Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1036/2025 09.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER üçün , 166.32 (yüz altmış altı mana, otuz iki qəpik) manat ödənilməmiş hissə, 16.63 (on altı manat, altmış üç qəpik ) manat cərimə borcu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********10869 XİAOMİ 14, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXL xidməti üçün , 2283.08 (iki min iki yüz səksən üç manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 228.31 (iki yüz iyirmi səkkiz manat otuz bir qəpik) manat cərimə borcu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********77765 POCO M6 PRO, VİNİL ŞƏFFAF, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXL xidməti üçün 489.13 (dörd yüz səksən doqquz manat on üç qəpik) manat ödənilməmiş hissə, 48.91 (qırx səkkiz manat doxsan bir qəpik) manat cərimə borcu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, VELOSİPED STARK üçün 204.48 (iki yüz dörd manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 20.45 (iyirmi manat, 45 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3457.31 (üç min dörd yüz əlli yeddi manat otuz bir qəpik) manat borc, 54.58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********29426 SAMSUNG GALAXY A15 , PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER, İmei kod **********10869 XİAOMİ 14, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXL xidməti, İmei kod **********77765 POCO M6 PRO, VİNİL ŞƏFFAF, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXL xidməti, VELOSİPED STARK almış və nəticədə 3457.31 (üç min dörd yüz əlli yeddi manat, otuz bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 801.12 (səkkiz yüz bir manat on iki qəpik) manat (12 ay x 66.76 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********29426 SAMSUNG GALAXY A15 , PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER üçün ümumilikdə, 182.95 (yüz səksən iki manat doxsan beş qəpik) manat olmaqla ondan, 166.32 (yüz altmış altı manat otuz iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 16.63 (on altı manat altmış üç qəpik ) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2908.86 (iki min doqquz yüz səkkiz manat səksən altı qəpik) manat (18 ay x 153.27 manat + 150 manat ilkin ödəniş) olan İmei kod **********10869 XİAOMİ 14, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXL xidməti üçün ümumilikdə, 2511.39 (iki min beş yüz on bir manat otuz doqquz qəpik) manat olmaqla ondan, 2283.08 (iki min iki yüz səksən üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 228.31 (iki yüz iyirmi səkkiz manat otuz bir qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 980.1 (doqquz yüz səksən manat on qəpik) manat (18 ay x 54.45 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********77765 POCO M6 PRO, VİNİL ŞƏFFAF, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXL xidməti üçün ümumilikdə, 538.04 (beş yüz otuz səkkiz manat dörd qəpik ) manat olmaqla ondan, 489.13 (dörd yüz səksən doqquz manat on üç qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.91 (qırx səkkiz manat doxsan bir qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 529.98 (beş yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat (6 ay x 83.33 manat + 30 manat ilkin ödəniş) olan VELOSİPED STARK üçün ümumilikdə, 224.93 (iki yüz iyirmi dörd manat doxsan üç qəpik) manat olmaqla ondan, 204.48 (iki yüz dörd manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 20.45 (iyirmi manat qırx beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində İmei kod **********29426 SAMSUNG GALAXY A15 markalı telefondan imtina etmiş və məhsul 550,8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 84 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 550.8 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1442.25 manat təşkil edir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli 02107753 saylı, xx.xx.2024-cü il tarixli 03339503 saylı, xx.xx.2024-cü il tarixli 03747270 saylı, xx.xx.2024cü il tarixli 02018254 saylı mal satınalması müqavilələrindən, həmçinin həmin müqavilələrin ayrılmaz hissəsi olan təhvil-təslim aktlarından məlum olur ki, satıcı müqavilələrdə göstərilmiş əşyaları qüsursuz şəkildə alıcıya təhvil vermiş, alıcı bu barədə həmin aktları imzalamışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən hal-hazırda cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 3143.01 manat ödənilməmiş hissə, 314.3 manat cərimə borcu olmaqla cəmi 3457.31 manat təşkil edir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 54.58 (əlli dörd manat əlli səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmiş və bununla bağlı «ABC TELECOM” MMC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 314.3 (üç yüz on dörd manat otuz qəpik) manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 31 (otuz bir) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli 02107753 saylı, xx.xx.2024-cü il tarixli 03339503 saylı, xx.xx.2024-cü il tarixli 03747270 saylı, xx.xx.2024-cü il tarixli 02018254 saylı müqavilələr üzrə 3143.01 manat ödənilməmiş hissə, 31 manat cərimə borcu olmaqla ümumilikdə 3174.01 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də, ödənilmiş 54.58 (əlli dörd manat əlli səkkiz qəpik) manat dövlət rüsumundan 0.91 (0 manat doxsan bir qəpik) manat iddiaçıya aid edilməli, qalan 53.67 (əlli üç manat altmış yeddi qəpik) manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.5-cü maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 02107753 saylı, xx.xx.2024-cü il tarixli 03339503 saylı, xx.xx.2024-cü il tarixli 03747270 saylı, xx.xx.2024-cü il tarixli 02018254 saylı müqavilələr üzrə 3143.01 (üç min bir yüz qırx üç manat bir qəpik) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə borcu olmaqla, ümumilikdə 3174.01 (üç min bir yüz yetmiş dörd manat bir qəpik) manat borc və 53.67 (əlli üç manat altmış yeddi qəpik) manat dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-1036/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1036/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver