Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1030/2025 06.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 622610 saylı müqaviləyə əsasən, ASUS markalı kompüter üçün 1206,88 (min iki yüz altı manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 120,69 (yüz iyirmi manat, altmış doqquz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 14028455 saylı müqaviləyə əsasən, PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5 SLİM oyun konsolu üçün 1145,35 (min yüz qırx beş manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 114,54 (yüz on dörd manat, əlli dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2587,45 (iki min beş yüz səksən yeddi manat qırx beş qəpik) manat borc, 45,88 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 14028455 saylı və xx.xx.2024-cü il tarixli 622610 saylı müqavilələrə əsasən ASUS markalı kompüter, PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5 SLİM oyun konsolu almış və nəticədə 2587,45 (iki min beş yüz səksən yeddi manat qırx beş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli 622610 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1991,88 (min doqquz yüz doxsan bir manat səksən səkkiz qəpik) manat (18 ay x 70,66 manat + 720 manat ilkin ödəniş) olan ASUS markalı kompüter üçün ümumilikdə, 1327,57 (min üç yüz iyirmi yeddi manat, əlli yeddi qəpik) manat olmaqla ondan, 1206,88 (min iki yüz altı manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 120,69 (yüz iyirmi manat, altmış doqquz qəpik) manat cərimə borcu, xx.xx.2024-ci il tarixli 14028455 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1493,04 (min dörd yü doxsan üç manat, dörd qəpik) manat (12 ay x 124,42 manat + 0 manat ilkin ödəniş) olan PS5 DUALSENSE oyun pultu, PLAYSTATİON 5 SLİM oyun konsolu üçün ümumilikdə, 1259,89 (min iki yüz əlli doqquz manat, səksən doqquz qəpik) manat olmaqla ondan, 1145,35 (min yüz qırx beş manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 114,54 (yüz on dörd manat, əlli dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1132,69 (bir min bir yüz otuz iki manat altmış doqquz qəpik) manat təşkil edir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli 622610 saylı və 14028455 saylı hər iki mal satınalması müqavilələrindən, həmçinin həmin müqavilələrin ayrılmaz hissəsi olan təhvil-təslim aktlarından məlum olur ki, satıcı müqavilələrdə göstərilmiş əşyaları qüsursuz şəkildə alıcıya təhvil vermiş, alıcı bu barədə həmin aktı imzalamışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli 622610 saylı və 14028455 saylı hər iki müqavilələrə əsasən hal-hazırda cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 2352.23 manat ödənilməmiş hissə, 235.23 manat cərimə borcu olmaqla cəmi 2587.46 manat təşkil edir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 45.88 (qırx beş manat səksən səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmiş və bununla bağlı «ABC TELECOM” MMC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 235.23 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 23 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli 622610 saylı və 14028455 saylı hər iki müqavilələr üzrə 2352.23 manat ödənilməmiş hissə, 23 manat cərimə borcu olmaqla ümumilikdə 2375.23 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 45.88 (qırx beş manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun 0.91 (0 manat doxsan bir qəpik) manatı iddiaçıya aid edilməli, qalan 44.97 (qırx dörd manat doxsan yeddi qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-cü maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 622610 saylı və xx.xx.2024-cü il tarixli 14028455 saylı müqavilələr üzrə ümumilikdə 2352.23 (iki min üç yüz əlli iki manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə borcu olmaqla ümumilikdə 2375.23 (iki min üç yüz yetmiş beş manat iyirmi üç qəpik) manat və 45.88 (qırx beş manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-1030/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1030/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver