Məhkəmə qərarları › İş №e-2(105)-1882/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(105)-1882/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-1882/2022 23.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işin aidiyyatı üzrə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3054.42 manat əsas, 20 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0.5 faizi həcmində hesablanmaqla 305.44 manat penya və 53.39 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3413.45 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-3507/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair e-2(060)-3507/2022 saylı mülki işin aidiyyatı üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(012)-3904/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işin aidiyyatı üzrə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası ərazi aidiyyətinin müəyyən edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual normanın məzmununa görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsi). İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmə icraat zamanı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına istinad edərək mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Abşeron Rayon Məhkəməsi bu iş üzrə 24 iyun 2022-ci il tarixli qərardadında X1 çıxarılmış məlumata əsaslanaraq Cavabdeh qeydiyyat ünvanının ünvan 1iş və məhkəmələr arasında ərazi aidiyyəti barədə fikir ayrılığı olduğuna görə mülki işin Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasınının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək qeyd edir ki, bütün hallarda hazırkı iddia tələbinin mahiyyətinə əsasən, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi halı mübahisələndirilən hal deyil. Mübahisə, iş üzrə Cavabdeh qeydiyyat ünvanı ətrafında yaranmışdır ki, kollegiya bu barədə ən mötəbər sübut kimi X1 çıxarışa istinad edilməsini düzgün hesab edir. X1 çıxarışdan isə görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 2iya qeyd edir ki, hazırkı iddia tələbi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 45.4-ci maddəsi). Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş aiddiyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 45.4., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş aiddiyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə verilsin. Qərardad qətidir, dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar