Məhkəmə qərarları › İş №e-2(103)-2274/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-2274/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-2274/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyatı ilə bağlı fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclası qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-79/2024 saylı işi üzrə xx.xx.2024-cüil tarixli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh ünvanını “ünvan 1şdir. Lakin cavabdehin həmin ünvanda yaşadığını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sisteminin portalından çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi, ev 1, İnzibati bina ünvanında qeydiyyatdadır. Mülki işin aidiyyat üzrə göndərildiyi Binəqədi Rayon Məhkəməsinin 2(001)-2366/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 40.1, 45.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış son sorğulanma tarixi xx.xx.2022-ci il olan məlumatdan görünür ki, Cavabdeh ünvanı “Binəqədi rayonu, 7-ci mikrorayon, X3 küçəsi, ev 1, inzibati bina”( AA1902119 №-li şəxsiyyət vəsiqəsinin verilmə tarixi-xx.xx.2021-ci ildir). "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış son sorğulanma tarixi xx.xx.2024cü il olan məlumatdan isə görünür ki, Cavabdeh ünvanı “ünvan 51902119 №-li şəxsiyyət vəsiqəsinin verilmə tarixi-xx.xx.2021-ci ildir). Göründüyü kimi, Cavabdeh ünvanı halhazırda “Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev T.Davudzadə, ev 96”-dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən : 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Hazırki işin təhlilindən görünür ki, iddia ərizəsinin icraata qəbulu zamanı pozuntuya yol verilməsi təsdiq edilmir və Xəzər Rayon Məhkəməsi cavabdehin qeydiyyatı barədə xx.xx.2022-ci il tarixli məlumata istinad etmiş, müraciət dövrünə olan məlumatlara istinad etməmişdir. İddia ərizəsi xx.xx.2023-cü ildə verilmişdir. Həmin tarixdə iddiaçının hansı ünvanda qeydiyyatda olmasına dair iş materiallarında hər hansı sənəd mövcud deyil. Məhkəmə tərəfindən AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış son sorğulanma tarixi xx.xx.2024-cü il olan məlumatdan görünür ki, cavabdeh hal-hazırda “ünvan 51902119 №-li şəxsiyyət vəsiqəsinin verilmə tarixi-xx.xx.2021-ci ildir) ünvanında qeydiyyatdadır. Ona görə Kollegiya hesab edir ki, mülki işə icraata qəbul edilmiş Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 33-45, 398, 400--ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-79/2024 saylı (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2366/2024 saylı) mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar