Məhkəmə qərarları › İş №e-2(110)-1096/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1096/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1096/2023 12.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 510 (beş yüz on) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalandığını, Cavabdeh tərəfindən idarə edilən X8 minikmarkalı 77CS168 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində 99RN028 dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomobili ilə toqquşduğunu, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparıldığını, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazıldığını və AR İXM-nin 327.6-cı və 327.1-ci maddəsi ilə TP ******* qərar yazıldığını, Hyundai Sonata markalı, 99RN028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 510 (beş yüz on) manat ödəniş verildiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan icbari sığortası müqaviləsinə dair məlumatdan görünür ki, “X8” markalı, 77–CS–168 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X6 tərəfindən İddiaçı ASC-də sığortalanmışdır. İş materiallarında olan etibarnamədən görünür ki, X6 tərəfindən Cavabdeh “X8 YÜK” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək və sərəncam hüququ verilmişdir. İş materiallarında olan X1 Qaradağ RPİ DYPŞ-nin rəisinə ünvanladığı ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Sədərək ticarət mərkəzində mənə məxsus olan Hyundai markalı (** RN ***) dayanmış halda olduğum üçün mercedes atigo ** CS *** nömrəli avtomaşın mənim maşınıma xəsarət yetimişdir. Mənə 1000 AZN qədər ziyan dəymişdir və ayın xx.xx.2022 mənə ziyan vuran şəxsən Qaradağ Rayon Yol Polis idarəsinə getdik. Hansı ki məndə hadisəyə dair video çəkilişlər var. Buna polis idarəsinin nümayəndəsi şənbə baar gününə düşdüyü üçün bu hadisəni öz aramızda razılaşın təkilifi elədi, hal hazırda neçə müddət keçib mənim maşınıma xəsarət yetirən hal hazırda 102 xidmətinə müraciət etdim. Müraciətimin cavabı o oldu ki, mən Qaradağ Rayon Dövlət Yol Polis idarəsinə müraciət edim. Mənə ziyan vuran avtomobilin dövlət qeydiyyat (** CS ***) və vətəndaşın mobil nömrəsi (+**********3) adıda Vahiddir. Soyadını bilmirəm. Xahiş edirəm bir xarici vətəndaş olduğum üçün köməklik göstərəsiz. İş materiallarında olan Cavabdeh Qaradağ RPİ DYPŞ-nin rəisinə ünvanladığı izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:30-da Sədərək T/M daxilində baş vermiş YNH barədə aşağıdakıları bildirirəm. Yuxarıda göstərilən tarixdə etibarnamə ilə idarə etdiyim mersedes yük markalı ** CS *** nömrəli avtomaşınla Sədərək ticarət mərkəzinin daxilində hərəkətdə olduğum zaman hərəkətsiz vəziyyətdə dayanmış hundayi elantra markalı ** RN *** avtmomobillə toqquşduğumu və hadis yerindən yayındığımı mənim mobil nömrəmə daxil olan zəng barəsində və verilən məlumat barəsində bilmişəm. Bildirmişəm ki, ölkə ərazisində deyiləm ölkəyə daxil olacağım halda dərhal sizinlə əlaqə saxlayacağam. Lakin nömrə telefonumdan silindiyindən heç cürə əlaqə saxlaya bilmədim. İzahatımda bildirirəm ki, o hadisəni bilərəkdən etməmişəm, söz verirəm ki, gələcəkdə ayıq-sayıq olacağam. İş materiallarında olan Qaradağ rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh yol Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 100 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində «Hyundai» markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapı, sağ arxa qanad, sağ arxa stop işiğı əzintilər almışdır. İş materiallarında olan dəymiş zərərin hesabatından görünür ki, «HYUNDAİ SONATA» markalı, 99–RN–028 dövlət qeydiyyat nişanlı avtomobillin ehtiyat hissələri və təmiri üçün 510 manat pul xərclənmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, Ghaseminemati Mohammadtafhi tərəfindən istənilən sığorta şirkətlərində onun səlahiyyətli nümayəndəsi olmağı, ona çatası pulu almağı, əvəzinə imza eməti və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi X5 etibar etmişdir. İş materiallarında olan CML 0908/2023 nömrəli xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, İddiaçı ASC tərəfindən vurulmuş ziyana görə zərərçəkmiş şəxsə 510 manat sığorta ödənişinin ödəniləcəyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 005xoh**********6 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən zərərçəkmiş şəxsin nümayəndəsi X3 yolu ilə 510 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “AZSİĞORTA” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi « X8» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı yük avtomobili İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi « X8 » markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə «Hyundai Sonata» markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı «Hyundai Sonata» markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 510 (beş yüz on) manat müəyyən edilmişdir. İddiaçı ASC həmin məbləği zərərçəkmiş şəxsin nümayəndəsi X3 yolu ilə ödəmişdir. Cavabdeh nəqliyyat hadisəsi yerindən yayındığına görə İddiaçı ASC-nin ona qarşı subroqasiya hüququ yaranmışdır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.8-ci maddəsinə əsasən bu Qanunun“ 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır; - 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla,“avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan“şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin“dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, Cavabdeh yol nəqliyyat hadisəsi yerini tərk etməsi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon X10 şöbəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə sübut olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə yanaşı, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə həmin Məcəllənin 327.6-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı Sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, Cavabdeh subroqasiya qaydasında 510 (beş yüz on) manat məbləğində verilmiş Sığorta ödənişinin əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 510 (beş yüz on) manat ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 540 (beş yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı ASCyə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar