Məhkəmə qərarları › İş №e-2(110)-1161/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1161/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1161/2023 28.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3000 (üç min) manat məbləğində sığorta ödənişi pul vəsaitinin və 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi Toyata Corolla markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə, sərnişinləri X10 və X11 ilə birlikdə İsmayıllı rayon Basqal kənd yolunda Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən avtomobili yol kənarındakı ağaca çırpıldığını, nəticədə Məhərrəm Səxavət oğlu, X10 və X11 xəsarət aldığını, baş vermiş hadisə ilə bağlı X11 və İbrahimov Nicat oğlunun sağlamlığına az ağır xəsarət dəydiyini, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparıldığını, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 332.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli protokol və AR İXM-nin 332.1-ci maddəsi ilə TP ******* qərar yazıldığını, X1 dəymiş ziyanla bağlı 1500 (min beş yüz ) manat məbləğində sığorta ödənişi verildiyini, İbrahimov Nicat oğlunun sağlamlığına dəymiş ziyanla bağlı 1500 (min beş yüz ) manat məbləğində sığorta ödənişi verildiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli PAZ********** nömrəli icbari sığortası müqaviləsinin surətindən görünür ki, «Toyota Corolla» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də sığortalanmışdır; - 691/23 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi «Toyota Corolla» markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayonu ərazisində maneəyə çırpılmış, X3 dəymiş az ağır zərərə görə sığorta məbləğinin 30 %-i, yəni 1500 (bir min beş yüz) manat ödənişin ödənilməsi müəyyən edilmişdir; - 692/23 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi «Toyota Corolla» markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayonu ərazisində maneəyə çırpılmış, X2 dəymiş az ağır zərərə görə sığorta məbləğinin 30 %-i, yəni 1500 (bir min beş yüz) manat ödənişin ödənilməsi müəyyən edilmişdir; - xx.xx.2023-cü il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 bank hesabına 1500 (bir min beş yüz) manat köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 bank hesabına 1500 (bir min beş yüz) manat köçkürülmüşdür; - İsmayıllı rayonu Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - İsmayıllı rayonu Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 40 manat inzibati cərimə edilmişdir; - xx.xx.2022-ci il tarixli 0269 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vət: Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə prokurorla razılaşdırılmaqla xitam verilmiş, qərarın surəti Cavabdeh barəsində, Azərbaycan Respublikası İXM-nin 332.1 maddəsi ilə inzibati tədbir görülməsindən ötrü həmin şöbənin DYPB-nə verilmişdir; - Azərbaycan Respublikası tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Corolla» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ünvan 1 ünvanında qeydiyyatda olan X8 məxsusdur; - X6 izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə özünün, tanışları X5 və Cavabdeh İsmayıllı rayon RMX-na etdikləri müraciətlə bağlı heç kimlə ədavət və düşmənçiliklərinin olmadığını bildirmək istədiyini, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Məhərrəmin idarə etdiyi «Toyota Corolla» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayon Basqal kənd yolunda 90 km/saat sürətlə Bakı şəhəri sitiqamətində hərəkətdə olduqlarını, həmin vaxt onun qabaqda-Məhərrəmin yanında, Nicatın isə arxa oturacaqda əyləşdiyini, həmin an yolun özlərinə aid sağ hərəkət hissəsi ilə hərəkətlərini davam etdirərkən avtomobilin yoldan çıxdığını və yol kənarındakı ağaca çırğıldığını, onun ,həmçinin, Məhərrəm və Nicatın xəsarət aldıqlarını, həmin vaxt yoldan ötən təsadüfi şəxslərin verdiyi məlumatlar əsasında təcili tibbi yardım və yol polisi əməkdaşlarının ora gəldiklərini, onların isə İsmayıllı RMX-na müraciət etdiklərini bildirmişdir. - X6 izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə özünün, əmisi oğlu X5 və tanışı X6 İsmayıllı rayon RMX-na etdikləri müraciətlə bağlı heç kimlə ədavət və düşmənçiliklərinin olmadığını bildirmək istədiyini, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində sürücülük hüququ əsasında, ayıq halda idarə etdiyi «Toyota Corolla» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı İsmayıllı rayon Basqal kənd yolunda 90 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olduğunu, həmin vaxt Şəbnəmin qabaqda yanında, Nicatın isə arxa oturacaqda əyləşdiyini, həmin an, yolun özünə aid sağ hərəkət hissəsi ilə hərəkətini davam etdirərkən avtomobilin yoldan çıxdığını və yol kənarındakı ağaca çırpıldığını, onun, həmçinin Şəbnəm və Nicatın xəsarət aldıqlarını, həmin vaxt yoldan ötən təsadüfi şəxslərin verdiyi məlumatlar əsasında təcili tibbi yardım və yol polisi əməkdaşlarının ora gəldiklərini, onların isə İsmayıllı RMX-na müraciət etdiklərini bildirmişdir; - X4 izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh, X5, X6 İsmayıllı RMX-na etdikləri müracətlə bağlı həmin şəxlərdən yalnız Məhərrəmi təsadüfən tanıdığını bildirmək istədiyini, xx.xx.2022-ci il tarixdə axşam saatlarında sahibliyində olan «Toyota Corolla» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili şifahi razılıqla idarə etməsi üçün Məhərrəmə verdiyini, sonradan da onun həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini, lakin bununla bağlı onun heç bir şikayət və tələbinin olmadığını, çünki avtomobili artıq təhvil aldığını bildirmişdir; - ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi «Toyota Corolla» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi «Toyota Corolla» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayon Basqal kənd yolunda idarəetməni itirdiyindən yol kənarındakı ağaca çırpılmış, yol nəqliyyat hadisəsi zamanı X1 dəymiş ziyanla bağlı 1500 (min beş yüz ) manat məbləğində sığorta ödənişi və İbrahimov Nicat oğlunun sağlamlığına dəymiş ziyanla bağlı 1500 (min beş yüz ) manat məbləğində sığorta ödənişi verildiyi müəyyən edilmişdir. "xxxx" ASC həmin məbləği X6 və İbrahimov Nicat oğlunun bank hesabına ödəmişdir. İş materialında olan İnzibati xəta haqqında protokolun surətindən də görünür ki, Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi üçün Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir.. Buna görə də, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi iş materiallarına əlavə edilmiş İsmayıllı rayonu Yol patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla sübut olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı Sığortalılara dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, Cavabdeh subroqasiya qaydasında 3000 (üç min) manat məbləğində verilmiş Sığorta ödənişinin əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat ödənilmiş sığorta ödənişi və 50 (əlli) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar