Məhkəmə qərarları › İş №e-2(110)-1092/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1092/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1092/2025 28.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, LG TV, zəmanət + 3 il xidməti,üçün 1573.96 (min beş yüz yetmiş üç manat, 96 qəpik) manat ödənilməmiş hissə, 157.40 (yüz əlli yeddi manat, 40 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********23759 OPPO A38, paket L xidməti, qızıl zəmanət ultra 2 il xidmətiüçün 307.5 (üç yüz yeddi manat, 50 qəpik)manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 30.75 (otuz manat, 75 qəpik) manat cərimə Ümumilikdə 2093.21 manat borc, 40.94 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən LG TV, zəmanət + 3 il xidməti, imei kod **********23759 OPPO A38, paket L xidməti, qızıl zəmanət ultra 2 il xidmətailmış və nəticədə 2093.21 (iki min doxsan üç manat, 21 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1734.96 (min yeddi yüz otuz dörd manat, 96 qəpiki) manat (18 ay x 89.72 manat + 120 manat ilkin ödəniş) olan LG TV, zəmanət + 3 il xidməti üçün ümumilikdə, 1731.36 (min yeddi yüz otuz bir manat, 36 qəpik) manat olmaqla ondan, 1573.96 (min beş yüz yetmiş üç manat, 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 157.40 (yüz əlli yeddi manat, 40 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 492 (dörd yüz doxsan iki manat) manat (12 ay x 41 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********23759 OPPO A38, paket L xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə, 361.85 (üç yüz altmış bir manat, 85 qəpik) manat olmaqla ondan, 307.5 (üç yüz yeddi manat, 50 qəpik) manat ödənilməmiş hissə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 30.75 (otuz manat, 75 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 345.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli 18556575 saylı Müqavilədən, həmçinin həmin müqavilənin ayrılmaz hissəsi olan təhvil-təslim aktından məlum olur ki, satıcı müqavilələrdə göstərilmiş əşyaları qüsursuz şəkildə alıcıya təhvil vermiş, alıcı bu barədə həmin aktı imzalamışdır. Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli ********** saylı Müqavilədən, həmçinin həmin müqavilənin ayrılmaz hissəsi olan təhvil-təslim aktından məlum olur ki, satıcı müqavilələrdə göstərilmiş əşyaları qüsursuz şəkildə alıcıya təhvil vermiş, alıcı bu barədə həmin aktı imzalamışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 307.5 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 30.75 manat cərimə borcu olmaqla cəmi 361.85 və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1573.96 manat ödənilməmiş hissə, 157.40 manat cərimə borcu olmaqla cəmi 1731.36 manat olmaqla hal-hazırda cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 2093.21 manat təşkil edir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 40.94 (qırx manat doxsan dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, «ABC TELECOM” MMC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də cərimənin məbləğinin əsas məbləğlərə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin xx.xx.2024-cü il tarixli 18556575 saylı müqavilə üzrə 2 manat və xx.xx.2025-ci il tarixli ********** saylı müqavilə üzrə 3 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən əlavə olaraq İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat məbləğində rüsum tələb etmişdir ki, bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Göründüyü kimi, iddiaçı iddia tələbi üzrə İnnovativ Layihələr Mərkəzinə ödədiyi 23.6 manat rüsumu cavabdehdən malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi halda tələb edə bilər. Məhkəmə qeyd edir ki, lakin iddiaçı iş materialında olan İnnovativ Layihələr Mərkəzi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli Təhvil-təslim aktında məhz cavabdehə məxsus OPPO A38markalı telefonun **********23759 nömrəli imei kodunun deaktiv olunması üsulu ilə Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edilməsi və həmin məhdudiyyətin tətbiqinə dair xərc çəkməsi öz təsdiqini tapmadığından, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli 18556575 saylı müqavilə üzrə 307.5 (üç yüz yeddi manat, əlli qəpik) manat ödənilməmiş hissə, 2 (iki manat) manat cərimə borcu olmaqla, cəmi 309.5 (üç yüz doqquz manat əlli qəpik) manat və xx.xx.2025-ci il tarixli ********** saylı müqavilə üzrə 1573.96 (bir min beş yüz yetmiş üç manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 3 (üç manat) manat cərimə borcu olmaqla, cəmi 1576.96 (bir min beş yüz yetmiş altı manat doxsan altı qəpik)manat olmaqla, ümumilikdə 1886.46 (bir min səkkiz yüz səksən altı manat, qırx altı qəpik) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 40.94 (qırx manat doxsan dörd qəpik)manat dövlət rüsumunun 37.17 (otuz yeddi manat on yeddi qəpik) manatı cavabdehə aid edilməli, qalan 3.77 (üç manat yetmiş yeddi qəpik) manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.5-cü maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 18556575 saylı müqavilə üzrə 307.5 (üç yüz yeddi manat, əlli qəpik) manat ödənilməmiş hissə, 2 (iki manat) manat cərimə borcu olmaqla, cəmi 309.5 (üç yüz doqquz manat əlli qəpik) manat və xx.xx.2025-ci il tarixli ********** saylı müqavilə üzrə 1573.96 (bir min beş yüz yetmiş üç manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 3 (üç manat) manat cərimə borcu olmaqla, cəmi 1576.96 (bir min beş yüz yetmiş altı manat doxsan altı qəpik)manat olmaqla, ümumilikdə 1886.46 (bir min səkkiz yüz səksən altı manat, qırx altı qəpik) manat) manat və 37.17 (otuz yeddi manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar