Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1110/2023 13.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1704.5 manat əsas, 255.6 manat cərimə, ümumilikdə 1960,1 manat borcun və 39.6 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı İPAD və “HONOR” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 155 manat olmaqla cəmi 1859,90 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin şərtlərini pozaraq müxtəlif tarixlərdə ödəniş edərək cəmi 65 manat ödəmiş və qalmış 1704.50 manat borcu qaytarmadığını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclunun borcu ödəməkdən boyun qaçırdığını, nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablandığını və alıcı tərəfindən satıcıya ödənildiyini, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcunun 2556 manat təşkil etdiyini, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarının 2556 manat təşkil etdiyi halda humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-nin tərəflərindən güzəşt edildiyini və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i yəni 255.60 manatın "xxxx" MMC-yə ödənilməli olduğunu qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunun “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh 1 ədəd İpad və 2 ədəd Honar markalı qulaqcıqlar üçün 550 manat ilkin ödəniş ödəyərək, qalan 1859.97 məbləği 12 ay müddətinə aylıq 155 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, Maliyyə arayışından görünür ki Cavabdeh "xxxx" MMC-yə 1704.5 manat əsas borc, 255.6 manat cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 39.6 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən Alıcı "xxxx" MMC-dən 1 ədəd İpad və 2 ədəd Honar markalı qulaqcıqlar üçün 550 manat ilkin ödəniş ödəyərək, qalan 1859.97 məbləği 12 ay müddətinə aylıq 155 manat olmaqla İrşad-Electronics” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Həmçinin iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəli hesablanmış 1 faizi (minimum 50 qəpik) dəbbə hesablanaraq alıcı tərəfindən satıcıya ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 255.6 manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 255.6 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 150 (bir yüz əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən 1704.5 manat əsas borc, 150 manat cərimə olmaqla, cəmi 1854.5 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 39.6 manat dövlət rüsumunun 1.6 manatı iddiaçıya aid edilməli, 38 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1704.5 (bir min yeddi yüz dörd manat əlli qəpik) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə, cəmi 1854.5 (bir min səkkiz yüz əlli dörd manat beş qəpik) manat borc və 39.6 (otuz doqquz manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manatı olmaqla, ümumilikdə 1892.5 (bir min səkkiz yüz doxsan iki manat əlli qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMCyə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-1110/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1110/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver