Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(108)-150/2024 22.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********40512 olan “Samsung Galaxy A03” markalı telefon və 2 ədəd “Vinil Mat” üçün 241.96 manat ödənilməmiş hissə, 24,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********79926 olan “X3 11” markalı telefon üçün 630,88 manat ödənilməmiş hissə, 63,12 manat cərimə olmaqla, ümumilikdə 960 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-589/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhəri Məhkəməsinə göndərilməsini qərara alınmışdır. Şərur Rayon Məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh Naxçıvan şəhərində qeydiyyatda olduğundan iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Naxçıvan Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2(078)1206/2024 nömrəli qərardadı ilə aidiyyət barədə Şərur Rayon Məhkəməsinin fikri ilə razılaşmamış və mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsi hesab etmişdir ki, cavabdehin qeydiyyat ünvanı Naxçıvan şəhəri ərazisində yerləşmədiyi üçün hazırki işə MPM-in 35.1-ci maddəsinin tələbinə əsasən Naxçıvan Şəhər Məhkəməsində baxıla bilməz. Naxçı van Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron məhkəmə informasiya sistemində Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatında ünvanı Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, ünvan 3eyd edilmişdir. Bu halın dəqiqləşdirilməsi məqsədilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən cavabdehin Naxçıvan şəhəri, S.Vurğun küçəsi, mənzil 16 ünvanında qeydiyyatda olubolmaması barədə Naxçıvan Şəhər Polis İdarəsi Qeydiyyat və X1 xx.xx.2024-cü il tarixdə sorğu verilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 31343-6/2-14940/24 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh (şəxsiyyət vəsiqəsi AA*******) ünvan 5 ünvanda qeydiyyatda deyil. Məhkəmə tərəfindən araşdırmanın tam aparılması üçün cavabdehin qeydiyyat ünvanının Şərur rayonunda yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə Şərur rayon Polis İdarəsi Qeydiyyat və X1 xx.xx.2024-cü il tarixdə sorğu verilmişdir. Sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmiş Şərur Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3134312/211577/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Belə olan halda kollegiya qeyd edir ki, mülki işə cavabdehin rəsmi qeydə alındığı Şərur şəhəri üzrə Şərur Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən kollegiya q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(108)-150/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2(108)-150/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver