Məhkəmə qərarları › İş №e-2(110)-1032/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1032/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1032/2023 23.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 800 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 830) alınaraq iddiaçı "xxxx"ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində “PORSCHE PANAMERA MANSORY” markalı, 99–PC–057 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığını, sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanıldığını, 2021-ci il iyunun 16-da Cavabdeh idarə etdiyi “PORSHE PANAMERA MANSORY” markalı, 99–PC–057 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bakıxanov qəsəbəsində “MERCEDES BENZ C200” markalı, 90–XA–233 dövlət nömrə nişanlı avtomobilin toqquşduğunu, cavabdehin hadisə yerindən yayındığını, Sabunçu DYPŞ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokuluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə), 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edildiyini, Sabunçu DYPŞ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə), 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilindiyini, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 5062 nörəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ C200” markalı, 90–XA–233 dövlət nömrə nişanlı avtomobillə 1200 manat məbləğində ziyan dəydiyini, iddiaçının xx.xx.2021-ci il tarixində 1200 manat məbləği zərərçəkmiş şəxs “MERCEDES BENZ C200” markalı, 90–XA–233 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X2 ödədiyini, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli xx/xx-1060 nömrəli könüllü sürətdə borcun ödənilməsinə dair Cavabdeh xəbərdarlıq məktubunun göndərildiyini, bundan "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 26/21 nömrəli borcun etirafı və onun ödənilməsi haqqında razılaşma bağlanıldığını, həmin razılaşmaya əsasən Cavabdeh 1200 manat məbləğində zərər vurduğunu etiraf etdiyini və ilkin olaraq 300 manat ödəniş etməklə, qalan borcu ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürdüyünü, Cavabdeh tərəfindən ümumilikdə 400 manat məbləğində ödəniş edildiyini, yerdə qalan 800 manat məbləğin ödənilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, « PORSCHE PANAMERA MANSORY» markalı, 99–PC–057 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də Sığortalanmışdır. İş materiallarında olan PXA89388 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi «PORSCHE PANAMERA MANSORY» markalı, 99–PC–057 dövlət qeydiyyat nişanlı avtomobillə «MERCEDES BENZ C200» markalı, 90–XA–233 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Bakıxanov qəsəbəsində toqquşmuş, sonuncuya 1200 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Sabunçu DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 100 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə aktı”nın surətindən görünür ki, «MERCEDES BENZ C200» markalı, 90–XA–233 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1200 manatdır. İş materiallarında olan PXA89388 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən X1 bank hesabına 1200 manatın köçürülməsi təmin edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, “PORSCHE PANAMERA MANSORY” markalı, 99–PC–057 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Meqalizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, “MERCEDES BENZ C200” markalı, 90–XA–233 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüatları barədə arayışdan görünür ki, xx.xx.2021ci il tarixdə saat 00:10 dəqiqədə Bakıxanov qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus olduğu, həmin nəqliyyat vasitəsinin Cavabdeh tərəfindən etibarnaməsiz idarə olunması müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh Sabunçu RPİ DYPŞ-nin rəisinə ünvanladığı izahatında bildirmişdir ki, etibarnamə olmadan idarə etdiyi Porşe markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avttomobili Bəşir Bünyadov küçəsi ilə hərəkətdə olarkən manevr qaydasını pozaraq idarə etməni itirərək yolun kənarında dayanmış vəziyyətdə olan Mercedes markalı **-XA-*** qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə dəyərək toqquşduğunu, onun tələsdiyi üçün hadisə yerində dayanmadığını, hadisə yerini tərk etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 26/21 nömrəli Borcun etirafı və onun ödənilməsi haqqında razılaşmadan görünür ki, borclu etiraf edir ki, onun günahı üzündən baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə 1200 manat zərər dəymişdir və həmin zərər tələbkar tərəfindən zərər çəkmiş şəxsə tam olaraq ödənilmişdir. Borclu ilkin olaraq 300 manat ödəməyi, yerdə qalan 900 manatı isə xx.xx.2021 – xx.xx.2021-ci il tarixləri əzrində hər ay 300 manat olmaqla cəmi 1200 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi «PORSCHE PANAMERA MANSORY» markalı, 99–PC–057 dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx"ASC tərəfindən xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci tarixədək sığortalanmışdır. xx.xx.2021ci il tarixdə Cavabdeh idarə etdiyi «PORSCHE PANAMERA MANSORY» markalı, 99–PC–057 dövlət qeydiyyat nişanlı avtomobillə «MERCEDES BENZ C200» markalı, 90–XA–233 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı «MERCEDES BENZ C200» markalı, 90–XA–233 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 1200 (bir min iki yüz) manat müəyyən edilmişdir. "xxxx" Sığorta şirkəti ASC həmin məbləği X1 bank hesabına ödəmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 26/21 nömrəli borcun etirafı və onun ödənilməsi haqqında razılaşma bağlanıldığını, həmin razılaşmaya əsasən Cavabdeh 1200 manat məbləğində zərər vurduğunu etiraf etdiyi və ilkin olaraq 300 manat ödəniş etməklə, qalan borcu ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ümumilikdə 400 manat məbləğində ödəniş edildiyini, yerdə qalan 800 manat məbləğində pulu ödəmədiyi müəyyən edilmişdir. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır; - 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu X4 şöbəsinin xx.xx.2021ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə yanaşı, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 332.1 maddəsi, həmçinin yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə həmin Məcəllənin 327.6-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı Sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 830 (səkkiz yüz otuz) manat məbləğində pul alınaraq iddiaçı "xxxx"ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar