Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1087/2024 05.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********82486 SAMSUNG GALAXY A24 markalı telefon üçün, 448.52(dörd yüz qırx səkkiz manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 44.48 (qırx dörd manat qırx səkkiz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********48571 OPPO A57S MARKALİ TELEFON, İMEİ KOD **********82814 OPPO RENO 7 MARKALİ TELEFON üçün 438.84 (dörd yüz otuz səkkiz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 43.16 (qırx üç manat on altı qəpik) manat cərimə, ümumilikdə 975 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində bildirmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********82486 SAMSUNG GALAXY A24 markalı telefon, İMEİ KOD **********48571 OPPO A57S markalı telefon, İMEİ KOD **********82814 OPPO RENO 7 markalı telefon almış və nəticədə 975 (doqquz yüz yetmiş beş) manat borc yarandığını, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 725.52 (yeddi yüz iyirmi beş manat əlli iki qəpik) manat (12 ay x 60.46 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********82486 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 493 (dörd yüz doxsan üç) manat olmaqla ondan, 448.52(dörd yüz qırx səkkiz manat əlli iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 44.48 (qırx dörd manat qırx səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1711.95(bir min yeddi yüz on bir manat doxsan beş qəpik) manat (15 ay x 114.13 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********48571 OPPO A57S markalı telefon, İMEİ KOD **********82814 OPPO RENO 7 markalı telefon üçün ümumilikdə, 482 (dörd yüz səksən iki) manat olmaqla ondan, 438.84 (dörd yüz otuz səkkiz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.16 (qırx üç manat on altı qəpik) manat cərimə miqdarında borc yarandığını, cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən,xx.xx.2023-ci il tarixində İMEİ KOD **********82814 OPPO RENO 7 markalı telefon və QİZİL ZƏMANƏT ULTRA 1İl xidmətindən imtina etdiyini və məhsul 1043.55 manat qiymətləndirilib borcundan silinərək geri qaytarıldığını, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 229.56 manat təşkil etdiyini, məhsul qayatıldıqdan sonra qoyulan qiymət 1043.55 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 277 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığını, cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2023cü il tarixli, 03716419 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 3 il ultra qızıl zəmanətli, İmei kod **********82486, **********82488 SAMSUNG GALAXY A24 model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 03716419 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 725.5 (yeddi yüz iyirmi beş manat əlli qəpik) manat olan İmei kod **********82486 SAMSUNG GALAXY A24 markalı telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 12 ay müddətinə ayda 60.46 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Əliyev X1 **********82486 SAMSUNG GALAXY A24 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2023cü il tarixli, 03716371saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 1 il ultra qızıl zəmanətli, M paketli İMEİ KOD **********48571,**********48563 OPPO A57S markalı mobil telefon və 3 il ultra qızıl zəmanətli İMEİ KOD **********82814,**********82806 OPPO RENO 7 markalı telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 03716371 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 1711.99 (bir min yeddi yüz on bir manat doxsan doqquz qəpik) manat, 1 il qızıl zəmanətli, M paketli İMEİ KOD **********48571 OPPO A57S markalı telefon, 3 il ultra qızıl zəmanətli İMEİ KOD **********82814 OPPO RENO 7 markalı telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 15 ay müddətinə ayda 114.13 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Əliyev X1 **********48571 OPPO A57S markalı telefon, İMEİ KOD **********82814 OPPO RENO 7 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər iki müqavilə üzrə cəmiyyətə olan borcu 887.36 (səkkiz yüz səksən yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 87.64 (səksən yeddi manat altmış dörd qəpik) manat cərimə, ümumilikdə 975 (doqquz yüz yetmiş beş) manat təşkil edir. İş materiallarında olan 67723894 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, ABC Telecom MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03716419 saylı Müqaviləyə əsasən Müştəri qiyməti 725.5 (yeddi yüz iyirmi beş manat əlli qəpik) manat olan 1 il ultra qızıl zəmanətli, İmei kod **********82486 SAMSUNG GALAXY S23 ULTRA model telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 12 ay müddətinə ayda 60.46 manat, xx.xx.2023-cü il tarixli, 03716371 saylı Müqaviləyə əsasən qiyməti 1711.99 (bir min yeddi yüz on bir manat doxsan doqquz qəpik) manat olan 1 il ultra qızıl zəmanətli, M paketli İMEİ KOD **********48571 OPPO A57S markalı telefon, 3 il ultra qızıl zəmanətli İMEİ KOD **********82814 OPPO RENO 7 markalı telefon üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 15 ay müddətinə ayda 114.13 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbi üzrə hər iki müqavilə üçün hesablanmış 87.64 (səksən yeddi manat altmış dörd qəpik) manat cərimənin alınması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə hər iki Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hər iki müqavilə üzrə hesablanmış 87.64 (səksən yeddi manat altmış dörd qəpik) manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 62 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz üç manat beş) manat dövlət rüsumunun 0.79 manatı iddiaçıya aid edilməli, qalan 29.21 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh hər iki Müqavilələr üzrə ümumilikdə 887.36 (səkkiz yüz səksən yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə, cəmi 949.36 (doqquz yüz qırx doqquz manat otuz altı qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun 29.21 manatı olmaqla, ümumilikdə 978.57 (doqquz yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh hər iki Müqavilələr üzrə ümumilikdə 887.36 (səkkiz yüz səksən yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə, cəmi 949.36 (doqquz yüz qırx doqquz manat otuz altı qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun 29.21 manatı olmaqla, ümumilikdə 978.57 (doqquz yüz yetmiş səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-1087/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1087/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver