Məhkəmə qərarları › İş №e-2(110)-1048/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1048/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1048/2024 29.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********22266 XİAOMİ POCO M4 PRO MARKALİ TELEFON, X7 SAAT üçün 239.04 (iki yüz otuz doqquz manat dörd qəp) manat ödənilməmiş hissə, 23.96 (iyirmi üç manat doxsan altı qəp) manat cərimə; xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********11844 XİAOMİ 11T MARKALİ TELEFON üçün 504 (beş yüz dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, X7 saat üçün, 128.04 (yüz iyirmi səkkiz manat dörd qəp) manat ödənilməmiş hissə, 12.96 (on iki manat doxsan altı qəp) manat cərimə 2. Ümumilikdə 958 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X3 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********22266 XİAOMİ POCO M4 PRO MARKALİ TELEFON, X7 SAATX7 KS qol saatı, X7 saaalmt ış və nəticədə 958 (doqquz yüz əlli səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396.08 (üç yüz doxsan altı manat səkkiz qəp) manat (12 ay x 28.84 manat + 50 manat ilkin ödəniş) İMEİ KODU **********22266 XİAOMİ POCO M4 PRO MARKALİ TELEFON, X7 SAAT üçün ümumilikdə, 263 (iki yüz altmış üç) manat olmaqla ondan, 239.04 (iki yüz otuz doqquz manat dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23.96 (iyirmi üç manat doxsan altı qəp) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********11844 XİAOMİ 11T MARKALİ TELEFOüçNün ümumilikdə, 554 (beş yüz əlli dörd) manat olmaqla ondan, 504 (beş yüz dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 50 (əlli) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 128.04 (yüz iyirmi səkkiz manat dörd qəp) manat (12 ay x 10.67 manat + 0 manat ilkin ödəniş) X7 saat üçün ümumilikdə, 141 (yüz qırx bir) manat olmaqla ondan, 128.04 (yüz iyirmi səkkiz manat dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.96 (on iki manat doxsan altı qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, X7 saatdan xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 107.04 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 50 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 107.04 manat, ümumilikdə 157.04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 170347 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom” özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - İMEİ kodu **********22266 XİAOMİ POCO M4 pro model telefon və X7 model qol saatıdır. Tərəflər arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, 170347 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 396.08 (üç yüz doxsan altı manat səkkiz qəp) manat olan İMEİ kodu **********22266 XİAOMİ POCO M4 pro model telefon və X7 model qol saatı üçün 50 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə ayda 28.84 manat ödəməyi öhdəsinə götürmüşdür. X6 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh XİAOMİ POCO M4 pro model telefon və X7 model qol saatını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 170350 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ”ABC Telecom” özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – X7 model qol saatıdır. Tərəflər arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, 170350 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 128.04 (yüz iyirmi səkkiz manat dörd qəp) manat olan X7 model qol saat üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə ayda 10.67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X6 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh X7 qol saatını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ”ABC Telecom” özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – İmei kodu **********11844 XİAOMİ 11T markalı telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, ******* saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 504 (beş yüz dörd) manat olan İmei kodu **********11844 XİAOMİ 11T markalı telefon üçün ilkin ödəniş ödəmədən, qalan məbləği 18 ay müddətinə ayda 28 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X6 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İmei kodu **********11844 XİAOMİ 11T markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər üç müqavilə üzrə cəmiyyətə olan borcu 871.08 (səkkiz yüz yetmiş bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 86.92 (səksən altı manat doxsan iki qəpik) manat cərimə, ümumilikdə 958 (doqquz yüz əlli səkkiz) manat təşkil edir. İş materiallarında olan 65631116 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, ”ABC Telecom”MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 170347 saylı Müqaviləyə əsasən alıcı qiyməti 396.08 (üç yüz doxsan altı manat səkkiz qəp) manat olan İMEİ kodu **********22266 XİAOMİ POCO M4 pro model telefon və X7 model qol saatı üçün 50 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə ayda 28.84 manat, xx.xx.2024-cü il tarixli, 170350 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 128.04 (yüz iyirmi səkkiz manat dörd qəpik) manat olan X7 model qol saat üçün ilkin ödəniş ödəmədən, həmin məbləği 12 ay müddətinə ayda 10.67 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 504 (beş yüz dörd) manat olan İmei kodu **********11844 XİAOMİ 11T markalı telefon üçün ilkin ödəniş ödəmədən, qalan məbləği 18 ay müddətinə ayda 28 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, X7 saatdan xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 107.04 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 50 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 107.04 manat, ümumilikdə 157.04 manat təşkil etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; ” - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə qeyd edir ki, cavabdeh X4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə hər üç müqavilə üzrə hesablanmış 86.92 manat cərimənin alınması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hər üç müqavilə üzrə hesablanmış 86.92 (səksən altı manat doxsan iki qəpik) manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 60 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 0.84 manatı iddiaçıya aid edilməli, qalan 29.16 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Müqavilələr üzrə ümumilikdə 871.08 (səkkiz yüz yetmiş bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, ümumilikdə 931.08 (doqquz yüz otuz bir manat səkkiz qəpik) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun 29.16 manatı olmaqla, ümumilikdə 960.24 (doqquz yüz altmış manat iyirmi dörd qəpik) manat məbləğində borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Müqavilələr üzrə ümumilikdə 871.08 (səkkiz yüz yetmiş bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, ümumilikdə 931.08 (doqquz yüz otuz bir manat səkkiz qəpik) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun 29.16 manatı olmaqla, ümumilikdə 960.24 (doqquz yüz altmış manat iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar