Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(104)-2424/2024 22.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəmələri arasında yaranmış ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********76742 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 440,04 (dörd yüz qırx manat dörd qəpik) manat ödənilməmiş hissə, 44,96 (qırx dörd manat doxsan altı qəpik) cərimə olmaqla ümumilikdə 485 manat (dör yüz səksən beş) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1248/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1248/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(066)- 1248/2024 nömrəli mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair 2(125)-5320/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilərək, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-309/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-309/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək belə hesab edir ki, hazırki iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatındadır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 1248/2024 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(066)- 1248/2024 nömrəli mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair 2(125)-5320/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilərək, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-309/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair iddiası baxılmamış saxlanılmış və həmin tarixdə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 1248/2024 nömrəli qərardadı ilə hazırkı mülki iş Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1.-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.4-cü maddəsinə görə, məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 36, 44-45, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş Göygöl Rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(104)-2424/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(104)-2424/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver