində maddi ziyanın və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavbadehdən onun xeyrinə tutulması barədəqətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mehmanxanada 06 dekabr 2022-ci il tarixdə saat 14 r adələrində baş vermiş yanğın nəticəsində ziyan dəymişdir. Mehmanxanası "xxxx" ASC tərəfindən sığortalanmışdır, lakin dəfələrlə müraciətinə baxmayaraq ASC tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə araşdırma aparılmış və Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük tətqiqatçı mayor Rüfət Nuruyev tərəfindən 24 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

3. Cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)5283/2023 saylı mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsini n (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(004)-5283/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Günel Əkbərli) vəsatət təmin edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində VÖEN ********** hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və sahibkarlıq üzrə fəaliyyət istiqatmətləindən biri də mehmanxana fəaliyyətidir. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, cavabdeh "xxxx" ASC də hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə m əşğuldur. - "xxxx" ASC tərəfindən verilmiş BB seriyalı, 652629 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Nərimanov rayonu, Z.Bünyadov prospekti, 86B ünvanında yerləşən otel (mehmanxana) fəaliyyətinin göstərilməsinə xidmət edən daşınmaz əmlak "xxxx" ASC-də sığorta edilmişdir. -Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 86B ünvanında yerləşən binanın yarımzirzəmisi, 1-ci, 3-cü, 5-ci mərtəbələri və mansardında 2536,8 m2 əsas, 342,6 m2 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

6. Tərəflər hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul ol duğundan, bununla da iddiaçının iddia tələbi bilavasitə cavabdehdən ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı ona delikt nəticəsində vurulmuş zərərlə bağlı tələb olduğundan hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində də mübahisə predmeti olan əmlakın mehmanxana fəaliyətinə xidmət edilməsi məqsədilə istifadə edildiyini bildirmişdir. Bununla da, işin hallarından göründüyü kimi tərəflərin hər biri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sığorta fəaliyyəti ilə məşğul olan cavabdeh şirkətlə (hüquqi şəxs) mehmanxana fəaliyyəti ilə məşğul olan iddiaçı (fərdi sahibkar) arasında mübahisə məhz onların sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı yaranmışdır. Deməli, hazırkı mübahisə iki ayrı tərəf in sahibkarlıq fəaliyyətini birgə deyil, ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranmış deliktdən irəli gələn mübahisədir.

7. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməklə işə Yasamal Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə hər hansı bir sahibkarlıq fəaliyyəti yaratmamışdır və tələbi ona ödənilməmiş sığorta haqları ilə bağlıdır. Belə olan halda tələb ödənilməmiş pul tələbidir və hesab edir ki, həmin mübahisəyə baxılması üzrə məhkəmə aidiyyəti Bakı şəhər Yasamal Rayon Məhkəməsidir. Cavabdehin nümayəndəsinin başqa bir işlə əlaqədar nümunə gətirməsi məhkəmə tərəfindən işin aidiyyəti üzrə göndərilməsinə əsas olmuşdur. Belə ki, məhkəmə tərəfindən iş icraata qəbul edilmişdir. Bütün bunlar işə əhəmiyyətli olsa da məhkəmə tərəfindən qiymət verilməmişdir.

9. Birinci instansiya məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

11. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

13. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

14. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı müb ahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı

15. Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

16. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya məhkəməsinin hüquqi mövqeyi

17. Məhkəmə tərkibi hesab edir ki, m übahisənin kommersiya məhkəməsinə aid olması barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Lakin məhkəmə hesab edir ki, birinci inatsniya məhkəməsi tərəflər arasında yaranan mübahisənin deliktdən yaranması barədə mövqeyi düzgün olmamamışdır.

19. İşdən görünür ki, iddiaçı fərdi sahibkar İddiaçı kommersiya hüquqi çəxsi olan "xxxx" ASC ilə icbari sığorta haqqında müqavilə bağlamaqla, özünə məxsus sahibkarlıq fəaliyyətini həyata keçirdiyi daşınmaz əmlakını icbari sığorta etdirmiş, baş vermiş sığorta hadisəsi nəticəsində ziyana görə cavabdeh tərəfindən müqavilədə şərtləndirilən sığorta haqqı ödənilməmişdir.

20. Göründüyü kimi, mübahisə iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gələn müqavil ə tələblərinə dair mübahisə olduğundan hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır.

21. Buna görə də, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı düzgün nəticəyə gəldiyindən məhkəmə qərardadın ləğv üçün əsas görmür və mübahisənin ümumi məhkəməyə aid olması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

22. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5283/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5238/2023 nömrəli 14 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar