Məhkəmə qərarları › İş №e-2(103)-1953/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-1953/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-1953/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: Məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), atibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və əldən çıxmış faydaya görə pul tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və əldən çıxmış faydaya görə pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2(005)- 4881/2024 nömrəli qərardadı ilə (hakim N.N.Tağıyeva) iddia ərizəsi icraata götürülmüşdür.

3. Daha sonra Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, cavabdehin hüquqi ünvanı ünvan 1il 2B olduğundan mülki iş baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələrə deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddialara şamil olunur. İddiaçı hazırda mübahisələndirilən mənzilin ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsindən görünür ki, mənzil iddiaçının sahibliyində deyildir.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi özünün xx.xx.2025-ci il tarixli, e- 2(001)-2325/2025 nömrəli qərardadı ilə (hakim S.H.Məmmədova) mülki işin ərazi aidiyyətinin müəyyən edilməsinə dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, mübahisə ərizəçinin (mirasını qəbul etdiyi mərhum ərinin) Nərimanov rayonu ərazisində yerləşən və mülkiyyətində olan daşınmaz əmlakın sökülməsi nəticəsində elə həmin ünvanda ona əvvəlki mülkiyyətini kompensasiya etməklə yeni mənzilin verilməsi, qarşı tərəflə bağlanmış və artıq uzun müddət ərzində icra olunmaması nəticəsində bir mülkiyyətçi kimi mülkiyyətindən məhrum edilməsinə dair əsas və bu məhrumiyyətlərdən doğan zərər və yaxud iddiaçının özünün adlandırdığı kimi “əldən çıxmış fayda” ilə əlaqədar törəmə iddiasından ibarətdir.

7. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə əlaqədar müəyyən etmiş olduğu müddəalarını hazırki tələbə hərfiylə tətbiq etdikdə belə qarşımızdakı tələbin ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi iddiaçının mülkiyyət hüquqlarının pozulmasını aradan qaldırmaqdan və ona elə həmin ünvanda yerləşən daşınmaz əmlakın təhvil verilməsindən ibarət olması müəyyən olunur.

8. Həmçinin, işin faktiki hallarından və tərəflər arasında bağlanmış müqavilədən də aydın olur ki, tərəflər ilkin daşınmaz əmlakın təhvil verilməsi, söküntüsü, əvəzində yeni daşınmaz əmlakın tam təmirli vəziyyətdə təhvil verilməsi və digər mühüm şərtlər barəsində razılığa gəlmiş və bu səbəblərdən də mövcud mübahisənin predmeti sözügedən ərazidə yerləşən daşınmaz əmlak tələbi olmaqla işə məhz həmin ərazinin məhkəməsində baxılması - müqavilə üzrə mülkiyyətçiyə tikilib təhvil verilməsi nəzərdə tutulan əmlakın yerində müayinəsi, - əmlaka dair sənədlərin, sübutların vaxtında toplanması, - mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırması və işin obyektiv araşdırılması baxımından ədalətli məhkəmə araşdırmasına da şərait yaratmış olmaqla bərabər, mülki prosessual qanunvericiliyin aidiyyət prinsiplərinə də riayət etməyi təmin etmiş olar.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. İşdən görünür ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulan mənzilin ona təhvil verilməsini, kirayə haqqı və əldən çıxmış fayda tələb edir. Mülki-prosessual qanunvericiliyə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia ərizəsi cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməlidir.

11. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1il 2B-dir.

12. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində daşınmaz əşyalarla bağlı müstəsna aidiyyət qaydalarına riayət edilməklə baxılmalı olan konkret tələblər nəzərdə tutulmuşdur.

13. Hazırki iş üzrə iddiaçının tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması və yaxud mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında deyil. Eyni zamanda, müqavilə üzrə təhvil verilməsi tələb olunan mənzil iddiaçının sahibliyində olmamışdır.

14. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərar aldı:

İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və əldən çıxmış faydaya görə pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar