Məhkəmə qərarları › İş №e-2(110)-1133/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1133/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1133/2024 05.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən eydi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, №001584 alqı-satqı müqavilə üzrə- 310 azn əsas borc, 70 azn dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30.00 manat dövlət rüsumu ilə birlikdə "xxxx" MMC-yə cavabdeh tərəfindən 410 (dört yüz on manat) azn manat pul məbləğinin cavabdeh- X1 tutularaq iddiaçı "xxxx" MMC- nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində "xxxx" MMC ilə X3 arasında xx.xx.2023-cü il tarixində №001584 saylı alqısatqı müqaviləsi bağlandığını və həmin müqaviləyə əsasən TAB-TECH səyyar satışdan X3 oğlu 320 manat dəyərində "Tozsoran ZLN 3529" aldığını, müqavilə 10 (on) azn ilkin ödənişli, 12 aylıq ödəmə şərti ilə bağlandığını, müqaviləyə əsasən borclu qalıq 310 azn Ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 25 azn ödəniş etməli olduğunu, X2 ödəniş tarixçəsi belə olduğunu: 1) xx.xx.2023 - 45.00 AZN Cavabdehin cəmi 45 azn ödəniş etdiyini, qalıq borcunun 265 azn təşkil etdiyini, qalıq borcun 265 azn olaraq qaldığını, gecikdirmə ilə əlaqədar xx.xx.2024-cı il tarixinə qədər yaranan dəbbə borcu isa 45 azn təşkil etdiyini, №001584 alqı-satqı müqavilə üzrə 310 azn əsas borc, 70 azn dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30.00 manat dövlət rüsumu ilə birlikdə "xxxx" MMCyə cavabdeh tərəfindən 410 (dört yüz on) azn ödənilməli olduğunu, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublannın göndərilməsinə baxmayaraq, cavabdehior borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini,TAB MMC, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş müqavilədən və digər sənədlərdən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli №001584 saylı Alqı-Satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli №001584 saylı Alqı-Satqı Müqaviləsinin 1-ci hissəsinə əsasən, “Satıcı” dəyəri 320 manat olan “ZLN 3529” model Tozsoranı “Alıcıya” nisyə satmış, “Alıcı” isə həmin malı qəbul edərək 10 manat ilkin ödəniş edərək, qalan 310 manat pulu isə 12 ay müddətinə, yəni xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində 25 manat, xx.xx.2023xx.xx.2024-cü il tarixlərində isə 30 manat olmaqla “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı” müqavilə üzrə ümumilikdə “Satıcıya” 45 manat ödəniş etmişdir. Həmin Müqavilənin 2-ci hissəsinin “b” bəndinə əsasən borcun vaxtında icra edilməməsinə görə ödənişin hər gecikdiyi gün üçün əsas borc məbləğinin 1 (bir) % həcmində, ümumilikdə hər gün üçün 0.50 manatdan az olmamaq şərti ilə İddiaçı MMC-yə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli №001584 saylı satılmış əşyanın təhvil verilməsi haqqında aktdan görünür ki, “Satıcı” – 1 ədəd Tozsoran ZLN -i “Alıcı”- Cavabdeh qüsursuz təhvil vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən hal-hazırda cavabdehin iddiaçıya 265 manat məbləğində əsas borcu, 70 manat məbləğində cərimə borcu mövcuddur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən və digər sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli №001584 saylı alqı-satqı Müqaviləsinə əsasən Satıcı” dəyəri 320 manat olan “ZLN 3529” model Tozsoranı “Alıcıya” nisyə satmış, “Alıcı” isə həmin malı qəbul edərək 10 manat ilkin ödəniş edərək, qalan 310 manat pulu isə 12 ay müddətinə, yəni xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərində 25 manat, xx.xx.2023xx.xx.2024-cü il tarixlərində isə 30 manat olmaqla “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 45 (qırx beş) manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən hal-hazırda cavabdehin iddiaçıya 265 (iki yüz altmış beş) manat borcu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materialında olan sənədlərdən görünür ki, haliyədə cavabdehin müqavilə üzrə iddiaçıya 265 manat borcunun olması müəyyən olunsada, iddiaçının iddia ərizəsində cavabdehdən 310 manat tələb etməsini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbi üzrə hər iki müqavilə üçün hesablanmış 70 manat cərimənin alınması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə Müqavilə üzrə əsas borcun məbləğini, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, müqavilə üzrə hesablanmış 70 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 19 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 7.58 manatı iddiaçıya aid edilməli, qalan 22.42 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Alıcı” “Satıcı”ya qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli № 001584 saylı Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh 265 (iki yüz altmış beş) manat məbləğində əsas borc, 19 (on doqquz) manat dəbbə pulu, cəmi 284 (iki yüz səksən dörd) manat borc və 30 (otuz) manat dövlət rüsumunun 22.42 manatı olmaqla, ümumilikdə 306.42 (üç yüz altı manat, qırx iki qəpik) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli №001584 saylı Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh 265 (iki yüz altmış beş) manat məbləğində əsas borc, 19 (on doqquz) manat dəbbə pulu, cəmi 284 (iki yüz səksən dörd) manat borc və 30 (otuz) manat dövlət rüsumunun 22.42 manatı olmaqla, ümumilikdə 306.42 (üç yüz altı manat, qırx iki qəpik) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar