Məhkəmə qərarları › İş №e-2(102)-5765/2022

Ali Məhkəmə Qərar — İş №e-2(102)-5765/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-5765/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4545/2022 nömrəli iş üzrə 19 sentyabr 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 60 000 manat pulun, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış 24 336,66 manat dəbbə pulunun, vəkilə ödənilmiş 150 manat məbləğində haqqın və 343,01 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqaviləyə əsasən, iddiaçı 20 000 (iyirmi min) manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tar ixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqaviləyə əsasən isə 40 000 (qırx min) manat məbləğində pul vəsaitini Cavabdeh BOKT ASC-yə (emitent) istiqrazların alınması üçün ödəməyi, cavabdeh isə istiqrazların Azərbaycan Respublikasının müvafiq qanunvericilik toplusuna uyğun buraxılmasını və iddiaçının adına (alıcı) Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. İddiaçı hər iki müqavilə üzrə cavabdehin hesabına cəmi 60 000 (altmış min) manat pul köçürmüşdür. xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələrin 1.2-ci bəndində qeyd olunmuşdur ki, istiqrazlar üzrə gəlirlilik illik 14 (on dörd) % təşkil edir. Hər bir istiqraz ın nominal dəyəri 500 manat təşkil edəcək. Lakin bu günə qədər iddiaçının adına hər hansı bir istiqraz emissiya edilməmişdir, yəni cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Həmin müqavilələrin 2.1.1-ci bəndinə əsasən, emitent bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğdə istiqrazları “Qiymətli kağızlar haqqında” Qanuna uyğun olaraq alıcının adına rəsmiləşdirmək, istiqraz rəsmiləşdirilməsi gecikdiyi halda alıcıya məbləğin illik 14 %-nin dəbbə pulunu ödəməyi öhdəsinə götürür. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə iddiaçının cavabdehin hesabına ödədiyi 60 000 manat pulun xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış illik dəbbə pulu 24 336,66 (iyirmi dörd min üç yüz otuz altı manat altmış altı qəpik) manat təşkil edir. İddiaçı xx.xx.2022-ci il tarixində pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək, müqavilələr üzrə ödədiyi 60 000 manat pulun və həmin pula hesablanmış 24 336,66 manat dəbbə pulunun ona ödənilməsini tələb etmişdir. Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu göndərərək, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələr üzrə alınmış 60 000 manat məbləğinə hesablanmış faizlərin iddiaçının “Günaybank”da olan hesabına və “Bank Respublika”da olan kart hesabına köçürüldüyünü bildirmiş, 60 000 manat məbləğində istiqrazın və ona hesablanmış 1 196,89 manat məbləğində faizin xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən iddiaçıya qaytarıldığını qeyd etmişdir. Lakin cavabdehin cavab məktubunda qeyd etdi kləri yalandır, belə ki, iddiaçı heç bir məxaric orderinə imza etməmiş və 60 000 manat məbləğində istiqrazı və faizlərini almamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4545/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 343,01 manat məbləğində pulun ona geri qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı investisiya fəaliyyətini həyata keçirmək və gəlir əldə etmək, cavabdeh isə öz kommersiya fəaliyyətini həyata keçirərək gəlir əldə etmək məqsədilə müqavilə münasibətlərinə daxil olmuşlar. Bu səbəbdən də hazırki mübahisə kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 997.1, 997.2-ci, Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2-ci maddələrinə,“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının tələblərinə istinadla əsaslandırmışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4545/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsasl andırılmışdır ki, İddiaçı ilə Cavabdeh BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “istiqrazların alqı-satqısına dair ilkin razılaşma haqqında” müqavilələrin preambulasından görsənir ki, müqavilələr Cavabdeh BOKT ASC (Emitent) ilə Azərbaycan Respublikasının vətəndaşı (vətəndaş) İddiaçı arasında bağlanmışdır. Yəni İddiaçı fərdi sahibkar kimi deyil, adi vətəəndaş kimi müqavilə bağlamışdır. İstiqrazların alqı-satqısı sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Bundan başqa İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi əsas fəaliyyət növünü sair plastik məmulatların istehsalı təşkil edir. Belə olduğu təqdirdə vətəndaş kimi hər hansı bir bankla və ya bank olmayan Kredit təşkilatı ilə əmanət və ya pul kreditinə dair bağladığı müqavilələr əgər müqavilənin t əyinatında biznes və ya sahibkarlıq fəliyyətinin həyata keçirilməsi ilə bağlı müddəalar qeyd edilməyibsə, istiqrazların alqı-satqısına dair müqavilə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlanmış müqavilə hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4545/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respubli kası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilm ir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəməl ərinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən et məyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əs as tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasında (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti (VÖEN: **********) isə qanunamüvafiq qaydada dövlət qeydiyyatından keçərək yaradılmış kommersiya hüquqi şəxsidir. Həmçinin hazırkı mülki iş üzrə mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, iddiaçı xx.xx.2019-cu və xx.xx.201 9-cu il tarixlərdə cavabdehlə “istiqrazların alqısatqısına dair ilkin razılaşma haqqında” müqavilələr bağlamış, müqavilələrə əsasən, ümumilikdə 60000 manat məbləğində pul vəsaitini cavabdehə vermişdir. İddiaçı cavabdehlə müqavilə bağlayarkən investisiya etmək, yəni aldığı istiqrazlardan illik 14 % gəlir əldə etmək, cavabdeh isə iddiaçının verdiyi tapşırıq əsasında öz kommersiya fəaliyyətini həyata keçirərək gəlir əldə etmək məqsədi güdmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Həmin Məcəllənin 997.2-ci maddəsinə müvafiq olaraq, istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. Göründüyü kimi, müba hisə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə kommersiya hüquqi şəxsi arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm də aralarında yaranmış hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Bundan başqa Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi haqlı olaraq iddia aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə ed ilmiş sənədlərin iddiaçıya geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4545/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar