Məhkəmə qərarları › İş №e-2(103)-6198/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-6198/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6198/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, pul tələbi və əmlakın boşaldılaraq açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə ərazi aidiyyatının müəyyən edilməsi barədə məhkəmələr arası fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 25 iyul 2019-cu il tarixli 093/2019 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 80 000 manat borc məbləğininin və ödənilmiş 330 manat dövlət rüsumun cavabdehdən tutulması, ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının sökülərək həmin binanın yerində tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə yerləşən yüksəkmərtəbəli yaşayış kompleksinin 2-ci girişində (2-ci blok), ümumi sahəsi 198.02 kv.metrdən ibarət, 8-ci mərtəbədə, 4 otaqlı, 1 (soldan sağa 1) saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4365/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülmüşdür. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 25 iyul 2019-cu il tarixli 093/2019 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 80000 manat borc məbləğininin və ödənilmiş 330 manat dövlət rüsumun cavabdehdən tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi,ev 24A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının sökülərək həmin binanın yerində tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki 1950-ci məhəllədə yerləşən yüksəkmərtəbəli yaşayış kompleksinin 2-ci girişində (2-ci blok), ümumi sahəsi 198.02 kv.metrdən ibarət, 8-ci mərtəbədə, 4 otaqlı, 1 (soldan sağa 1) saylı mənzilin boşaldılması, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4365/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı mənzilin boşaldılması və digər tələbinə dair iddia ərizəsi baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardada əsasən iddia ərizəsindən göründüyü kimi, tələbinin biri “mənzilin boşaldılması” olduğundan və mənzil Bakı şəhəri Nərimanov rayonunda yerləşdiyindən, məhkəmə hesab edir ki, hazırki iddiaya müstəsna aidiyyətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi və əmlakın boşaldılaraq açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3748/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, pul tələbi və əmlakın boşaldılaraq açıq hərracdan satılması tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia ərizəsi Bakı şəhəri Sabuçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.4-cü maddəsinə əsasən Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı iddia tələbini düzgün olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə vermiş və məhkəmə tərəfindən iddia tələbi icraata qəbul edilmişdir. Lakin sonradan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən müstəsna aidiyyət qaydalarına istinad edilməklə baxılması üçün başqa məhkəməyə göndərilməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi prosessual qanunvericiliyin müstəsna aidiyyəti müəyyən edən normasının təsirinə də düşmür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilən müəddəaların tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahlsəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Hazırki iddia tələbinin predmeti dolayısı ilə daşınmaz əmlakla bağlı olsa da, iddiaçının mövcud iddia tələbi müstəsna aidiyyətə görə iddia tələbində qeyd edilən daşınmaz əmlakın Bakı şəhəri Nərimanov rayonu ərazində yerləşməsi əsasına görə Bakı şəhəri Nırimanov Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, cavabdehin rəsmi qeydiyyatda olduğu (ünvanının olduğu) yerin məhkəməsinə görə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olan iddia tələbidir. İddia ərizəsindən də müəyyən edildiyi kimi, iddia tələbi alğı-satqı müqaviləsinin ləğv edilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi və mənzilin boşaldılması, müqavilə hüquqlarından irəli gələn münasibətlərə aid tələbdən ibarətdir. Eyni zamanda tələbdə olan mənzilin boşaldılması hissəsi isə prosedur olaraq əmlakın hərracdan satılmasından sonra həyata keçirilməli bir hal kimi nəzərədə tutulmuşdur ki, bu da məhz müstəsna aidiyyət qaydasında işə baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbi üzrə mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar